Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır" - Ukrayna Baş Qərargahı

"Rusiya qoşunları İzyum istiqamətində hücuma hazırlaşır. Rusiya aviasiyası şərq əməliyyat zonasında mülki və hərbi infrastruktura və Ukraynanın dərinliklərindəki sənaye obyektlərinə zərbələr endirib".

PİA.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

"Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Sərhəd zolağında, xüsusilə Ukrayna ərazisində mobil radiomonitorinq kompleksinin fəaliyyəti qeydə alınıb. Severski istiqamətində qarşı tərəf Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədində nəzarəti gücləndirib. Xarkov istiqamətində isə düşmən əsas səylərini mövqelərini qorumağa yönəldib. Qarşı tərəfin hava kəşfiyyatı davam edir", - qurumdan bildirilib.

Rəsmi informasiyaya əsasən, Mariupolda Rusiya qoşunları kütləvi artilleriya və hava zərbələrini davam etdirir: "Qarşı tərəfin əsas səyləri "Azovstal" ərazisindəki müdafiə qüvvələrimizi məğlub etməyə yönəlib. Ötən gün düşmənin 11 hava hədəfi vurulub. Onlardan 2-si helikopter, 7-si PUA, 2-si qanadlı raketdir.

Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində düşmənin 17 hücumu dəf edilib. Həmçinin 3 tank, 1 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 1 nəqliyyat avtomobili məhv edilib. Şəxsi heyətin itkiləri dəqiqləşdirilir".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar