Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı əldən salmaq üçün yeni planlar...

Qərbin ikinci cəbhə açmaq cəhdləri...

Rusiya Ukraynada üzləşdiyi problemlərdən çıxış yolları axtarır. Bu kontekstdə geridə qalan həftədə Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdi. O, bu barədə xalqa müraciətində bildirib. “Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq”, - deyə o bildirib.

Rusiya prezidenti vurğulayıb ki, hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən əvvəl xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi hazırlıq keçəcəklər.

Putinin sözlərinə görə, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və Rusiya xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

Məsələ ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.

Qərbdə isə Rusiyanı daha da gücdən salmaq üçün başqa variantlar üzərində də çalışırlar. Bunlardan biri də Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Nəyin bahasına olursa-olsun Rusiyanın diqqətini yayındırmaq, resurslarını parçalamaq hədəflənir. Rusiyanı diz çökdürəcək ikinci cəbhə üçün müxtəlif variantlar da işlənib hazırlanır.

Rusiya ətrafında tüğyan edən münaqişələri nəzərə alan bəzi ekspertlər bunları Qərbin Moskvanı zəiflətmək cəhdi kimi dəyərləndirirlər. Deyirlər ki, Ukrayna birinci cəbhədir və NATO Moskvanı başqa bir münaqişəyə cəlb etməklə batırmaq istəyir. Eyni anda bir neçə yerdə müharibə aparmaq Rusiyanın çöküşünü tezləşdirə bilər. Ən azından, diqqətini Ukraynadan yayındırmaq məcburiyyətində qalar. Rusiyanın resurslarını və diqqətini Ukraynadan yayındırmaq Qərb üçün çox faydalı olardı. Elə etmək lazımdır ki, Moskva indikindən də çox pul və hərbi resurs xərcləsin. Bunun üçün də Rusiyanın postsovet məkanındakı hərbi münaqişələrə cəlb edilməsi mükəmməl variant olardı.

Son böhranların siyahısına nəzər salsaq, Rusiyanın sərhədlərində kifayət qədər problemlərin olduğunu görərik. Moldova Dnestryanı ilə sülh yolu ilə nizamlanmadan imtina edərək ordusunu gücləndirir. Bundan əlavə, Ukrayna Gürcüstanı da Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çağırır. Bu kontekstdə Abxaziya və Cənubi Osetiyanın işğalı faktı qabardılır. Lakin Gürcüstan rəhbərliyi hələ ki ehtiyatlı davranır.

Moldova və Gürcüstanla yanaşı Serbiya variantı da var. Qərb Balkanları da potensial qarşıdurma ocağı olaraq görür. Avqustun əvvəlində burada irimiqyaslı müharibə, demək olar ki, baş verdi. Kosovo onsuz da faktiki olaraq Serbiyadan ayrılıb, lakin böhran vəziyyətində Rusiya müttəfiqinə kömək etməli olacaq. Bu isə coğrafi baxımdan çətindir. Serbiyanın məğlubiyyəti isə Rusiya üçün imic məğlubiyyəti olardı. Demək olar ki, eyni vaxtda Ermənistanla Azərbaycan arasında genişmiqyaslı döyüşlər başladı. Bu, ikinci Qarabağ müharibəsindən sonra ən böyük toqquşmadır. Amma Dnestryanı və Gürcüstandan fərqli olaraq, burada Rusiya ilə Qərbin qarşıdurması o qədər də açıq görünmür, çünki Rusiya həm İrəvan, həm də Bakı üçün müttəfiqdir. Kreml Ermənistan-Azərbaycan münaqişəsinin həllində aparıcı vasitəçidir. Bununla belə, AvropaABŞ-ın yorğanı öz üzərinə çəkmək cəhdləri də görünür. Gəlin iki fakta nəzər salaq. Birinci fakt: Brüsseldə artıq mütəmadi olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşlər keçirilir. Aİ sərhədlərin delimitasiyasında əsas vasitəçi kimi çıxış etməyə çalışır. İkinci fakt: ABŞ bu yaxınlarda Ermənistanın müdafiə nazirini Vaşinqtona dəvət etdi və Suren Papikyan tam bir həftə Pentaqonda qaldı, qonaqpərvərlik əlaməti olaraq isə ona rus sülhməramlılarını amerikalılarla əvəz etmək təklif edildi. Sentyabrın 19-da isə AzərbaycanErmənistanın xarici işlər nazirləri Nyu-Yorkda ABŞ dövlət katibi  Antoni Blinkenin vasitəçiliyi ilə görüşdülər. Bütün bunları Moskva Qərbin Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirir. Rusiya mediası da yazır ki, Cənubi Qafqazda çox çətin vəziyyət yaranıb. MKİ rəhbəri bir neçə gün əvvəl Ermənistanda idi.

İkinci cəbhə Yaponiyada da açıla bilər. Rusiya ilə Yaponiya arasında Kuril adaları ilə bağlı gərginlik getdikcə böyüyür. Rəsmi Tokionun Ukraynanı dəstəkləməsindən sonra Rusiya Yaponiya ilə başlatdığı sülh danışıqlarını dayandırdığını və əldə olunan bəzi razılaşmalardan çəkildiyini bəyan edib. Yaponiya isə bunun qəbuledilməz olduğunu bildirib. Bununla da nəzəri olaraq, iki ölkə arasında İkinci Dünya Müharibəsindən indiyədək sülh sazişi ilə nəticələnməyən savaş halı yenidən aktiv fazaya keçib. 

Eyni mənzərə nəzəri cəhətdən Mərkəzi Asiyada da mümkündür. Son günlər Tacikistanla Qırğızıstan arasında gərginlik artıb. Həll olunmamış sərhəd problemi kifayət qədər ciddidir. ABŞ-ın Əfqanıstandan çıxdığını nəzərə alıb düşünə bilərik ki, onlar üçün Mərkəzi Asiyaya təsir etmək çətindir. Amma müxtəlif qrupların və ekstremistlərin əli ilə hərəkət edən MKİ tərəflərdən birinə dəstək olaraq bölgəyə silahlılar göndərməyə cəhd edə bilər. O zaman Rusiya KTMT ölkəsi kimi öz qüvvələrini terrorizmlə mübarizəyə və hərbi əməliyyatların dayandırılmasına sərf etməli olacaq.

Yekun olaraq, ehtimal etmək olar ki, ABŞNATO artıq Rusiyaya qarşı ikinci cəbhə açmağa cəhd edirlər. Amma hələ ki kifayət qədər uğurlu deyillər. Ağ Evin sözçüsü Con Kirbinin son bəyanatı da bu tezisi təsdiqləyir. O açıq şəkildə qeyd edib ki, Rusiyanın güclü ordusu olduğu üçün onu mümkün qədər çox münaqişəyə cəlb etmək lazımdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar