Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya büdcəsinin neft ixracından əldə etdiyi gəlirlər rekord həddə azalıb - Bloomberg

Rusiya neftinə böyük endirimlər büdcəni boşaldır, Kremlin gəlirlərini kəskin şəkildə azaldır…

PİA.az xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin araşdırmasında bildirilir.

“Qiymət tavanı” və Aİ sanksiyasından 2 aydan az müddət keçməsinə baxmayaraq, neft ixracı rüsumlarından Rusiya büdcəsinin gəlirləri 60% azalıb. Bloomberg bunu Rusiya Maliyyə Nazirliyinin məlumatlarına və tankerlərin daşınması ilə bağlı statistikaya əsaslanaraq hesablayıb.

Rusiya büdcəsini dolduran xam neft gəlirləri suyu quruyan çay kimi sürətlə dayazlaşmaqda davam edir”, deyə Bloomberg-in jurnalistləri yazırlar.

Bloomberg-n hesabatında bildirlir ki, yanvarın 20-də bitən həftədə neft satışından Rusiya büdcəsinə cəmi 47 milyon dollar toplanıb. Halbuki Rusiyanın neft gəlirləri noyabr və dekabr aylarında həftədə təxminən 120 milyon dollar, yaz və yay aylarında isə 150-160 milyon dollara olub.

Rusiya neft şirkətləri dəniz ixracının həcmini (gündə təxminən 3 milyon barel) qoruyub saxlaya bilsələr də, bu, böyük endirimlərlə bağlıdır. Rusiya Asiyadakı müştərilərini daha çox ödəmə etmək üçün razı sala bilmir və bu artıq imkansız görünür

Yanvarda Baltik limanlarından nəql edilən Urals markalı neftin qiyməti bir barel üçün 39-45 dollar səviyyəsində olub. Treyderlər Reuters-ə bildiriblər ki, Rusiya şirkətləri Asiyaya bəzi partiyalarıi tam zərərlə, dəyərindən aşağı qiymətə satıblar.

Avropa İttifaqı tərəfindən fevral ayında Rusiya neft məhsullarının ixracına qarşı sanksiyaların tətbiqindən sonra isə Rusiyaya daha böyük ziyan vurulacağı gözlənilir.

Bloomberg hazırladığı qrafiklər Rusiyanın büdcə gəlirlərinin çökməsinin dinamikasını aydın şəkildə göstərir:

Xatırladaq ki, Rusiya sənayesinin ən böyük sahəsinin 2023-cü ildə dağılacağı proqnozlaşdırılır. Avropa İttifaqına qaz nəqlinin kəskin azalması ilə yanaşı, neft qiymətlərinin bu şəkildə çökməsi Rusiya büdcəsinə baha başa gələcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar