Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Ukrayna gərginliyi: Kiyev Şərqin və Qərbin caynaqlarından özünü qurtara biləcəkmi?

Dünən Rusiya mətbuatında mümkün bir müdaxilə vəziyyəti üçün ABŞ-ın Ukraynaya hərbi zəmanət verdiyi iddia edilib. 2014-cü ildən bəri ABŞ-ın Ukraynaya 2 milyard dollardan çox təhlükəsizlik yardımı etdiyi də bildirilib...

Kürşad Zorlu
“Habertürk”, Türkiyə, 2 aprel 2021-ci il

Bu yaxınlarda Ukrayna ilə Rusiya arasında yüksələn gərginlik münaqişə riskini də artırıb və “soyuq müharibə” vəziyyətini yenidən işıqlandıran bir prosesi ortaya qoyub. Bu proses isə ABŞ-Rusiya və gələcək Şərq-Qərb qütbləşməsinin mübarizə sahələrindən birinə çevrilir. Üstəlik, Krımın gələcəyi, Qara dənizin təhlükəsizliyi və Xəzərdən Avropaya qaz köçürülməsi kimi müxtəlif məsələlər Türkiyə ilə də əlaqəlidir.

Yaxın zamanda Ukrayna prezidenti Zelenski Türkiyəyə səfər etsə, bu, heç təəccüblü olmaz.

Məsələnin necə irəliləyəcəyini araşdırmaq üçün keçmişə nəzər salmaq faydalı olacaq. Ukrayna 2002-ci ildən bəri NATO-nun “genişlənmə siyasəti” çərçivəsində Qərbə üz tutan ölkələrdən biridir. Əslində, 2004-cü ildə baş verən “Narıncı İnqilab” təkcə Ukraynada deyil, keçmiş post-sovet bölgəsində də inqilablara təkan verdi. Ölkədəki müxalif partiyanın lideri Viktor Yanukoviç “Soyuq Müharibə”dən sonrakı dövrdə Rusiyanın Qərbə qarşı hazırladığı “Yaxın Ətraf Doktrinası”na əsaslanaraq Moskvanın dəstəyini aldı. 2010-cu ildə Yanukoviç hakimiyyətə gəldikdən sonra Qərbin “Narıncı İnqilab” vasitəsilə Ukraynanı öz blokuna qatmaq məqsədi uğursuz oldu.Xalqın iradəsinə zidd olaraq Ukrayna hakimiyyəti yenidən Rusiyaya tərəf yönəlməyə başladı və Avropa Birliyi ilə imzalanması nəzərdə tutulan Assosiasiya Sazişini rədd etdi. Belə bir mühitdə ölkədə siyasi xaos meydana gəldi və proses küçə qarşıdurmalarına qədər uzandı. Xaosun dərinləşməsi ilə Moskva tərəfdarı olab Yanukoviç devrildi, nəticədə yeni AB və NATO tərəfdarı olan insanlar hakimiyyətə gəldi. Bu dövrdə Krımda və şərqdəki Donbas bölgəsində Rusiyanın çəkisi və təsiri tədricən artdı.

1 aprel 2021-ci il tarixindən etibarən sona çatan atəşkəsi uzatmayacağını elan edən Rusiya sərhədə qoşun göndərərkən (təqribən 4000 əsgər), ABŞ da bu prosesə qarışdı və Ukraynaya olan dəstəyini bildirdi. Xüsusilə ABŞ-ın Co Bayden adminstrasiyası altında Ukrayna ilə əlaqələrini artırması və Rusiyaya qarşı siyasi münasibətini sərtləşdirməsi Krım və Donbas bölgələrinə qoşun yeritməsi prosesini daha da sürətləndirdi. Həmçinin, təkcə Donbas xəttində deyil, Krımda da hərəkətlənmələr baş verir. Bunun qısa müddətdə hərtərəfli bir münaqişəyə çevrilməsi çətin görünür. Lakin Gürcüstanda baş verən hadisələri xatırlasaq, onların da təkcə bir güc nümayişi olduğunu demək çətin məsələdir.

Dünən ən təəccüblü açıqlamalardan birini Rusiya xarici işlər naziri Sergey Lavrov verib: “Prezident Vladimir Putin bu yaxınlarda demişdi, amma bu sözlər bu gün də qüvvədədir. Donbasda yeni bir müharibə başlatmağa çalışanlar Ukraynanı məhv edəcəklər”. Bu, təkcə Ukraynaya deyil, həm də ABŞ-a verilən bir mesaj idi.

Ukraynanın, xüsusən son aylarda Rusiyaya qarşı sanksiyalarla bağlı diplomatik prosesi sürətləndirdiyi hər kəsə məlumdur. Bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verən Ukrayna xarici işlər nazirinin müavini Emine Cabbar: “Bu gün Krım girov kimi saxlanılan 2,5 milyon Ukrayna vətəndaşı ilə birgə faktiki olaraq Rusiyanın hərbi bazasıdır”, deyə qeyd etmişdi. Krım Platformasının yaradılması da məhz bu dövrdə baş tutmuşdu. Fikrimcə, Rusiyanın sərhəddəki aktivliyi də Ukraynanın aktiv xarici siyasət strategiyasına qarşı bir həmlədir.

Burada, əslində, başqa bir detal da var. Qərbin siyasi və logistika dəstəyinə baxmayaraq, Ukrayna NATO üzvü deyil. Ukraynanın və onu əhatə edən digər NATO üzvlərinin ərazi bütövlüyünün mümkün bir qarşıdurmada necə bir hərəkət edəcəyi aydın deyil. Bu detal Rusiyanın öz kartlarını açması baxımından o qədər vacibdir ki, dünən Rusiya mətbuatında mümkün bir müdaxilə vəziyyəti üçün ABŞ-ın Ukraynaya hərbi zəmanət verdiyi iddia edilib. 2014-cü ildən bəri ABŞ-ın Ukraynaya 2 milyard dollardan çox təhlükəsizlik yardımı etdiyi də bildirilib.

Ukrayna geosiyasətinin Rusiya üçün ciddi bir qırılma xəttində dayandığı aydındır. Ukrayna Rusiya üçün Avropanın şərqinə və Balkanlara açılan bir qapıdır. Bu baxımdan strateq Bjezinskinin “Ukrayna olmasa, Rusiya Avrasiya imperiyası olmayacaq”, ifadəsi hələ də aktualdır.

Ukrayna isə ərazi bütövlüyünü bərpa etməyi və Şərq-Qərb caynağında özünə etibarlı bir yol çəkməyi hədəfləyir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar