Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada zorən defolt seriyaları başlayır... - Hökümətin mövcud durumu idarə edə bilmək imkanları varmı?

Defolt prosesi Rusiyanın maliyyə-kredit və ticarət əməliyyatlarına necə təsir edəcək?..

İqtisadçı-ekspert: “Rusiya hazırda yaranmış təzyiqləri müəyyən mənada daha dəstəkləyici mövqe tutan ölkələr vasitəsilə aradan qaldırmağa çalışır. Bu ölkələrə Çin, İran, Hindistan kimi ölkələr aiddir”.

“Əlbəttə ki, prosesin bu istiqamətdə cərəyan etməsi bütün sahələrdə Rusiya üçün çətinliklər yaradacaq. Rusiyaya investisiya qoyuluşunda, hətta yerli investisiyaların qoyuluşunda problemlər müşahidə olunacaq”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Rusiyanın defolt olmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bir neçə ay davam edən gözləntilərdən sonra Rusiya xarici borc öhdəlikləri üzrə ödənişlərini həyata keçirə bilməyərək defolt oldu və belə görünür ki, Qərb maliyyə sistemindən təcrid edildiyi üçün bu defolt prosesləri silsilə şəklində davam edəcək.

Qeyd edək ki, “Blumberq” iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddətinin başa çatması səbəbindən bunu Rusiyanın 104 ildən sonra ilk defoltu adlandırıb.

Əslində bu defolt hadisəsini zorla yaradılmış defolt adlandırmaq olar. Çünki Rusiyanın borcunu ödəmək üçün pulu var, sadəcə olaraq Qərb maliyyə sistemindən təcrid edildiyi üçün xarici valyutada ödəniş həyata keçirə bilmir. Bu isə o deməkdir ki, tezliklə Rusiya yeni defolt hadisələri ilə üzləşəcək. Yəni digər borclarını da dollarla ödəmək iqtidarında olmayan Rusiyanın xaricdəki bütün mülkləri hərracda satışa çıxarıla bilər. Ən pisi isə odur ki, Rusiyanın ticarət dövriyyəsi yaranmış vəziyyətdən ciddi ziyan görə bilər.

Ümumilikdə bu defolt prosesi Rusiyanın maliyyə-kredit və ticarət əməliyyatlarına necə təsir edəcək? Dalbadal defolt yaşamağa məhkum olunan Rusiya hökümətinin mövcud durumu idarə edə bilmək imkanları varmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Böyük ehtimalla Rusiya 2023-cü ilə böyük siyasi, iqtisadi, sosial problemlərlə daxil olacaq”.

Hələlik, Rusiyanın ehtiyatlardan istifadə imkanlarının olduğunu vurğulayan ekspert PİA.az-a açqıalamsında qeyd edib ki, müəyyən mənada həm əhalinin yığımları, həm biznes, həm də dövlətin ehtiyatları bu istiqamətdə qismən də olsa, sabitliyin qoruması imkanı yaradır. Ancaq uzunmüddətli dövrdə bu davam edə bilməz:

Rusiya hazırda yaranmış təzyiqləri müəyyən mənada daha dəstəkləyici mövqe tutan ölkələr vasitəsilə aradan qaldırmağa çalışır. Bu ölkələrə Çin, İran, Hindistan kimi ölkələr aiddir. Eyni zamanda Rusiya ona edilən təzyiqləri bahalaşmış neft qiymətləri hesabına qismən də olsa, neytrallaşdırmağa çalışır və hələ ki, buna da nail olur.

Amma prosesin orta və uzun müddətli dövrdə davam etməsi Rusiya üçün çox ciddi iqtisadi və sosial riski yaradır və bu risk artıq deməık olar ki, formalaşıb. Bundan sonra Rusiyaya qarşı təzyiq imkanları daha da dərinləşəcək.

Hələlik, Rusiyanın ehtiyatlardan istifadə imkanları var. Bu müəyyən mənada həm əhalinin yığımları, həm biznes, həm də dövlətin ehtiyatları bu istiqamətdə qismən də olsa, sabitliyin qoruması imkanı yaradır. Ancaq uzunmüddətli dövrdə bu davam edə bilməz.

Rəşad Həsənov: “Bu problemlərin 2023-2024-cü illərdə davam etməsi Rusiya iqtisadiyyatının təxminən 20-25 faiz kiçilməsinə gətirib çıxara bilər”.

Böyük ehtimalla Rusiya 2023-cü ilə böyük siyasi, iqtisadi, sosial problemlərlə daxil olacaq. Bu problemlərin 2023-2024-cü illərdə davam etməsi Rusiya iqtisadiyyatının təxminən 20-25 faiz kiçilməsinə gətirib çıxara bilər. Eyni zamanda Rusiya iqtisadiyyatının təxminən 10-15 il müddət qədər geri düşməsini şərtləndirən faktorlardan olacaq.

Əlbəttə ki, prosesin bu istiqamətdə cərəyan etməsi bütün sahələrdə Rusiya üçün çətinliklər yaradacaq. Rusiyaya investisiya qoyuluşunda, hətta yerli investisiyaların qoyuluşunda problemlər müşahidə olunacaq. Həmçinin mövcud investisiyaların ölkədən qaçması prosesi daha da sürətlənəcək. Belə bir şərtlər daxilində də yoxsulluq, işsizlik kimi problemlər əhatə dairəsini genişləndirməklə Rusiyada ciddi siyasi təzyiqlərin zəminini formalaşdıracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar