Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hərbiçiləri məhkəməsiz onlarla insanı edam ediblər - BMT

BMT Rusiya hərbiçilərinin məhkəmədən kənar onlarla edam gerçəklişdirdiklərini açıqlayıb…

PİA.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisi müharibənin əvvəlində Kiyev, Çerniqov və Sumı vilayətlərində 28-i uşaq olmaqla, 441 mülki vətəndaşın öldürülməsi faktını sənədləşdirən hesabat dərc edib. Hesabat müəllifləri 100-ə yaxın qətl hadisəsi haqqında ətraflı məlumat veriblər.

Araşdırılan 100 qətl hadisəsində 30-u həbs yerlərində məhkəmədənkənar edamlar, 27-si yerindəcə qətllər olub. Daha 43 nəfər, küçədə gedərkən, məsələn velosiped və ya avtomobil sürərkən öldürüülüblər. Hesabatda bu qətllərin təfərrüatı var.

Həbsdən sonra edam

Martın 7-də dörd rus əsgəri Buçada 27 yaşlı kişinin anası ilə birlikdə yaşadığı evə daxil olub. Axtarış zamanı hərbçilər evdə, ananın dediyinə görə, ölən ərinə məxsus olan hərbi kamuflyaj form tapıblar. Bundan sonra onlar ev sahiblərindən mobil telefonları tələb ediblər və telefondan rus qoşunlarının hərəkəti ilə bağlı mesajlar tapıblar.

Həmin şəxs saxlanılaraq Naberejnaya küçəsindəki evə aparılıb. Hesabatda deyilir ki, əsgərlər evin sakinlərindən həmin şəxsi tanıyıb-tanımadıqlarını soruşublar. Müsbət cavab alan əsgərlər həmin şəxsi “banderçi” olmaqda ittiham eediblər. Evin sakinləri iddia edir ki, hərbçilər Çelyabinskdən olub, onların arasında digər sakinlərə göstəriş olaraq həmin adamı yerindəcə öldürmək əmrini verən zabit də olub. Lakin saxlanılan şəxs edam edilməyib və həmin küçədəki qonşu evə aparılıb.

Səhəri gün həmin şəxsin anası oğlunun həbsdə saxlandığı evə gəlib. Ananın sözlərinə görə, oğlu qorxmuş görünüb və o, qolundan yaralı olub. Rus hərbçiləri qadına bildiriblər ki, oğlunu müstəntiq dindirəcək, əgər hər şey qaydasında olsa, iki həftəyəevə buraxılacaq. Martın 30-da rus hərbçiləri geri çəkildikdən sonra bu evin zirzəmisində güllə yarası və qolundan ağır xəsarət almış bir kişi meyiti tapılıb.

“Əksər hallarda həbsdə olan qətllərin qurbanlarının ölümdən əvvəl əlləri bağlı olub, habelə işgəncə və ya digər pis rəftara məruz qalmış xəsarətlərlə tapılıblar”, deyə hesabatda bildirilir.

Yerində edam

Sənədləşdirilmiş işlərdən birində Buça şəhərinin Tarasovskaya küçəsindəki fərdi evin həyətində üç mülki şəxs - gənc qız və yaşlı cütlük öldürülüb. Martın 16-da gənc rus əsgəri 23 yaşlı qızı yaralı vəziyyətdə məskunlaşdıqları evin həyətinə gətirib. Evin sahibəsi, 64 yaşlı qadın hərbçilərə qızın qanını dayandırmağa kömək edib. Bundan sonra əsgər küçəyə çıxıb.

Tezliklə o biri tərəfdən qum rəngli formada olan zabit evə yaxınlaşıb, həyətə girərək dərhal iki qadına atəş açıb, onlar yerindəcə keçiniblər. Evin sahibəsinin 65 yaşlı əri güllə səslərinə çıxıb və o da güllələnib.
Qurbanların qızı hesabat müəlliflərinə bildirib ki, onun valideynlərinin və gənc qadının cəsədləri kütləvi məzarlıqda basdırılıb və aprelin 16-da eksqumasiya edilib.

Yoldan keçənləri öldürmək

Martın 27-də Çerniqov vilayətində Vişnevkadan Priputnı kəndi istiqamətində hərəkət edən Rusiyaya məxsus zirehli kolonna əks istiqamətdə hərəkət edən iki velosipedçiyə, 52 yaşlı qadına və onun 55 yaşlı ərinə atəş açıb. Onlar ağır yaralanıblar, qadın telefonla yerli məmura zəng edib və hadisə ilə bağlı məlumat verə bilib. Təcili yardım briqadası qurbanları Priputnyadan təxminən bir kilometr aralıda tapıb. Kişinin çanaq nahiyəsindən, qadının qarın nahiyəsindən güllə yaraları olub. Xəstəxanaya çatdırılan cütlük aldığı xəsarətlərdən orada ölüb.

Xatırladaq ki, Rusiyanın Ukraynanın şimalından geri çəkilməsindən sonra Ukrayna hakimiyyəti mindən çox dinc sakinin cəsədini tapıb. BMT müstəntiqləri artilleriya atəşi qurbanları istisna olmaqla, yalnız rus əsgərləri tərəfindən mülki şəxslərin edam və ya qətl hallarını təhlil ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar