Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya təyyarələri xəbərdarlıq vərəqləri səpib: T-90 tankları bölgəyə göndərilir...

Suriyanın şimalında vəziyyətin gərginləşdiyinə dair yeni məlumatlar yayılıb.

Virtualaz.org xəbər verir ki, Türkiyə ordusunun PKK/YPG terrorçularına qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyinə dair xəbərdarlıqlardan sonra Əsəd rejimi də şimala əlavə qoşun hissələr və texnika cəmləşdirir. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Suriya ordusunun T-90 tanklarını, BMP-2 piyadaların döyüş maşınlarını və digər silahlarını daşıyan karvan Tel-Rifat qəsəbəsinə tərəf hərəkət edib. Belə ki, Türkiyə ordusunun və onun müttəfiq qüvvələrinin-müxalif qruplaşmaların hücumunun birinci hədəfinin məhz bu rayon olacağı gözlənilir.

Bundan əvvəl Rusiyanın Suriyaya tanklar ə digər zirehli texnika daşıyan desant gəmisinin hərəkət etdiyi məlum olmuşdu.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında sentyabrın sonlarında Soçidə baş tutmuş danışıqlara baxmayaraq Suriyanın şimalında eskalasiya artmaqdadır. Bu günlərdə Türkiyə tərəfi bölgədəki türk hərbçilərinə artan hücumlara görə RusiyaABŞ-ın məsuliyyət daşıdığını bəyan etmişdi.

Bölgədən verilən digər məlumata görə, Rusiya təyyarələri ötən gün müxalif qüvvələrin nəzarətində olan və Türkiyə ordu bölmələrinin də yerləşdiyi bölgələrə xəbərdarlıq vərəqələri səpiblər. Həmin vərəqələrdə müxalif silahlılara ultmatum verilir və mülki əhali xəbərdar edilir ki, bölgədə mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı raket, artilleriya və hava zərbələrindən zərər çəkə bilərlər.

Digər məlumata görə, Suriya ordusunun hissələri müxalif yaraqlıların güclü artilleriya zərbələrinin ardınca Ayn əl-İssa rayonundan geri çəkiliblər. Həmin rayonda Rusiya ordusunun müşahidə postları da yerləşirdi. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Rusiya vertolyotları bölgədən geri çəkilən Əsəd qoşunlarını havadan müşaiyət edir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Ən çox oxunanalar