Cümə, 03 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya Qarabağ müharibəsində baş verənlərdən narahat olub yeni raket üzərində işə başladı

Rusiyanın “Rostex” dövlət korporasiyası mənzili uzadılmış yeni daşınan zenit-raket komplekslərinin yaradılması üzərində işə başlayıb. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni silah piyada bölmələrinə hava hədəflərini böyük yüksəkliklərdə məhv etməyə imkan verəcək.

Korporasiyanın mühəndislərinin işləyib hazırladığı daşınan zenit-raket kompleksi hədəfi 10 kilometrə qədər məsafədən vura bilər, bu isə Rusiya ordusunun silahlanmasında yer alan indiki daşınan raket komplekslərindən xeyli çoxdur. Atəş mənzilinin artırılması ilə yanaşı yeni silah yüksək dəqiqliyə də malik olacaq. Ən azından “Rostex”ə daxil olan “Maşınqayırma” konstruktor bürosunun ixrac-idxal idarəsinin rəisi Aleksandr Romanyuk belə deyir.

Yeni kompleks əsasən pilotsuz uçan aparatlar və kamikadze-dronlara qarşı mübarizə üçün nəzərdə tutulur. “RİA Novosti” qeyd edir ki, Suriya və Qarabağdakı müharibələrin təcrübəsi bu cür hədəflərin vertolyotların, təyyarələrin və qanadlı raketlərin vurulması üçün nəzərdə tutulan zenit-raket kompleksləri ilə vurulmasının mürəkkəb olduğunu göstərib. Yeni daşınan zenit-raket kompleksinin texniki xüsusiyyətləri, onun görkəmi və digər məlumatlar hələ açıqlanmır. “Rostex” heç yeni silahın adını da açıqlamayıb, amma təxminlərə görə, yeni kompleks “Metka” adlana bilər.

Qeyd edək ki, Azərbaycan ordusunun Qarabağda apardığı döyüşlərin təcrübəsini müharibənin başa çatmasından dərhal sonra RusiyaABŞ-da daxil olmaqla dünyanın aparıcı ölkələrində araşdırmağa başlayıblar. Bir çox ölkələr bu təcrübəni nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik ediblər, daha çox PUA-lara və kamikadze-dronlara üstünlük verməyə başlayıblar. 44 günlük müharibə zamanı Azərbaycan ordusu kamikadze-dronlarla və “Bayraktar TB2” zərbə PUA-ları ilə düşmənin çoxsaylı zenit-raket komplekslərini, o cümlədən S-300 zenit-raket komplekslərini məhv etmişdi. O cümlədən təyinatı PUA-lara qarşı mübarizə olan radioelektron mübarizə sistemlərinin özləri də dronlara hədəf olmuşdu. Bütün bu silahların hamısı Rusiya istehsalı idi... 

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mixeil Saakaşvili: "İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm"

İcra hakimiyyətləri ləğv olunacaq? – 14 icra başçısı ola bilər

Qaraheybətdə helikopterin qəzaya uğraması ilə bağlı deyilməyənlər

Həmsədrlər Stokholmda Qarabağla bağlı bəyannamə qəbul etdilər

Aslan İsmayılov: "Azərbaycan cəmiyyətinin bu gündə olmasının əsas səbəbkarı AXC şinelindən çıxanlardır"

Azərbaycanlı ayətullah Sistanini əvəz edəcək - Ayətullah əl-İrəvani İraq şiələrinin lideri olacaq...

Yerinə qızını gətirir: Eldar Yunusovun baxçalarla bağlı varis planı - Video

Ağ Evdən Bakıya mühüm jest - "Demokratiya sammiti" ərəfəsi İrəvana zərbə

Türkiyədə yeni silahın sınaqları uğurlu oldu - Foto, Video

Murad Süleymanov saxta dərman probleminin həll edilməsi üçün bu neçə ildə nə edib?

Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib

Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay