Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə necə davranmalı? Tarixi teleqramın izi ilə…

Kanadanın CBC kanalının internet səhifəsində amerikalı diplomat Corc F.Kennanın 1946-cı ildə Moskvadan Vaşinqtona göndərdiyi məxfi teleqram haqqında məqalə dərc olunub. “Rusiya ilə necə davranmalı? Amerikalı diplomatın 5000 sözdən ibarət teleqramı 75 il sonra da aktualdır” başlıqlı məqalənin müəllifi Nalah Ayeddir. Məqalədə deyilir ki, Vaşinqtonla Moskva arasında gərginliyin bitmədiyi indiki dövrdə Corc F.Kennanın 75 il əvvəlki teleqramında əksini tapmış təhlillər, tövsiyələr bu gün də aktuallığını saxlayır.

Novator.az saytı məqaləni ingilscədən çevirib oxuculara təqdim edir.

Amerikalı diplomat Corc F.Kennanın 1946-cı ildə göndərdiyi uzun teleqram günü bu gün də Vaşinqtonda və Moskvada əks-səda doğurur.

Corc F.Kennan həmin teleqramı göndərəndə ABŞ-ın SSRİ-dəki səfirliyində müşavir işləyirdi.

1952-ci ilin mayında isə o, səfir kimi fəaliyyətə başlamışdı. Lakin bir neçə ay sonra “persona non-qrata” elan edilərək SSRİ-dən qovuldu.

Onun istər teleqramı göndərdiyi, istərsə də səfir olduğu vaxt Sovet İttifaqına İosif Stalin rəhbərlik edirdi.

Kennanın hələ də Vaşinqtonun, eləcə də Moskvanın hakimiyyət dəhlizlərində xatırlanmasının bir çox səbəbi var, lakin əsas səbəb onun 1946-cı ildə Moskvadan Vaşinqtona yazdığı məxfi teleqramdır. Bu sənəd iki ölkə arasında münasibətlərin istiqamətinə və soyuq müharibənin başladılmasına təkan verib.

O zaman Vaşinqton sarsılmışdı. Çünki SSRİ ilə bağlanan hərbi müqavilə qüvvədən düşməyə başlamışdı.

1946-cı ildə Bolşoy Teatrda çıxışı zamanı İosif Stalin kommunizmlə kapitalist dünyası arasında savaşın qaçılmaz olduğunu söyləyəndən sonra ABŞ Dövlət Departamenti Kennandan diktatorun rəftarı ilə bağlı açıqlama istəmişdi.

Kenan buna cavab olaraq Moskvadan Vaşinqtona hissə-hissə 5000 sözdən ibarət teleqram göndərmişdi. Bu, ABŞ Dövlət Departamentinin tarix boyu aldığı ən uzun teleqram idi. Ona görə həmin sənəd “Uzun teleqram” (Long Telegram) adı ilə tarixə düşüb.

Kenanın teleqramında Sovet İttifaqının imperialist siyasəti və ziddiyətli niyyətləri haqqında bilgilər, müxtəlif xəbərdarlıqlar və Rusiya ilə necə davranmaq lazım olduğuna dair məsləhətlər yer alırdı.

Kennanın bioqrafı, “Corc F.Kennan: Amerika həyatı” kitabının müəllifi Con Lyuis Geddis bildirir ki, Kennan teleqramı çox məyus və səbirsiz çağında yazıb.

Məyusluğun əsas səbəbi Kennanın diplomatik poçt vasitəsilə dəfələrlə Vaşinqtona iri həcmdə, geniş məzmunlu sənədlər göndərməsi, amma onun yazdıqlarını çox az insanın oxuyub nəticə çıxaracağına inanması idi.

Geddis kitabında uzun teleqramı rentgen çəkilişinə bənzədir: “Bu sənəd diqqəti cəlb etmək üçün lazımi məqamda və çox düzgün formatda peyda olmuşdu”.

İlhamverici xarici siyasət

Kennanın məsləhətlərini əks etdirən sənəd bir ildən sonra “Foreign Affairs” jurnalında dərc olundu. Kennan teleqramda SSRİ-ni iqtisadi və siyasi cəhətdən sıxışdırmağı tövsiyə edirdi. O, SSRİ-nin təsirini azaltmaq üçün üçüncü üsul kimi total müharibədən qaçmaqla sakitlik nümayiş etdirməyi məsləhət görürdü.

Bu hadisədən az sonra ABŞ prezidenti Harri C.Trumen Konqresdə çıxış etdi. Faktiki olaraq soyuq müharibənin başlandığını elan edən Trumen Sovet İttifaqının təsirinin qarşısını almaq, habelə kommunizm ideyasının yayılmasını dayandırmaq üçün Yunanıstan və Türkiyədən dəstək istədi.

Kennanın fikirlərinin Trumenin doktrinasına təsiri açıq-aydın hiss olunurdu. Trumen deyirdi ki, Birləşmiş Ştatların siyasəti xalqların azadlıqlarına dəstək verməkdən ibarət olmalıdır: “Biz dəstəyimizi silahlı zorakılıqdan və ya xarici təzyiqlərdən əziyyət çəkən xalqlara yönəltməliyik”.

