“Sünik rayonu ərazisində, Mehri-Əkərək avtomobil yolunun İranla sərhədə yaxın hissəsində nəzarətin gücləndirilməsi narkotik vasitələrin qanunsuz idxalına cəhdlərin sayının artması ilə bağlıdır”.
Bu haqda Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsi məlumat yayıb. Məlumatda 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqənin quraşdırılması belə izah edilir:
““Dövlət sərhədi haqqında” qanuna uyğun olaraq, bu ilin əvvəlindən Ermənistan hökuməti, Milli Təhlükəsizlik Xidməti və digər səlahiyyətli orqanlar ilə razılaşdırılaraq, yoxlama tədbirlərinin həyata keçirilməsi üçün sərhədçilərin bir sıra növbətçi postları yaradılıb. Belə ki, qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər hüquq pozuntularının aşkar edilməsi, qarşısının alınması məqsədilə şəxslərə və nəqliyyat vasitələrinə baxış keçirilir".(Qafqazinfo)
***
Rusiya Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirir.
“Report” xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi təsdiqləyib.
Bildirilib ki, 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb.
Məlumata görə, Rusiya hərbi hissəsi həmin ərazidə 67 ildir xidmət edir. Ancaq indiyədək Ermənistan-İran sərhədində belə məntəqə olmayıb.
Qeyd edilib ki, bu, İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz ötürülməsi hallarının artması fonunda baş verib.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədini, Ermənistan Daxili Qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Gürcüstanla sərhədi mühafizə edir.
pia.az