Bazar ertəsi, 28 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Litva arasında Kalininqrad gərginliyi... - Artıq proses nüvə müharibəsinə doğru gedir?..

Rusiya XİN Litvanın tranziti bağlamasını “açıq düşmənçilik” və beynəlxalq hüquqi öhdəliklərin pozulması hesab edir. Mariya Zaxarova isə Vilnüsün bu addımını müharibə səbəbi adlandırıb...

Politoloq: “İlk dəfədir ki, Rusiya və Qərb arasındakı mübarizə Kalininqrada qədər genişlənib”.

“Hər halda bu Rusiyaya bir mesajdır. Mesajda Rusiyaya deyilir ki, əgər Ukraynadakı müharibəni davam etdirsə, Kalininqrad ciddi zərər görəcək”.

Bu sözləri politoloq Zaur Məmmədov Rusiya ilə Litva arasında yaranan gərginliyi PİA.az-a şərh edərkən qeyd edib.

Rəsmi Vilnüsün Kalininqrad vilayəti ərazisinə və əks istiqamətə sanksiyalara aid olan yüklərin tranzitinə məhdudiyyətlər qoyması Rusiya ilə Litva arasında müharibə təhlükəsi yaradıb. Bunu artıq Rusiya rəsmiləri açıq şəkildə dilə gətirir və bunu müharibə səbəbi adlandırılar.

Rusiya XİN Litvadan Kalininqrad vilayətinə yüklərin tranzitinə qadağanın ləğvini tələb edib. Bununla əlaqədar Litvanın Moskvadakı müvəqqəti işlər müvəkkili Virginiya Umbrasene Rusiya XİN-ə dəvət olunub. Rusiya XİN Litvanın tranziti bağlamasını “açıq düşmənçilik” və beynəlxalq hüquqi öhdəliklərin pozulması hesab etdiyini bildirib. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova isə Mariya Zaxarova öz açıqlamaslnda isə Vilnüsün bu addımını müharibə səbəbi adlandırıb.

Moskva bildirib ki, əgər tranzit bərpa olunmasa, Rusiya öz milli maraqlarının müdafiəsi üçün cuveren hüququndan istifadə edəcək. Bu isə Rusiya qoşunlarının Ukraynadan sonra Litvaya yeridilməsini istisna etmir. Lakin nəzərə alsaq ki, Litva NATO ölkəsidir, Rusiyanın bu addımı Litvaya qarşı deyil, NATO-ya müharibə elan etmək deməkdir. Bəs Ukrayna 4 aydır ağır döyüşlərə girib böyük itkilər verən Moskva bu riski gözə ala biklərmİ? Yoxsa artıq proses nüvə müharibəsinə doğru gedir?

Rusiyanın NATO ölkəsinə qarşı müharibə təhdidlərini nə qədər inandırıcı hesab etmək olar? Ümumiyyətlə Ukrayna böhranın yaratdığı Kalininqrad böhranı hansı təhlükələrə yol aça bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Rusiya ilə Litva arasında olan ziddiyyətin və konfliktin müharibə ehtimalı yoxdur”.

Rusiyanın NATO ölkəsi ilə müharibə ehtimalını ciddi hesab etmətən politoloq PİA.az-a bildirib ki, Rusiyanın ikinci cəbhədə vuruşması inandırıcı görünmür. Həm də bu ikinci cəbhə NATO-dursa:

“İlk dəfədir ki, Rusiya və Qərb arasındakı mübarizə Kalininqrada qədər genişlənib. Bundan əvvəl Kalininqradla bağlı nə sanksiyalarda, nə logistikada, nə də digər məsələlərdə Avropa İttifaqı və ABŞ qərar qəbul etməmişdi. Görünən odur ki, Litva bu davranışı ilə ona verilən tapşırığı icra etməkdədir. Bu əlbəttə ki, Rusiya və Litva münasibətlərinə ciddi şəkildə təsir edəcək.

Digər tərəfdən də onsuz da Litva-Rusiya münasibətləri Latviya, Estoniya, Rusiya münasibətləri kimi pis vəziyyətdə idi. Baxmayaraq ki, hər iki ölkədə rus dilli əhalinin sayı elə də az deyil.

Hər halda bu Rusiyaya bir mesajdır. Mesajda Rusiyaya deyilir ki, əgər Ukraynadakı müharibəni davam etdirsə, Kalininqrad ciddi zərər görəcək. Bu həm də sistemli şəkildə Rusiyaya edilən təzyiqin bir hissəsi kimi dəyərləndirilməlidir.

Rusiyanın NATO ölkəsi ilə müharibə ehtimalını ciddi hesab etmirəm. Çünki Rusiyanın ikinci cəbhədə vuruşması inandırıcı görünmür. Həm də bu ikinci cəbhə NATO-dursa, heç inandırıcı görünmür. Çünki bu halda Rusiya nüvə silahından istifadə etməyə məcbur qalaacq ki, bu da bütün planet üçün fəlakətdir. Hesab etmirəm ki, Rusiya məsələni bu qədər irəli aparsın.

Zaur Məmmədov: “Hazırkı böhrandan çıxmaq üşün Rusiyanın bütün halda məqsədi ABŞ və AB ilə danışıqlar masasına oturmaqdır”.

Düşünürəm ki, Avropa Evinə inteqrasiya olunmuş ölkə ilə müharibə aparmaq Rusiyaya lazım deyil. Ona görə də Rusiya ilə Litva arasında olan ziddiyyətin və konfliktin müharibəyə çevrilmə ehtimalının olduğunu düşünmürəm.

Hazırkı böhrandan çıxmaq üşün Rusiyanın bütün halda məqsədi ABŞ və AB ilə danışıqlar masasına oturmaqdır. Lakin Qərb, xüsusən də anqlosaks qanadı buna heç də isti yanaşmır. Onlara görə Rusiya zəifləməli və hakimiyyət dəyişikliyi ilə demokratik rejim formalaşdırılmalıdır.

Bu prosesin haraya qədər gedəcəyini isə bir neçə il müddətində görəcəyik. Onu da qeyd edim ki, artıq Ukrayna müharibəsi Rusiyanın yaşam uğrunda müharibəsinə çevrilməkdədir və bu da təhlükəlidir. Biz yalnız arzu edə bilərik ki, müharibə daha böyük coğrafiyaya, xüsusən də NATO coğrafiyasına yayılmasın.”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun övladlarının inanılmaz sərvəti – Xaricdəki bahalı mülklər...

Lukaşenkonun səhhəti pisləşib və onun iş qabiliyyətini itirməsi belə istisna olunmur...

Azərbaycanda nazirin həbsi ilə bağlı maraqlı faktlar...

Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia

“Yüksək səviyyəli məmurların da həbsi gözlənilir” - Partiya sədri

Vüqar Əliyev AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib

İrandan “Bakıya Xəzərdən hücum” mesajı: nə baş verəcək?

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri həbs edilib

Dünyada kərə yağı kəskin ucuzlaşıb – Son qiymət

Baba Vanqanın 2022-ci il kəhanəti gerçəkləşdi - Video 

Ədliyyə Nazirliyinin Aparatının strukturu dəyişib

Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndəriliblər - Foto

Ən çox oxunanalar