Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Rusiya Paşinyanın bu satqınlığını ona bağışlamayacaq” - Elxan Şahinoğlu  

Üçtərəfli bəyanatın 9-cu bəndi reallaşmazsa, regionda prosseslər necə inkişaf edə bilər?..

Politoloq: “Paşinyanın koridor məsələsi ilə bağlı verdiyi mesaj Azərbaycana yox, Rusiyaya idi. Çünki Moskva bəyannaməsində də kommunikasiya, nəqliyyat xətlərinin açılması məsələsi var”.

“Dünən sərhəddə 3 erməni hərbiçi həlak oldu. Əsgərlərin həlak olması xəbəri erməni cəmiyyətini silkələyib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün hökümətin iclasında “Zəngəzur dəhlizi” ilə bağlı söylədiklərini PİA.az-a şərh edərkən deyib.

Qeyd edək ki, bu gün hökümətin iclasında Paşinyan deyib ki, “Ermənistan heç vaxt koridor məsələsini müzakirə etməyib və heç zaman da etməyəcək”. Bundan başqa Ermənistanın baş naziri çıxışında Azərbaycanı aqressiv ritorika səsləndirməkdə ittiham edib. Diqqət yetirilərsə seçkilərdən sonra Paşinyanın Azərbaycana qarşı ritorikasında da dəyişiklik var. Paşinyan daha sərt mövqedən çıxış etməyə başlayıb.

Üçtərəfli bəyanatın 9-cu bəndi reallaşmazsa, regionda prosseslər necə inkişaf edə bilər və Paşinyanın arxalandığı Qərb, ABŞAvropa Birliyinin bəzi dövlətləri regiona aktiv müdaxilə edə bilərmi? Ümumiyyətlə 9-cu bəndin reallaşması üçün qarant ölkə olan Rusiyanın konkret addımlar atmasına ehtimal vermək olar?

Paşinyanın sərgilədiyi ritorikanı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Paşinyan çalışır ki, Rusiyanın deyil, Fransa və ABŞ-ın dəstəyinə arxalansın. Amma bu ona baha-başa gələ bilər”.

Sərhədlərin müəyyənləşməsi Ermənistan üçün ağrılı proses olduğunu qeyd edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycan məcbur qalıb təzyiqləri artıracaq və bu hərbi təzyiq də olacaq:

“Əslində Paşinyanın koridor məsələsi ilə bağlı verdiyi mesaj Azərbaycana yox, Rusiyaya idi. Çünki Moskva bəyannaməsində də kommunikasiya, nəqliyyat xətlərinin açılması məsələsi var. Ermənistanın baş naziri indi buna müqavimət göstərir. Paşinyan çalışır ki, Rusiyanın deyil, Fransa və ABŞ-ın dəstəyinə arxalansın. Amma bu ona baha-başa gələ bilər. Rusiya Paşinyanın bu satqınlığını ona bağışlamayacaq.

Kommunikasiya məsələsi bir yana, bildiyimiz kimi sərhəddə vəziyyət gərgindir. Azərbaycan özünə aid olanı əldə edir və heç də erməni tərəfinin iddia etdiyi kimi, Ermənistan torpaqlarına girməyib. Sadəcə 30 illik işğal zamanı ermənilər bu torpaqlardan özlərinki kimi yararlanıblar. Onu da deyim ki, sərhədlərin müəyyənləşməsi Ermənistan üçün ağrılı prosesdir. Ermənistan 30 il idi ki, torpaqlarımıın onların işğalı altında olmasına öyrəşmişdilər. Bu ərazilərə qanunsuz yollar, su, elektrik xəttləri çəkmişdilər, biznes şəbəkələri qurmuşdular və mədənlər işlədirdilər. Ən əsası isə Ermənistanın sərhəd kəndləri bu ərazilərdən otlaq kimi istifadə edir və heyvandarlığı inkişaf etdiridilər.

Elxan Şahinoğlu: “Paşinyan özünü cəsarətli siyasətçi kimi erməni cəmiyyətinə göstərmək istəyir”.

Azərbaycan indi bütün bu bunlardan Ermənistanı məhrum edib. Ermənilər isə hələ də buna alışa bilmirlər. Buna görə də Paşinyan özünü cəsarətli siyasətçi kimi erməni cəmiyyətinə göstərmək istəyir. O, xalqa göstərmək istəyir ki, Rusiyanın və Azərbaycanın təzyiqlərinə baxmayaarq, kommunikasiya xəttlərini və dəhlizi açmayacaq.

Bir daha qeyd edim ki, bu tip çəyanatlar Paşinyana baha-başa gələcək. Çünki Azərbaycan məcbur qalıb təzyiqləri artıracaq və bu hərbi təzyiq də olacaq. Bu halda isə ölkədə Paşinyanın mövqeləri daha da zəifləyə bilər.

Onsuz indi də Paşinyanın imici kifayət qədər zədələnib. İndi obun mövqeyi erməni cəmiyyətində əvvəlki kimi güclü deyil. Dünən sərhəddə 3 erməni hərbiçi həlak oldu. Əsgərlərin həlak olması xəbəri erməni cəmiyyətini silkələyib və bu üzdən də xaraktercə populist olan Paşinyan populist bəyanatlar verir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gürcülər də İrandan üz döndərdi – Cənubi Qafqazın qapıları İranın üzünə bağlanır?

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Kovidin müalicəsində həkim və xəstələrin yol verdiyi səhvlər - Antibiotik, Favipiravir...

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Çox xəstəliklərinizin səbəbi AVİTAMİNOZ - Bu əlamətlər varsa...

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Akopcanyan: Bu dəfə Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək - Video

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

İranın yeni kəşfiyyat rəisi Esmail Xatib: Kimdir və ondan nə gözləmək olar...

Ən çox oxunanalar