Cümə axşamı, 29 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya qoşunlarının Azərbaycanla Ermənistan sərhəddinə yerləşdirilməsi ölkəmizin suverenliyinə  təhdiddirmi?..

Rusların sərhədə yerləşməsi iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya məsələsinə necə təsir edə bilər?..

Siyasi şərhçi: “Şuşa bəyannaməsi Rusiyanını daha da aktiv hala gətirir. Rusiyanın bu bəyannamədən sonra narahatlığı daha da artıb”.

“Ümumiyyətlə Rusiya sülhməramlılarının bölgədə varlığı getdikcə təhlükə olmağa başlayır”.

Bu sözləri siyasi şərhçi Elman Vəliyev Rusiya hərbçilərinin Geqarkunikdən Zəngəzura, Gorusa qədər yerləşməsi üçün üçtərəfli danışıqlarda müzakirə aparılması xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan bildirib ki, həm Azərbaycan, həm də Ermənistan tutduqları mövqelərdən geri çəkiləcək, sərhəd bölgəsinə Rusiya ordusu yerləşdiriləcək. Qubernator qeyd edib ki, Rusiya hərbçilərinin təkcə Geqarkunikdə yox, bütün sərhəd boyu – Geqarkunikdən Zəngəzura, Gorusa qədər yerləşməsi üçtərəfli danışıqlarda müzakirə olunur. Bu gün həmin məlumatı Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib.

Rusiya sərhəd qoşunlarının Azərbaycanla Ermənistan sərhədinə yerləşdirilməsi ölkəmizin suveren hüquqlarına nə qədər uyğundur və rusların sərhədə yerləşməsi ölkələr arasında sərhədlərin demarkasiya və delimitasiya məsələsinə necə təsir edə bilər? Ruslar bu prossesi sürətləndirər, yoxsa əksinə tormozlayar?

Mövzunu PİA.az-ın əməkdaşı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyevlə müzakirə edib.

Elman Vəliyev: “Biz baş verənlərə göz yumsaq ruslar ikinci 5 il müddətində də Dağlıq Qarabağda qalacaqlar. Buna görə də çalışmalıyıq ki, ermənilərlə burbaşa əlaqələr quraq və qarşılıqlı olaraq təhlükəsizlik təminatı verək”.

5 il müddətində rus qoşunlarının Qarabağdan çıxmalarını təmin etməyimizin vacib olduğunu vurğulayan siyasi şərhçi PİA.az-a bildirib ki, Rusiya sərhəd qoşunlarının Azərbaycanla Ermənistan sərhədinə yerləşdirilməsinin ölkəmizin suverenliyinə yaradacağı təhdid yoxdur. Çünki Azərbaycan özü öz sərhədlərini qoruyur və rus sərhəd qoşunları məhz Ermənistan tərəfdə yerləşəcək. Bu isə Ermənistanın daxili işidir:

Şuşa bəyannaməsi Rusiyanını daha da aktiv hala gətirir, Rusiyanın bu bəyannamədən sonra narahatlığı daha da artıb. Zəngəzur dəhlizinin açılmasında Rusiyanın marağı məhz dəhlizin təhlükəsizliyini öz üzərinə götürməkdir. Ermənistan tərəfinin də özünü müdafiə etmək məqsədi ilə Rusiyanı bölgədə görmək istəkləri də buna təkan verir.

Bildiyimiz kimi Rusiya müharibədən sonra Ermənistan iqtisadiyyatı üçün bir xeyli maddi yardım edir. Çünki Rusiya hər iki tərəf arasındakı konfliktin tez yatışmasını istəmir. Bundan əlavə başqa qüvvələrin də bölgədə yer almaması üçün Ermənistanın əl-ayağını tez tutmağa çalışır. Moskvada yaxşı bilirlər ki, ABŞ başda olmaqla Qərbin də regionda geosiyasi maraqlı var və onlar da bölgəyə müdaxilə etmək üçün fürsət gözləyirlər.

Elman Vəliyev: “Sözsüz ki, birinci beş il müddətində Rusiya çalışacaq ki, hər iki tərəf arasındakı gərginliklər dəyişməz qalsın və bundan öz maraqları naminə istifadə etsin. İkinci beş il müddətində isə azərbaycanlılarla ermənilərin inteqrasiyası adı altında hansısa dekorativ işlər görməyə çalışacaq ki, mandatını artırmaq üçün əlində dəlillləri olsun”.

