Çərşənbə axşamı, 28 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya Xarici İşlər Nazirliyi “yalan və nifrət nazirliyinə” necə çevrildi

BMT-nin Cenevrədəki Avropa bölməsində Rusiya nümayəndəliyinin müşaviri Boris Bondarev artıq tarixə düşüb. Təsdiqlənməmiş məlumata görə, Boris Bondarev fevralın sonu və ya martın əvvəlində öz postunu tərk etmiş, Rusiyanın Nepaldakı səfirliyindəki hansısa kiçik diplomatdan başqa Putinin Ukrayna ilə müharibəsinə etiraz olaraq istefa verən Rusiya Xarici İşlər Nazirliyinin ilk rəsmisidir. Bu, ən yaxşı halda Smolenskaya meydanında xidmət edən 4500 diplomatdan iki nəfərdir.

“Hökmdar adamları” Putinin müharibəsində

Bondarev BBC-yə müsahibəsində niyə daha əvvəl getmədiyini inandırıcı şəkildə izah edib – o, “ailə problemlərini həll edib” (yəni, qohumlarının təhlükəsizliyini təmin edib) və “cəsarətini toplayıb”. Keçmiş müşavir sovet dövrünün “xəyanətkarı” roluna düşüb. İndi o və yaxınları həmişə ayıq-sayıq olmalıdırlar. İndi onlar Kreml üçün bütün potensial nəticələrilə “satqındır”.

Konstantin Eqqert

Uzun müddət olmasa da, Sovet İttifaqının Yaxın Şərqdəki diplomatik nümayəndəliyində təcrübəçi kimi çalışdım. Sosial şəbəkələrdə prokuror tonunda “niyə belə gec?” deyə soruşan trollardan fərqli olaraq, Bondarev üçün bunun nə qədər çətin olduğunu yaxşı təsəvvür edə bilərəm. Əgər sistemdə 20 il işləmisənsə, ondan ayrılmaq hətta çox güclü bir insan üçün də çətin olur.

Sovet-rus diplomatını öncə MDBMİ, sonra isə özünün “doğma” nazirliyi “hökmdar adamı”, istənilən əmri yerinə yetirməyə hazır olan mülki geyimli əsgər kimi tərbiyə edir. Ola bilsin ki, yalnız rus ordusunda vətənin hakimiyyət tərəfindən dəyişdirilməsi daha aydın şəkildə ifadə edilir. Daha həssas və vicdanlılar üçün həmişə bəraət var: “Mən guya ölkənin Kremldə kimin oturmasına baxmayaraq, dəyişməyən maraqlarını müdafiə edirəm”.

Boris Bondarev rusiyalı və əcnəbi həmkarlarına göndərdiyi məktubunda məhz bunda – yalan və nifrət nazirliyinə çevrilmiş Rusiya XİN-in deqradasiyası, nazir Lavrovun mənəvi tənəzzülü, Putin və onun ətrafı – “hakimiyyətdə əbədi qalmaq istəyənlər” haqda danışır.

Lavrovun idarəsində çaxnaşma

Bu sətirləri yazarkən Moskvadan heç bir şərh gəlmədi. Təəccüblü deyil. Əslində sovet sistemi belə sarsıntılara heç vaxt hazır olmur. Bondarevin xidmət etdiyi Cenevrə missiyasında və Smolenskaya meydanında çaxnaşma təsəvvür etməkdən qorxuram. Missiyanın rəhbəri Gennadi Qatilov Lavrova niyə “gözdən qaçırdığını” və “satqın”ı vaxtında ifşa etmədiyini deməli olacaq.

Nazirin özü indi onun idarəsindəki “kadrlarla iş” ilə bağlı alçaldıcı Rusiya Təhlükəsizlik Şurasında izahatlar verməli olacaq.

İstənilən halda, Rusiyanın Cenevrədəki missiyasının təhlükəsizlik müşaviri öz çemodanlarını vaxtından əvvəl yığa bilər. Onun yerinə iki nəfər göndərilə bilər, çünki “Bondarev kazusu”ndan sonra Kremlin yeganə reaksiyası həm də sovetsayağı olacaq – xüsusi xidmət orqanlarının diplomatlar üzərində nəzarətini gücləndirmək.

Onlar xarici əlaqələrlə görüşlər barədə daha ətraflı hesabatlar yazacaqlar, onların ailələri daha dəqiqə nəzarətə məruz qalacaqlar. Nümayəndəliklərdən kənarda kirayə mənzillərdə yaşayanlar imkan daxilində öz ərazilərindəki xidməti mənzillərə köçürüləcəklər. Sergey LavrovMariya Zaxarova isə idarədən “xəyanətin ayıbını yumaq” üçün əvvəlkindən də daha qalmaqallı və rüsvayçı bəyanatlar verəcəklər.

Bondarevin hərəkəti istisna olaraq qalacaq

Bununla belə, hesab etmirəm ki, Lavrov Bondarevin hərəkətinin çoxları tərəfindən təkrarlanmasından çox narahat olmalıdır. XİN-də kadr seçimi sistemi həmişə qohumbazlıqla bağlı olub və prioritet konformistlər olub. Mütləq loyallığı bütün dövlət qulluqçuları üçün peşəkar yüksəlişin yeganə meyarına çevirən Putinin dövründə XİN beynəlxalq təbliğat bürosuna çevrilib.

Bəli, orada çoxlu ağıllı mütəxəssislər- ölkəşünaslar var, lakin bu, mövcud sistem çərçivəsində heç bir rol oynamır. Bondarev özü jurnalistlərə təəssüflə etiraf edib ki, onun Cenevrə ofisindəki həmkarları fevralın 24-də Putinin Ukraynanı işğal etməsindən sonra eyforiya vəziyyətində idilər. Onun sözlərinə görə, üçaylıq müharibə onlarda entuziazmı azaldıb, lakin rus diplomatlarından peşmanlıq gözləmir.

Boris Bondarev öz cəsarətli hərəkətilə nəinki öz taleyini dəyişdirdi, o, Rusiya XİN-in reputasiyası ilə bağlı hökmü imzaladı. 20 illik təcrübəyə malik nazirlik insayderinin etdikləri isə bu hökmü daha inandırıcı edir.

Müəllif: Konstantin Eqqert, rusiyalı jurnalist, DW-də həftəlik köşə yazısının və «Втренде» DW müsahibə- layihənin müəllifidir. Konstantin Eqqert Facebook-da: Konstantin Eqqert, Telegram-da: @KonstantinEggert

Şərh müəllifin şəxsi fikrini ifadə edir. Bu, Rusiya redaksiyasının və ümumilikdə Deutsche Welle-nin fikri ilə üst-üstə düşməyə bilər.(Turan.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı yeni vəzifəyə təyin olunub

"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" - Nazir

Xəzər dənizi ilə bağlı həyəcan təbili: belə gedərsə... - Video

"Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək" - Paşinyan

Gürcüstan Rusiyaya gedən avtomobilləri Azərbaycana yönəldib

İcarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb - Foto

Prezidentə Kəlbəcərin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub

Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb

Ritual Mobil Teatr Laboratoriyasından yeni layihə - Foto

NATO yüksək hazırlıqlı döyüş qüvvələrinin sayını artıracaq

Ən çox oxunanalar