Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya sülhməramlıları: “Sərhəddəki gərginlikdə Ermənistan hakimiyyəti günahkardır”

“Hqaparak” qəzeti: “Paşinyan anti-Rusiya mövqeli şəxsləri vəzifəyə gətirir”...

“Hökumətdəki son kadr dəyişikliyindən görünür ki, Nikol Paşinyan xarici siyasət kursunu dəyişdirir, əsas sahələrdə anti-Rusiya mövqeli şəxsləri təyin edir”- deyə, Ermənistanda nəşr olunan “Hqaparak” qəzeti yazır. 

Nəşr yazır ki, baş nazir postuna hələ rəsmən təsdiqlənməyən Nikol Paşinyan Rusiyapərəst məmurları (məsələn, Vaqarşak Arutyunyanı) işdən çıxarıb və onları “Qərb mərkəzlərindən, bəzən də düşmən dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri təyin edir”.

“Hqaparak” yazır ki, hökumətdəki son kadr dəyişiklikləri Rusiya dairələrinin diqqətindən yayınmır, hətta Qarabağdakı rusiyalı sülhməramlılar da bu dəyişikliklərdən  danışırlar: “Sünikdəki rus sülhməramlıları yerli əhali ilə ünsiyyət qurarkən Ermənistan hökumətindəki dəyişikliklərdən narazılıqlarını gizlətmirlər. Rusiya sülhməramlıları deyiblər ki, Azərbaycan sərhədindəki gərginlikdə Ermənistan hakimiyyəti günahkardır. Bu gərginliyi yaratmaqda isə məqsəd  sülhməramlıların öz öhdəliklərini yerinə yetirə bilmədikləri təəssüratını yaratmaqdır. Azərbaycan-Ermənista sərhəddində gərginlikdə məqsəd həm də Qərb qoşunlarını bu bölgəyə yerləşdirilməsini təmin etməkdir. Fransanın Ermənistandakı səfirinin sərhəddəki  gərginlik və təhlükəsizlik problemi ilə bağlı Ermənistanın təklifini müzakirə edəcəklərini bildirməsi təsadüfi deyil. Söhbət sərhəddə Minsk Qrupuna üzv ölkələrin qoşunlarının yerləşdirilməsindən gedir ”deyə, qəzet yazır.

Rusiyanın “Rosbalt” agentliyi də Paşinyanın son günlər yenidən Azərbaycanla münasibətləri gərginləşdirmə tonuna diqqət çəkir. “Daima blokadada olmasından  şikayətlənən və özünü qurban kimi göstərən Ermənistanın nəqliyyat kommunikasiyalarını açmaqdan imtina etməsinin səbəbi barədə düşünməyə dəyər. Ermənistanın Qərbi “ədalətli hakim” və “səxavətli sponsor” rolunda görərək, münaqişənin “yeni həll modelini” formalaşdırmaq istəyi var”. 

Rusiya agentliyi Paşinyanın son günlər Fransa prezidenti ilə təmaslarına diqqət çəkərək İrəvanın Parisə böyük ümidlər bağladığını yazır. “Göründüyü kimi, Ermənistanın AzərbaycanRusiyaya "təzyiq göstərmək" üçün başqa bir fürsəti yoxdur. Yalnız Qərbə tərəf dönərək Moskvanı şantaj etmək və Bakını digər dövlətlərin ərazilərini də ələ keçirməkdə günahlandırmaq niyyətindədir. Ancaq bunlar çox təhlükəli manevrlərdir -  bir neçə stulda əyləşmək və hamıdan divident almaq siyasətinin uğur qazanmaq ehtimalı yoxdur.Ermənistanın "dünya ictimaiyyətinə bölgəyə yerləşdirilmiş rus sülhməramlılarının uyğunsuzluğu və səmərəsizliyini göstərmək" məqsədi güddüyü də aydındır. Moskva üçün bu vəziyyət təhlil etmək çətin deyil. Avropa Birliyindən ciddi maliyyə dəstəyi alan Paşinyanın onunla(Şarl Mişelə işarədir-O.Ə) üzbəüz nədən danışdıqları məlum deyil. Xüsusən də tərəflərin danışıqlarda bölgəyə NATO formatında sülhməramlı kontingentin yerləşdirilməsi istəyində nə qədər irəlilədikləri məlum deyil”. 

Agentliyə görə, Azərbaycanla sərhəddə atəşkəsin tez-tez pozulmasında tərəflərin hansının günahklar olduğunu müəyyənləşdirmək çətindir. Amma Paşinyanın davranışları onu göstərir ki, sərhəddə olan Rusiya ordusu işinin öhdəsindən gəlməməkdə suçlamaq üçün Ermənistan hər şeyi edir...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar