Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

NATO zirvəsində “düşmən” kimi göstərilən Rusiya və Türkiyənin Qafqaz platforması qurmaq təklifinə ABŞ niyə səs çıxarmır? Yoxsa ABŞ və Rusiya arasında gizli bir razılaşma var?..

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 18 iyun 2021-ci il

“Amerikanın Səsi”ndə yayımlanan xəbərə görə, amerikalı müstəqil jurnalist-yazıçı Mark Perri ABŞ prezidenti Baydenin prezident Tayyib Ərdoğandan Rusiya ilə bağlı zəmanət aldığını bildirib. Perriyə görə, Baydenin Ərdoğanla görüşməsinin Rusiya prezidenti Vladimir Putinlə görüşündən əvvələ düşməsi heç təsadüf deyil. Bayden Putinlə görüşündə NATO üzvləri arasındakı fikir birliyi məsələsində özünü gücündə hiss etmək istəyib və Ərdoğanla olan görüşündən etibarlı şəkildə ayrıldı”.

Bayden-Ərdoğan görüşünün ABŞ-dakı digər əks-sədalarına da xəbər saytında yer verilib.

ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefri: “Bayden Türkiyənin Kabildə qalma mövqeyindən çox məmnundur. Buna görə də düşünürəm ki, Türkiyə ilə normal münasibətlərə qayıtmaq mümkündür”, deyə qeyd edib.

Digər tərəfdən, Alan Makovksi isə Ərdoğanın Bayden ilə görüşü zamanı soyqırım iddialarının tanınması mövzusunu gündəmə gətirməməsi barədə: “Düşünürəm ki, Ərdoğanın bu məsələni qaldırmaması ABŞ-la münasibətlərini yumşaltmaq məqsədi daşıyır”, deyə qeyd edib. Makovski Ərdoğanın anti-Qərb ritorikasındakı yumşalmanı belə şərh edir: “Türkiyə iqtisadiyyatı Qərblə əlaqəlidir. Ərdoğanın populyarlığı da böyük ölçüdə iqtisadiyyatdan asılıdır. Zənnimcə, vəziyyət o qədər sadədir. Həmçinin, Ərdoğanın populyarlığı da azalıb. Bunun üçün Qərblə münasibətləri sakitləşdirməlidir”.

2030-cu il strategiyasının qəbul edildiyi NATO sammitinin yekun açıqlamasında Rusiya ilə normal münasibətlərin bərpa olunmayacağı və Çinin sistematik çağırışlarına müqavimət göstəriləcəyi vurğulanıb. Bildirişdə: “Türkiyə üçün təhlükəsizlik tədbirlərində öz töhfəmizi artırdıq. Onun tam həyata keçirilməsinə sadiq qalırıq. Suriyadakı Əsəd rəhbərliyi öz xalqına qarşı raketlərdən istifadə edir. Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq olmağa davam edirik. Suriyadan ballistik raket təhdidini izləməyə və qiymətləndirməyə davam edirik. Müttəfiqimiz olan Türkiyəyə milyonlarla Suriyalıya ev sahibliyi etdiyi üçün bir də təşəkkür edirik”, deyə qeyd olunur.

NATO-logo-800x450.jpg" />

Bu açıqlamalar NATO-nun S-400-lərdən istifadə etməmək qarşılığında Türkiyəyə “Patriot” raketləri verə biləcəyini düşündürür. “NATO-nun 2030 Strateji Konsepsiyası”nda Rusiya əsas rəqib olaraq xatırlanıb və Çinin hər sahədəki çağırışının qiymətləndiriləcəyi bildirilib. NATO-nun 2008-ci il Buxarest sammitinin Ukrayna və Gürcüstanı üzv kimi qəbul etməsi qərarı da təsdiqlənib.

Bütün bu danışıqlardan və NATO zirvəsindən sonra Tayyib Ərdoğan İlham Əliyevə nəzərdə tutaraq: “Qardaşımızla öz təklifimizi etdik. 6 ölkə olaraq öz platformamızı yaradaq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistan. Bu bölgəyə barışıq lazımdır. Ermənistan Azərbaycanla olan problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq. Türkiyə sərhədlərinin açılması Ermənistana olan faydası saymaqla bitməz”, deyə bildirib.

Sülhü kim istəməz? Bəs məqsəd bu idisə, Azərbaycan-Ermənista­n müharibəsi nə idi? Bu, müharibə oyunu idi?

BOP xəritəsindəki “Azad Kürdüstan” adlı xəyali dövlətin sərhədləri Ərzuruma və hətta Hopa limanına qədər uzanır. BOP xəritəsində Kürdüstanın dəniz çıxışı Hopa limanı ilə üst-üstə düşür. Tamamlanmaq üzrə olan Ovit və yeni Ziqana tunelləri ilə Ermənistana və ABŞ prezidenti Vilsona xəritəsi təqdim edilən uydurma Pontus dövlətinin Anadoluya və Yaxın Şərqə qədər olan quru yolu daha da asanlaşacaq.

NATO zirvəsində “düşmən” kimi göstərilən Rusiya və Türkiyənin Qafqaz platforması qurmaq təklifinə ABŞ niyə səs çıxarmır? Yoxsa ABŞRusiya arasında gizli bir razılaşma var? Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək, lakin Türkiyə ilə Gürcüstanın Rusiya ilə platformalar qurmasına laqeyd qalmaq olarmı?

İkinci Dünya Müharibəsinin sonunda ABŞ və Sovet İttifaqı orduları Berlində görüşmüşdü. Unutmayaq ki, sonrakı “soyuq savaş” dövrünə baxmayaraq, bu iki ölkə tarixləri boyunca heç vaxt vuruşmadılar.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: NATO Rusiya Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar