Bazar ertəsi, 20 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyalı ekspert: “Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər”

Ermənistan Azərbaycan sərhədində təxribat törədir. Ermənistan siyasi elitasının bir hissəsi danışıqlar prosesinə onları dəstəkləyən üçüncü ölkələri cəlb etmək istəyir”.

Bunu “Report”a rusiyalı millətlərarası münaqişələr üzrə ekspert Yevgeniy Mixaylov Azərbaycan - Ermənistan sərhədində gərginliyin artmasını şərh edərkən bildirib.

Onun fikrincə, bu cür addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər: “Erməni polotoloqları Ermənistanın dövlət olaraq uğursuz olmasını bildirirlər. Yəni bu ölkənin başbilənləri qonşularla yola getmir, əhalinin başını qisasçı şüarlarla qataraq iqtisadiyyatla məşğul olmurlar və bunlar dövlətçiliyi uçuruma aparır”.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gec-tez həll olunmalıdır, Ermənistan tərəfinin təxribatlar yolu ilə bunu uzatması onlara heç bir fayda gətirməyəcək: “Rəsmi Moskva da regionda sülh olmasında maraqlıdır. Yəni burada Rusiya sülhməramlılarının da birbaşa iştirakı ilə sərhədlərin tam şəkildə delimitasiyası və demarkasiyasından gedir”.

Ermənistan üçün sülh sazişi imzalanaqdan başqa çarə görmürəm. Qalan bütün variantlar onların iflası olacaq. Bu məsələyə başqa ölkələri də cəlb etməyə çalışan erməni siyasətçiləri isə təəssüf ki, vəziyyətin ciddiliyini dərk etmir. Ermənistan regionda yalnız qatmaqarışıqlıq salmaq istəyir”, – rusiyalı ekspert bildirib.

ABŞ-ın Ermənistandakı səfirinin sərhəd bölgəsinə gəlməsi sadəcə kiçik bir diplomatik fənddir” – deyən rusiyalı politoloq vurğulayıb ki, əslində, Ermənistan dövlət olaraq nə ABŞ, nə də Fransa üçün maraq kəsb edir: "Ona görə də Ermənistan üçün yeganə məqbul variant Azərbaycanla sülh sazişini imzalamaqdır ki, bundan sonra regionda sərhədlər və nəqliyyat yolları açılacaq, iqtisadi əlaqələr artacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

İrandan Azərbaycana təhdid: “Şirin quyruğu ilə oynamayın”

Prezidentə müraciət: “50 min manat verib qardaşımı çıxardım, amma…”

“RİA Novosti” yazdı və sildi: Ermənilər Xocavənddən, Ağdərədən və Xocalıdan çıxarılır?..

62 ermənini əsir götürüb “Cücələrim” mahnısı oxutduran XTQ igidimiz — Video

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb - Video, Yenilənib

Sonumuzdur: 30 faiz getmək istəyir, 60 faiz isə... - Vardanyan

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi…

Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu

Türkiyə göylərində insan üzlü qorxunc bulud - Video

Bakıda “kupça”sız torpaq 10 milyon manata satışa çıxarıldı – Foto

Ən çox oxunanalar