Sərhəddə Rusiya qoşunlarının yerləşdirilməsi yumşaq siyasətlə həyata keçirilir. Yəni zor gücü ilə deyil də, razılıq formatında həyata keçirilir. Rusiya qoşunlarını sərhəddə demarkasiya, delimitasiya prosesləri zamanı yerləşdirsə, gərək sərhəd hüquqi cəhətdən təsdiqlənsin. Sərhəd Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri ilə, yəni işğaldan azad edilmiş ərazilər də daxil olmaqla dəhlizə imkan yaradan ərazilər çərçivəsində olmalıdır. Yoxsa, Azərbaycan geri addım atmamalı, tutduqları ərazilərdən geri çəkilməməlidir ki, sərhəddə rus qoşunları yerləşsin.

Ümumiyyətlə Rusiya sülhməramlılarının bölgədə varlığı getdikcə təhlükə olmağa başlayır. Düşünürəm ki, Azərbaycan tərəfi bu barədə bir bildiriş etməlidir. Yəni 5 il müddətinə yaxın sülhməramlılar hiss etsinlər ki, artıq “missiyaları” tamamlanıb.

Sözsüz ki, birinci beş il müddətində Rusiya çalışacaq ki, hər iki tərəf arasındakı gərginliklər dəyişməz qalsın və bundan öz maraqları naminə istifadə etsin. İkinci beş il müddətində isə azərbaycanlılarla ermənilərin inteqrasiyası adı altında hansısa dekorativ işlər görməyə çalışacaq ki, mandatını artırmaq üçün əlində dəlillləri olsun. Ona görə də mən düşününrəm ki, sərhəddə yerləşəndən sonra Rusiya ErmənistanAzərbaycan sərhədlərinin demarkasiya və delimitasiya məsələsində heç də maraqlı tərəf olmayacaq. Əksinə Rusiya elə bir vəziyyət yaratmağa çalışacaq ki, sərhəddən çəkildiyi zaman hər iki tərəf öz ərazi bütövlüyü üçün təhlükə hesab eləsin. Hesab edirəm ki, Moskvanın əsas marağı bundan ibarətdir və Rusiya ErmənistanAzərbaycan sərhədində olduğu müddətcə indiki status-kvonun qorunub saxlanılması üçün əlindən gələn hər şeyi edəcək.

Azərbaycan buna göz yuma bilməz. Ona görə də mütləq şəkildə 5 il müddətində rus qoşunlarının Qarabağdan çıxmalarını təmin etməliyik. Bunu edə bilərik. Bəyanata dayanaraq, tam hüquqlu tərəf olaraq bunu edə bilərik. Amma biz baş verənlərə göz yumsaq ruslar ikinci 5 il müddətində də Dağlıq Qarabağda qalacaqlar. Buna görə də çalışmalıyıq ki, ermənilərlə burbaşa əlaqələr quraq və qarşılıqlı olaraq təhlükəsizlik təminatı verək.

Qaldı ki, Rusiya sərhəd qoşunlarının Azərbaycanla Ermənistan sərhədinə yerləşdirilməsinin ölkəmizin suverenliyinə yaradacağı təhdidə, hesab etmirəm ki, bu suverenliyimiz üçün hər hansı bir təhdid yaradır. Çünki Azərbaycan özü öz sərhədlərini qoruyur və rus sərhəd qoşunları məhz Ermənistan tərəfdə yerləşəcək. Bu isə Ermənistanın daxili işidir. Onsuz da Ermənistanın sərhədlərini Rusiya sərhəd qoşunları qoruyur və indi də onların Azərbaycan-Ermənista­n sərhədində yerləşməsi Rusiya ilə Ermənistan arasında olan məsələdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

Ermənistan ordusunun Kəlbəcər istiqamətində ötən gecə dağıdılan postu

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

“Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır” - Xeyrəddin Qocadan vaksin açıqlaması

Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi

“Daha müxalifətçiliyə yer qalmayıb” - Flora Kərimova

“Hər küçədən keçənə cavab vermək niyyətim yoxdur”

Makron Bakıya gəlir... - Azərbaycana düşmən kimi baxan Fransa prezidentinin bu səfəri nəyə hesablanıb?

Putin Rusiya Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

Ən çox oxunanalar