Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Aleksey Kudrinin 2024-cü ildə prezidentliyə namizədliyi Rusiya mətbuatında əsas müzakirə obyektinə çevrilib…

PİA.az xəbər verir ki, Rusiyanın keçmiş maliyyə naziri və Hesablama Palatasının sədri Aleksey Kudrinin 2024-cü ildə Rusiya prezidentliyinə namizəd olacağı ilə bağlı “Vedomosti” qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, variantlardan biri kimi cənab Kudrinin prezidentliyə namizədliyi “kifayət qədər ciddi qəbul oluna bilər”. Lakin nəşrin Kudrinə yaxın olan bir neçə həmsöhbəti məlumatı təsdiqləməyib. Onlardan birinə görə, eks-nazirin namizədliyi 2016-cı ilin payızında müzakirə edilsə də, bu təklif Kudrin tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, ötən həftə Aleksey Kudrin Putinlə görüşüb və bu görüşdə belə qərara alınıb ki, Putinin komandasında liberal siyasətçi kimi tanınan Kudrin Hesablama Palatasının sədri vəzifəsindən istefa versin və “Yandeks”ə rəhbərlik etsin. Bu qərarın “Yandeks”i sanksiyalardan qorumaq üçün verildiyi güman edilir.

Rusiya mətbuatı yazır ki, əgər Aleksey Kudrinin 2024-cü ildə Rusiya Federasiyasının prezidentliyinə namizədliyi irəli sürülsə, o zaman o, Rusiya Federasiyasının siyasi sistemində əsas “sistemik liberal” statusu üzərində inhisarını itirəcək.

Kudrin özü isə “Kommersant”a verdiyi açıqlamada prezidentiliyə namizəd olmayacağını bildirib. Kudrinə yaxın iki mənbə isə onun “ümumiyyətlə siyasətdən getdiyini” bildirib. “Kudrinin “Yandeks”ə göndərilməsi Putinin ona dostluq və sədaqət üçün şəxsi bonusudur və burda heç bir siyasi motivasiya yoxdur”, deyə mənbələrdən biri bildirib. Digər mənbə isə qeyd edib ki, “Kudrin Putinin ətrafını tərk edir, o, bu komandada lazımsız fiqura çevrilib. Ola bilər ki, Qref də onun arxasınca getsin”.

Mənbə bildirib ki, Putinin sosial dairəsi köklü şəkildə daralır, “orada fikir müxtəlifliyi artıq xoş qarşılanmır”.

Bununla yanaşı, Rusiya elitasında Kudrinin hələ də fəal siyasətlə məşğul olduğu haqda fikirlər qalmaqdadır.

“İndi hər kəs gələcəyin bəzi formalarını axtarır. Sistemli liberallar cərgəsində kimin müxalifət lideri ola biləcəyini də sıralayırlar. İndi hər bir klanın öz “müxalifətçisi” var: Çemezov Muratov və Venediktovla birlikdədir və onların dəstəyinə güvənir; Sankt-Peterburqda təhlükəsizlik qüvvələri o qədər də fəal deyil və Rusiyanın ikinci paytaxtında daha çox Navalnını dəstəkləyirlər; Kovalçuklar eyni vaxtda üç layihənin - Sobçak, Neçaev və Kudrin üzərində plan qururlar.

Sosial şəbklərdə bu layihələr barədə müzakirə aparanlar isə vurğulayırlar ki, gələcək tarix ölkə daxilində yaradılır və indi gələcək liderlər seçilir. Klanların özünü qoruma ssenarilərini formatlaşdırılmış ssenaridə axtarmadığını düşünmək axmaqlıqdır.

Ekspertlərdən iri isə deyib ki, Kudrinin nəhayət ki, siyasətdən gedib-getməyəcəyini bilmək vacib məsələdir. Çubays, Yumaşev, Mau getdi. Onlar Sobçakı sıxışdırmağa çalışdılar. İndi isə Kudrini yola salmağa çalışırlar. Ancaq Kudrin qalsa, gələcək kombinasiyalarda əsas oyuncu olacaq, getsə, onun siyasi karyerası birdəfəlik bitəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar