Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya yenidən Brüssel razılaşmasına müdaxilə edir... - Sabiq nazirdən şərh

Rusiya XİN-in yaydığı məlumata əsasən Azərbaycan və Ermənistan tərəflərinin ikinci görüşü Moskvada olacaq...

Sabiq Xarici İşlər Naziri: “Biz görüşlərin coğrafiyasına çox böyük önəm verməməliyik. Danışıqlarda önəmli olan hansı xəritlərin əsas götürülməsidir”.

Rusiya onsuz da proseslərdədir. Güman etməyin ki, Rusiya prosesdə fiziki olaraq yoxdursa, demək ümumiyyətlə yoxdur”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Brüsüll razılaşmasından sonra Rusiyanın yenidən prosesə müdaxiləsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

24 may tarixində əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Bu, 44 günlük müharibədən sonra sərhədlərin demilitasiyası üzrə tərəflər arasında ilk belə ciddi görüş idi. Görüşdə tərəflər bir sıra məsələlər üzrə mühüm razılığa gəlməyi bacarıblar.

Bu gün isə Rusiya XİN-in yaydığı məlumata əsasən Ermənistan-Azərbaycan dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyası üçün tərəflərin ikinci görüşü Moskvada olacaq. Brüsseldə əldə olunan razılaşmaya görə görüşlər sərhəddə olmalıydı. Lakin indi görüşün Moskvaya köçürülməsi nədən xəbər verir? Rusiyanın yenidən prosesə müdaxiləsi hansı təsirlər doğura bilər və ümmiyyətlə rusların müdaxiləsi prossesin ləngidilməsinə yönələn fəaliyyət ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “Mən istisna etmirəm ki, sərhədin müxtəlif hissələrində müxtəlif illərin xəritələrindən istifadə edilsin”.

Hər bir danışıqlar barədə Ermənistanın Rusiyaya məruzə etdiyini vurğulayan sabiq nazir PİA.az-a bildirib ki, bu baxımdan biz illüziyalara qapılmamalıyıq və düşünməməliyik ki, Ermənistan Rusiyanın izni və xoşgörüsü olmadan hansısa prosesi aparmağa qadirdir:

“Belə bir xəbəri mən də eşitdim ki, AErmənistan-Azərbaycan dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyası üçünkomissyaların iclası Moskvadan sonra Brüsseldə keçiriləcək. Amma mən düşünürəm ki, AzərbaycanErmənistan nümayəndələrinin görüşü üçün ən ideal məkan Gürcüstan olardı.

Düşünürəm ki, biz görüşlərin coğrafiyasına çox böyük önəm verməməliyik. Danışıqlarda önəmli olan hansı xəritlərin əsas götürülməsidir. Çünki bu məsələdə müxtəlif təkliflər və müxtəlif baxışlar var. Mən istisna etmirəm ki, sərhədin müxtəlif hissələrində müxtəlif illərin xəritələrindən istifadə edilsin. Hər halda bəlkə də Azərbaycanın mövqeyi bu şəkildə formalaşacaq.

Tofiq Zülfüqarov: “Mən öz təcrübəmdən də deyə bilərəm ki, Ermənistanla təkbətək görüşlərdən sonra Yeravanın Rusiyaya ətraflı məlumat verməsi bəlli olurdu. Heç kəs ümid eləməsin ki, Ermənistan bu qaydanı dəyişəcək”.

Rusiya onsuz da bu proseslərin içindədir. Münaqişəni yaradan tərəf də Rusiyadır və ona görə də güman etməyin ki, Rusiya Brüssel görüşündə fiziki olaraq yoxdursa, demək ümumiyyətlə yoxdur. Hər bir danışıqlar barədə Ermənistan Rusiyaya ətraflı məruzə edir. Bu baxımdan biz illüziyalara qapılmamalıyıq. Görüş sərhəddə keçirildi, deyə orada Rusiyanın olmadığını da demək olmaz. Hesab edirəm ki, Ermənistanın baş nazirinin müavini sərhəddən Yerevana qayıdana qədər danışıqlar barədə ruslara ətraflı xəbər çatdırılmışdı. Burada heç bir gözlənilməz hadisə yoxdur.

Mən öz təcrübəmdən də deyə bilərəm ki, Ermənistanla təkbətək görüşlərdən sonra Yeravanın Rusiyaya ətraflı məlumat verməsi bəlli olurdu. Heç kəs ümid eləməsin ki, Ermənistan bu qaydanı dəyişəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar