Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya sülhməramlıların yeni komandanı: Kosobokovu cəmi 2 həftədən sonra əvəzləyən Anaşkin kimdir?

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

“Sputnik Armenia”ya xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.

Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968 -ci ildə Kuibışevdə (indiki Samara) anadan olub. 1987 -ci ildə orduya çağırıldı, Almaniyada xidmət etdi. Daha sonra Ryazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 1998 -ci ildən 116 -cı əlahiddə desantçı batalyonunda xidmət edib, bölük komandiri olub.

1999-cu ilin dekabrından 2000 -ci ilin avqustuna qədər Anaşkin keçmiş Yuqoslaviyada xidmət edirdi, burada Bosniya və Herseqovina Respublikasında sülhməramlı qüvvələrin tərkibində hava taborunun komandiri idi.

2003-cü ildə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirib.

2007-ci ilin iyun ayından 104 -cü Qvardiya Desant-Hücum Alayının (76 -cı Qvardiya Desant-Hücum Diviziyası) komandiri idi.

Rusiya prezidentinin 2008 -ci il fərmanı ilə Anaşkin, hərbi vəzifəni yerinə yetirərkən göstərdiyi şücaətə və qəhrəmanlığa görə "Zolotaya Zvezda" medalı təqdim edilib və o, Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.

Rusiya prezidentinin 11 iyun 2021 -ci il tarixli fərmanı ilə Anaşkinə general-leytenant rütbəsi verilib.(virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - Məhkəmə

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir?

“Əli Əkbər Vilayətidən soruşdum: niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik...”

Eldar Həsənov məhkəmədə huşunu itirdi: “Onu xərəyə qoyub apardılar”

Milli Məclisin oliqarx deputatları: “TOP-10″da kimlər var?

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Şeyxin deputat qardaşı sürücüsünü cəzalandırdı: “Facebook”a görə - Foto

İmmunitet gücləndirən vitaminlər - Payızda qəbul etməlisiz

Ən çox oxunanalar