Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar güllələnərək öldürülüb...
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.
APA "Lenta.ru"-ya istinadən xəbər verir ki, regionun qubernatoru İqor Kobzev məlumatı təsdiqləyib.
O, Telegram kanalında bildirib ki, atışma nəticəsində yaralanan hərbi komissar reanimasiyaya yerləşdirilib, vəziyyəti kritikdir.
O, qubernatora atəş açan şəxsin saxlanıldığını əlavə edib.
***
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar ölüb.
“Report” xəbər verir ki, məlumatı xarici KİV yayıb.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zini adlı şəxs saxlanılıb.
Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.
pia.az