Çərşənbə axşamı, 28 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiyadan gətirilən quşçuluq məhsulu partiyaları istehlaka yararsız çıxıb

Rusiyadan Azərbaycana bu ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  verilən məlumata görə, bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

İyun ayında “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib. Aşkarlanmış uyğunsuzluqlara dair Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib. Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı Agentliyə məlumat verilməsi bildirilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və gələcəkdə belə hallar baş verərsə istənilən müəssisənin məhsulunun ölkəmizə idxalı ilə əlaqədar müvafiq məhdudiyyətlər tətbiq ediləcək.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi: Hmeymim aviabazasına strateji bombardmançılar endi

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev veteranlarla görüşüb - Foto, Video

Binə ticarət mərkəzində özbaşınalıq: Ticarət Mərkəzinin ərazisi İrandan olan tacirlərə satılır?

Anım günü qıpqırmızı geyimdə Şəhidlər Xiyabanına gələn qadın kimdir? - Foto

İran bu tarixdə Azərbaycanla quru sərhədlərini açır

Ata Abdullayev bu şəxsləri şantaj edib - Siyahı

Amin Musayev: "Şəhidlər üç gün məni tək qoymadılar" – Video

Şahid: “Hacıbala Abutalıbov layihəni razılaşdırıb, təsdiqləyib və qərar verib”

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

Şəhidə hörmətsizlik edən icra başçısı təşviş içində - Bir-birini təkzib edən açıqlamalar - Video

İctimai birliyin rəhbəri koronavirusdan vəfat etdi

Ən çox oxunanalar