Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya çətiri altında hərəkət edən KTMT Tokayevə hansı şərtlər altında kömək etdi?

Mediada yayılan məlumatlara əsasən KTMT "sülhməramlıları" artıq Qazaxıstanı tərk etməyə başlayıb. Bu barədə məlumatı KTMT baş katibi Stanislav Zas da təsdiq edib. Bu tendensiyanın 10 gün ərzində yekunlaşması qərara alınıb. İlk baxışda bu özlüyündə yaxşı hadisə hesab edilə bilər, amma buna qədər və bundan sonra baş verən hadisələr və verilən açıqlamalar diqqətdən kənarda qala bilməz.

Burada diqqəti çəkən əsas məsələlərdən biri bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin və Rusiya Müdafiə Naziri Sergey Şoyqunun Qazaxıstandakı KTMT "sülhməramlıları" ilə bağlı verdiyi açıqlamalardı. Sözügedən hər iki şəxs açıqlama verərək bildirmişdilər ki, KTMT sülhməramlıları lazım olan müddətə qədər orada qalacaqlar. Bu açıqlamadan sonra Qasım-Comərd Tokayev 12 yanvarda açıqlama verərək bildirdi ki, artıq ölkədə vəziyyət nəzarət altındadır və KTMT sülhməramlıları sabahdan, yəni 13 yanvardan etibarən Qazaxıstanı tərk etməyə başlayacaqlar.

Artıq KTMT qüvvələrinin mövqelərini Qazax qüvvələrinə təhvil verməyə başlaması haqqında məlumatlar yayılmaqdadır. Eyni zamanda Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının baş tutması və Tokayevin Moskvaya səfər edəcəyi ilə bağlı da məlumatlar yayılmaqdadır.

Burda bir neçə maraqlı sual yaranır ki, Putin və Şoyqu KTMT "sülhməramlılaırı"nın hələ bir müddət də orada qalması ilə bağlı fikir səsləndirməsinə baxmayaraq niyə KTMT qoşunlarını Qazaxıstandan çıxarmaq qərarına gəldir?

Tokayevin Moskvaya səfər etməsinin arxasında dayanan səbəblər nələrdir?

Rusiya çətiri altında hərəkət edən KTMT Tokayevə hansı şərtlər altında kömək etdi?

Əlbəttə suallar çoxdur və görünür ki, indiki şəraitdə bu sualların tam cavabını əldə etmək o dərəcədə asan olmayacaq. Məhz buna görə də mövcud şəraitə uyğun olaraq vəziyyəti dəyərləndirməyə çalışmaq olar.

Öncə onu qeyd etmək olar ki, Rusiya siyasi elitası əlbəttə ki, KTMT adı altında qoşunlarını Qazaxıstanda saxlamaq istərdi, amma bunun üçün Rusiyanın beynəlxalq təzyiqlər qarşısında davam gətirmək imkanı olmalıdır ki, bu da indiki halda iqtisadi cəhətdən çətin məsələdir. Digər tərədfən isə, KTMT qoşunlarının orada qalması Ukrayna məsələsində Rusiyaya təzyiq göstərən Qərb ölkələri, xüsusilə də ABŞNATO üçün əla fürsət yarada bilər ki, bunu da Kremil administrasiyası gözardı edə bilməz. Ona görə ki, Rusiyaya qarşı sanksiyalar paketini işə salmağa bəhanə axtaran Qərbin də Qazaxıstanda öz maraqları var.

Hətta Qazaxıstanın eks-prezidenti Nursultan Azarbayev verdiyi açıqlamaların birində bildirmişdir ki, “Qazaxıstanda 300-dən çox Amerika şirkəti işləyir, onlar bizim ölkəyə 50 milyardadək investisiya yatırıb. Buraya iri neft şirkətləri, energetika şirkətləri və s. aiddir. İstərdik ki, əməkdaşlıq texnologiya və birgə investisiyalar sahələrində də davam etsin”. Bundan əlavə ABŞ-ın iri neft nəhəngi "Chevron"un da Qazaxıstanda böyük həcmdə investisiyaları var. Burada əsas etibarı ilə Chevronun Qazaxıstana məxsus  “Tengizchebroil” konsorsiumnda 50 faiz səhmləri alması diqqəti çəkən məsələlərdəndir.
Qazaxıstanın Qərb ölkələri ilə münasibətlərində təkcə ABŞ amili yoxdur. Eyni zamanda Böyük Britaniya amili də qabarıq görünməkdədir. Böyük Britaniyaya məxsus BP şirkəti də Qazaxıstan Neft və Qaz sektorunda önəmli rola sahibdir. Eyni zamanda Böyük Britaniya şirkətləri Qazaxıstanda mineral sənayenin inkişafında da ciddi paya sahibdirlər. Məhz bu amilləri nəzərə alan Rusiyanın Qazaxıstanda çəkilməsini normal qarşılamaq mümkündür.

Əlbəttə Rusiyanın Qazaxıstana boşuna gəlib "yardım" edəcəyini düşünməyin özü belə absurd yanaşmadır. Təbii ki, Kremil administrasiyası Tokayev qarşısında bəzi şərtlər irəli sürüb yaxud sürə bilər. Bu şərtləri isə artıq Kremil öz propaqanda maşınları vasitəsi ilə mediada manşet etməyə başlayıblar. Yayılan məlumatlarda Rusiya Qazaxıstan qarşısında dörd əsas şərt irəli sürüb.

1. Krımın ilhaqının Qazaxıstan tərəfindən tanınmasıdır.

2. rus dilinin Qazaxıstanda yenidən rəsmən ikinci dil olmasının təmin edilməsi

3. Qazaxıstanın öz ərazilərində Rusiya hərbi bazalarının qurulması üçün müvafiq şəraitin yaradılması

4. Qazaxıstanda yaşayan rusdilli əhaliyə muxtariyyət hüququnun verilməsidir.

Əlbəttə ki, rəsmilərdən açıqlama gəlmədən bu məlumatların nə dərəcədə doğru olmasının özü belə sual altında qalmış olur. Amma digər tərəfdən bu məsələni bir öntəbliğat kimi də istifadə edə biləcəklərini düşünmək mümkündür.
Qeyd etdiyimiz kimi, Qazaxıstan prezidenti Moskvaya səfər edəcək. Əlbəttə ki, bu səfər ciddi maraqla izlənilən səfər hesab edilə bilər. Bu səfər çərçivəsində Putin və Tokayev arasında hansısa razılıq da əldə edilə bilər. Burada həm yuxarıda qeyd edilmiş 4 şərt, həm də əlavə olaraq Qazaxıstanın Belarus-Rusiya İttifaq dövlətinə qoşulması haqqında təklif də ola bilər.

Hesab edirəm ki, Kremil rəhbərliyi mövcud şəaraitdə yuxarıda qeyd edilənlərin hər birini təklifedə bilər və hətta daha artığını da təklif edə bilər ki, bütün imkanları ilə Qazaxıstanı özünə bağlasın. Bu iddiaların nə dərəcədə uğurlu olub olmayacağını isə zaman və atılan addımlar göstərəcək. Hələki, KTMT qüvvələri tam şəkildə Qazaxıstanı tərk etməyib. Ola bilər ki, yenidən hansısa "narahatlıq" yarana bilər və həmin qüvvələrin çıxarılması prosesi dayandırıla bilər. Odur ki, KTMT qüvvələri tam şəkildə Qazaxıstanı tərk etməyənə qədər intervensiyanın başa çatmasından danışmaq tez ola bilər.

Samir Hümbətov - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar