Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya raketləri üçün artıq Kiyev əlçatmaz olub...

Qərbin hava hücumundan müdafiə sistemləri Kiyev vilayətini Rusiyanın hücumları üçün əlçatmaz edir...

Rusiya yanvarın 26-da Ukraynaya 2 kütləvi raket hücumu həyata keçirib. Ancaq bu hücumu uğursuz adlandırmaq olar.

Ukrayna Silahlı Qüvvələri səhər saatlarında atılan 55 raketdən 47-ni, gecə isə Ukrayna şəhərlərinə doğru uçan bütün İran pilotsuz təyyarələrini vurub.

PİA.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Ali Baş Komandanı Valeri Zalujnı deyib.

Kiyev üzərindəki bütün raketlər və PUA-lar vurulub. Bu da onu göstərir ki, Qərbin hava hücumundan müdafiə sistemləri Kiyev vilayətini Rusiyanın raket hücumları üçün çətinləşdirib”. deyə Zalujnı bildirib

Qeyd edək ki, bu günkü raket hücumunun uğursuzluğunu Rusiya mətbuatı da etiraf edib. Rusiyanın “Agentlik” nəşri yazır ki, Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, bu gün Kiyevin hava məkanında 20-yə yaxın raket aşkarlanıb. Onların hamısı, yerli hakimiyyət orqanlarının məlumatına görə, vurulub.

Kiyevin meri Vitali Kliçko bildirib ki, paytaxtın Dnepr və Qoloseyevski rayonlarında partlayışlar olub. Qoloseyevski rayonunda vurulan raketin qalıqları qeyri-yaşayış binasına düşüb.

“Agentlik” nəşri yazır ki, gecə saatlarında Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun buraxdığı 24 ədəd “Şahed-136/131” kamikadze dronlarının hamısını vurub. Onlardan 15-ə yaxını Kiyev vilayəti səmasında vurulub.

Gecə saatlarında Zaporojye və Xerson vilayətlərində də partlayışlar səslənib.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar