Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

Məşhur amerikalı politoloq Pol Qobl Soçidəki üçtərəfli görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı xüsusi nailiyyətlər əldə edildiyini düşünmür.

O, Putin-Əliyev-Paşinyan görüşünün yekunlarını Turan Agentliyinə şərh edərkən belə deyib: "Soçidəki görüş prosesi irəlilətmək üçün az iş görüb. Orada yalnız bəyanatlar olub, amma əsas məsələlərlə bağlı sazişlər olmayıb. Laçın və Qarabağın Ermənistana aid əraziləri ilə bağlı qərar olmadıqca sərhədlərin delimitasiyası mümkün deyil", deyə o bildirib.

Üçtərəfli görüş real dialoqun başlanğıcını qoya və nəqliyyat kommunikasiyalarının açılması prosesinə təkan verə bilərmi? Bu suala politoloq belə cavab verib: "Bunun necə ola biləcəyini görmürəm. Bütün görüş tərəflər arasında razılaşmaların əldə edilməsindən daha çox Rusiyanın müsbət rolunun vurğulanmasına həsr edilmişdi".

Politoloq Rusiyanın ErmənistanAzərbaycan arasında barışıq prosesini başa çatdırmaq üçün siyasi iradəsinin olub-olmaması haqqında suala da mənfi cavab verib. "Xeyr, Moskva görüşlər təşkil etməyə və bəyanatlar verməyə davam edəcək, amma onun öz marağı münaqişənin davam etməsinə şərait yaratmaqdan ibarətdir. Bu və ya digər tərəfin süqutu və nizamlanmanın qəbul etdirilməsi regionda Moskvanın təsirini heçə endirir", Qobl belə hesab edir.

Bu halda Qərb Ermənistana və Azərbaycana nə təklif edə bilər?

Bu suala politoloq belə cavab verib: "Bu halda Qərb ABŞ və Fransadır, onlar çox da fəal deyillər. Amma Əliyev və Paşinyanın Brüsseldə NATO-nun qərargah-mənzilində keçiriləcək görüşü vəziyyəti dəyişdirə bilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar