Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başlayıb -Yenilənib, Video

Rusiya Gürcüstan sərhədində hərbi çağırış üzrə operativ qrup işləyir.....

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikası başçısının və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstanla sərhəddə hərbi komissarlıq və icra hakimiyyəti orqanlarının nümayəndələri də daxil olmaqla, çağırış üzrə operativ qrup işləyir. Onlar sərhəddən çıxışda şəxsin hərbi xidmətə cəlb edilib-edilmədiyini, çağırışa cəlb olunub-olunmadığını yoxlayırlar. Məlumat öz təsdiqini tapdığı təqdirdə, həmin adama çağırış vərəqəsi təqdim olunur.

***

Rusiya-Gürcüstan sərhədində fövqəladə vəziyyət tətbiq oluna bilər.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo bildirib.

O, Gürcüstanla sərhəddə yerləşən Şimali Osetiyada fövqəladə vəziyyət tətbiq oluna biləcəyini söyləyib.

Qeyd edək ki, Rusiyada səfərbərlik elan edildikdən sonra bu ölkədən Gürcüstana gedənlərin sayı kəskin artıb.

***

Rusiya-Gürcüstan sərhədini keçmək istəyən avtomobillərin sayı 5 500-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, bunların 3 600-ü minik avtomobilləridir, 1900-ü isə tranzit məqsədilə hərəkət edən yük avtomobilləridir. Məlumata görə, bu yük avtomobillərin 600-ü nəzarət-keçid məntəqəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanla sərhəddə Rusiyanın hərbi komissarlığının yoxlama-nəzarət məntəqəsinin açılacağına dair məlumat yayılıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra viza ləğv olunmayan ölkələrə axın artıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar