Bazar, 07 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya bu bazarlardan da çıxarılır – “Cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi...”

"Rusiya xarici borc öhdəlikləri üzrə ödənişlərini həyata keçirə bilməyərək defolt oldu. Əslində süni şəkildə defolt etdirildi demək daha doğrudur. Çünki Rusiyanın pulu var, sadəcə olaraq Qərb maliyyə sistemindən təcrid edildiyi üçün xarici valyutada ödəniş həyata keçirə bilmir".

Bunu Rusiya ətrafında yaranmış vəziyyəti təhlil edən siyasi şərhçi Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, defolt o deməkdir ki, həmin ölkənin borc cəlb etmək imkanları məhdudlaşır və ya qeyri-mümkün hala gəlir, kredit reytinqləri kəskin aşağı düşür və bütün bunlar ümumi iqtisadi inkişafa neqativ təsir göstərir.

Ekspert vurğulayır ki, Rusiya ilə bağlı bütün bu hallar artıq mövcuddur, bu səbəbdən defolt elan olunmaq dərhal hansısa radikal dəyişiklik yarada bilməz: "Amma borc sahiblərinin hüququ var ki, pullarını almaq üçün məhkəmələrə müraciət edib, dünyanın müxtəlif yerlərində Rusiya dövlətinə məxsus əmlaka həbs qoydursunlar. Ümumilikdə isə bu fakt ölkənin etibarlı maliyyə-kredit və ticarət tərəfdaşı kimi reputasiyasına vurulmuş növbəti zərbədir".

Ş.Cəfərli başqa bir önəmli hadisə kimi G-7 ölkələrinin Rusiya qızılına sanksiya tətbiq etməsini göstərir: "Qızıl və başqa qiymətli metallar Rusiyanın ixrac strukturunda enerjidən sonra ən çox gəlir gətirən 2-ci bölmədir. Rusiya 2021-ci ildə 302,2 ton qızıl satıb və 17,4 milyard dollar gəlir əldə edib, bu qızılın 266,1 tonunu (15,4 milyard dolar) təkcə Britaniya alıb. İndi tez-tez deyirlər ki, Rusiyanın ixrac məhsullarını Qərb almayacaqsa, Çin və Hindistan alacaq, nə fərqi? Fərqi var.

Əvvəla, bu dövlətlər fürsətdən yararlanaraq ciddi endirim tələb edirlər və Rusiya öz malını dünya qiymətlərindən daha ucuza satmağa məcbur olur. Yəni alıcıların dairəsi ciddi şəkildə daraldığı üçün mal sahibi onardan asılı duruma düşür, qiyməti qarşı tərəf diktə edir.

Digər tərəfdən, Rusiyanın Çindən asılılığı getdikcə artır ki, bu da Çin və ABŞ-la bərabərhüquqlu, eyni çəkili qlobal oyunçu qismində çıxış etmək iddiasında olan və Ukrayna avantürasını həm də bu səbəbdən törədən imperial güc üçün xoşagəlməz, arzuolunmaz durumdur".
Ətraflı

Təhlilçi əlavə edir ki, Rusiyaya qarşı sanksiyalar sırf Ukrayna məsələsi ilə bağlı deyil . O mənada ki, Ukrayna məsələsinin çərçivəsi ilə məhdudlaşmır.

Onun sözlərinə görə, Ukraynada sülh əldə edilməsi yalnız yeni sanksiya qərarlarının qəbulunu dayandıra bilər, əvvəl tətbiq olunmuş sanksiyaların qısa müddətdə ləğvinə səbəb ola bilməz:"Sanksiyalar strateji mahiyyət kəsb edir və Rusiyanın geosiyasi, geoiqtisadi, hətta geomədəni izolyasiyasına hesablanıb. Qlobal xammal - enerji və silah bazarları yenidən format olunur və Rusiyanın hər iki bazardan sıxışdırılmasına başlanılıb. Enerji bazarında dominant mövqeyə malik olması və silah bazarında aparıcı mövqelərdən birini tutması Moskvanın təsir imkanlarını artıran əsas amillər idi. İndi bu bazarlarda onun mövqelərinin zəifləməsi həmin təsir alətlərinin tədricən əlindən çıxmasına səbəb olacaq".

Şahin Cəfərli hesab edir ki, sanksiyalar daha çox orta - uzunmüddətli perspektivə hesablanıb və qısa vədədə Rusiya kimi böyük dövlətin iflasına səbəb ola bilməz:"Amma neqativ tendensiyalar artıq müşahidə olunur. Rusiyanın idxalatı, ixracatı, daxili istehlakı, əhalisinin gəlirləri aşağı düşür. İş adamları, sahibkarlar önünü görə bilmir və investisiya iştahları azalır, əhali isə xərcləmək istəmir və qənaətə yönəlir. Bütün bunlar Rusiya iqtisadiyyatı və ümumilikdə cəmiyyətində depressiv əhvalın yaranmasına səbəb olacaq. Demoqrafik böhran, əmək resurslarının azalması və Ukrayna müharibəsindən sonra sürətlənən “beyin axını” da bir tərəfdən..."

Təhlilçi vurğulayır ki, Rusiyanın hər hansı inkişaf perspektivi yoxdur, amma çox təəssüf ki, cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi, ətraf ölkələrə də zərər vurmağa davam edir.(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Əbülfəz Məlikov DGK sədri olmaq istəyir?

Populyar xəbərlər

İllər ərzində AzTV-dən oğurlanan pullar... - Görün haradan çıxdı...

İrəvana gizli zəng edirdik, Bakı dərhal xəbər tutur... – Satanovski

Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?

İctimai TV Xamneyinin iqamətgahı ilə bağlı yanlışlığa görə üzr istədi

Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”

Erməni bloqer prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir

Babadağda köməksiz vəziyyətdə qalan üç nəfərin vəziyyəti necədir?

Ceyhun Bayramov gürcü həmkarına təşəkkür edib

Ərdoğan: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” - Video

Ən çox oxunanalar