Kennan ABŞ-ın xarici siyasətinin tənqidçisinə də çevrilmişdi. O, 1949-cu ildə NATO-nun yaradılmasından və alyansın keçmiş sovet ərazilərinə doğru genişlənməsindən ciddi narahatlıq keçirirdi. Kennan Vyetnam müharibəsinə qarşı çıxırdı. O, 98 yaşında da ABŞ-ın xarici siyasətini tənqid edir, 2003-cü ildəki çıxışlarında ABŞ-ın İraqda apardığı müharibənin əleyhinə danışırdı. Diplomat həm də nüvə silahının yayılmasının əleyhinə idi.

Kennan 2005-ci ildə, 101 yaşında vəfat edib.

Kennanın sözləri hələ də əhəmiyyətini itirməyib

Sıxışıdırma siyasəti 1991-ci ildə SSRİ-nin çökməsi və soyuq müharibənin bitməsi ilə nəticələnsə də, Kennanın sözləri aktuallığını itirməyib.

2021-ci ildə Cozef Bayden ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başlayandan bir ay sonra Kremlin sözçüsü Dmitri Peskov mediaya açıqlamasında bəyan etdi ki, 75 il əvvəl Kennanın düşüncülərindən ilham alan siyasət bu gün də Rusiya ilə münasibətləri müəyyən edir: “Təəssüf ki, bu nə dostluq, nə də əməkdaşlıq münasibətləridir. İki ölkə arasında baş verən istənilən yenilənmələrdən, dəyişikliklərdən, bəzi romantik mərhələlərdən asılı olmayaraq, münasibətlərimizdə Kennan və Çörçill ideyaları daima üstünlük təşkil edib. Biz bunu həmişə hiss etmişik, bu gün də hiss edirik”.

Geddisin sözlərinə görə, Kennanın sovet rəhbərliyinin davranışı ilə bağlı analizi bu gün də Rusiyanı müşahidə edənlər üçün aktualdır.

Kennan uzun teleqramında qeyd edirdi ki, sovet rəhbərliyi Rusiya ilə kapitalist dünyası arasında dinc yaşayışın mümkün olmadığı qənaətindədir. Kremlin dünyaya yanaşmasının kökündə ənənəvi və şüuraltı rus düşüncəsi – etimadsızlıq dayanır.

Daha sonra Kennan yazırdı ki, sovet liderləri xarici aləmi zalım, kinli və təhlükəli kimi təsvir etməyə məhkumdurlar. Ancaq onların daxilinə nüfuz etmiş bu mikrob bir gün azman xəstəliyə çevrilib Sovet İttifaqını ədalətə son zərbə endirmək imkanından da məhrum edəcək. Sosializm bir gün öz yerini yeni, daha gözəl dünyaya verəcək.

Geddis CBC kanalına müsahibəsində deyir: “Bu, məhz indiki Putindir. Putin hələ də Kennanın qeyd etdiyi o avtoritar zəifliyə sadiqdir”.

Görəsən Kennan bu gün necə hərəkət edərdi?

Geddis deyir: “Kennan yəqin ki, ABŞ prezidenti Cozef Baydenin Rusiya prezidenti Vladimir Putinə münasibətdə aşkar sərt mövqeyi saxlamaqla danışıqlara getməsini bəyənərdi.

Yəqin Kennan Putinin populyar lider olduğunu, habelə avtoritar Rusiya ənənələrinə sadiq qaldığını anlatmağa çalışardı. O, bizdən vəziyyəti analiz etməmizi xahiş edərdi. Kennan bizə təvsiyə edərdi ki, özümüzü onların yerinə qoyaq və ən başlıcası təkəbbürdən əl çəkək. O deyərdi ki, özgə dövlətlərə nə etməli olduğunu öyrətməyə, onların necə yaşamalı olduqlarına hökm verməyə, habelə onlara nəyin pis, nəyin yaxşı olduğunu anlatmağa ehtiyac yoxdur”.

Kennan uzun teleqramın sonunda yazırdı ki, kommunizmə qalib gəlmək üçün ABŞ öncə evin içini, yəni öz ölkəsini qaydaya salmalıdır: “Daxili problemlərin həllinə yönələn, Amerika cəmiyyətinin problemlərini çözmək istiqamətində atılan hər bir qətiyyətli addım, həmçinin xalqımızda özünə inamın güclənməsi, ölkədə nizam-intizamın hökm sürməsi elə Moskva üzərində diplomatik qələbə deməkdir. Bu zəfərin arxasında minlərlə diplomatik notalar və birgə imzalanmış bəyanatlar durur. Əgər biz fatalizmdən imtina etməsək və cəmiyyətimizin nöqsanlarını görməzliyə vursaq, onda Moskva qalib gələcək”.

Nalah Ayed

Mənbə: Cbc.ca

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar