Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Rusiya Baltik dənizində də küncə sıxışdırılır - Moskva Finlandiya və İsveçi hədələyir…

Finlandiya və İsveçin NATO-ya üzv olması Rusiyanın Baltik dənizindən çıxarılması ilə nəticələnə bilərmi?..

Politoloq: “Rusiyanın indiki təhdidləri təhdid olaraq qalacaq və bu təhdidlər Moskva üçün heç bir müsbət atmosfer formalaşdırmır”.

“Qərb dövlətləri uzun illərdir ki, bu iki Baltik ölkəsinin NATO-ya üzv olmasını istəyirlər”.

Bu sözləri politoloq Turan Rzayev Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəklərini və Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində bu iki ölkənin təhdid edilməsini PİA.az-a şərh edərkən deyib.

Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmələri bu ölkələrin Rusiya tərəfindən təhdid edilməsinə səbəb olub. Moskva yenidən panik bir şəkildə bu məsələni özünə qarşı təhdud olaraq qiymətləndirib. Digər tərəfdən isə Britaniya Finlandiya və İsveçə NATO-ya üzv olana qədər təhlükəsizlik təminatı verib.

Ukrayna da olduğu kimi Rusiyanın bu təhdidin də reallaşmasına ehtimal verimək olarmı və Qara dənizdən sonra Baltik dənizinin də münaqişə ocağına çevrilməsi mümkündürmü? Ümumiyyətlə hazırda Qara və Baltik dənizləri uğrunda gedən geosiyasi müharibənin RusiyaNATO arasında gedən mövqe savaşı kimi dəyərləndirmək olarmı? Həmçinin Finlandiya və İsveçin NATO-ya üzv olması Baltik dənizindən Rusiyanın sıxışdırılması ilə çıxarılması ilə nəticələnə bilərmi?

PİA.az bu mövzunu politoloq Turan Rzayevlə müzakirə edib.

Turan Rzayev: “Əslində Finlandiya və İsveçin NATO-ya üzv olması Baltik dənizinin NATO dənizinə çevrilməsi anlamına gəlir”.

Finlandiya və İsveçin NATO-da olması əslində kollektiv Qərb üçün çox vacib və strateji məsələ olduğunu qeyd edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, söhbət NATO-nun Baltik dənizində və Şimal Buzlu Okeanında möhkəmlənməsindən gedir:

“Ukrayna müharibəsi fonunda bir çox Qara dəniz və Baltik dənizi ölkələrinin təhlükəsizlik problemləri qabaqıq şəkildə üzə çıxıb. Bu fonda Finlandiya və İsveç NATO-ya üzv olmağa qərar veriblər. Finlandiya artıq gələn həftə Şimal Alyansına üzv olmaq üçün rəsmi olaraq müraciət edəcək. Onun ardınca isə İsveçin də belə bir müraciəti NATO-ya göndərməsi gözlənilir. Artıq aparıcı NATO ölkələri və Alyansın rəhbərliyi hər iki ölkənin ittifaqa qoşulmasını dəstəkləyiblər. Yəni Finlandiya və İsveçin NATO-ya qəbulu məsələsində heç bir problem görünmür.

Srağagün isə Rusiya Xarici İşlər Nazirliyi səviyyəsidə Finlandiya və İsveçə xəbərdalıq edildi, hətta hər iki ölkə və bötövlükdə Qərb cəbhəsi təhdid edildi.

Lakin Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi heç də təzə bir şey deyil. Aparıcı Qərb dövlətləri uzun illərdir ki, bu iki Baltik ölkəsinin NATO-ya üzv olmasını istəyirlər. Hətta NATO yaranan zamanda belə hər iki ölkəyə ittifaqa üzv olmaq təklifi göndərilmişdi.

Finlandiya və İsveçin NATO-da olması əslində kollektiv Qərb üçün çox vacib və strateji məsələdir. Çünki söhbət NATO-nun Baltik dənizində və Şimal Buzlu Okeanında möhkəmlənməsindən gedir. Bu mənada Qərb Norveçin də NATO üzvü olmasını arzulayır.

Əslində Finlandiya və İsveçin NATO-ya üzv olması Baltik dənizinin NATO dənizinə çevrilməsi anlamına gəlir. Rusiyanın Baltik dənizində varlığı mübahisəli Kalininqrad əyaləti vasitəsi ilə qorunub saxlanılır və burda Rusiya çoxlu sayda havadan müdafiə sistemləri, o cümlədən hücum silahı yerləşdirib. Həmçinin Kalinqradda Rusiyanın güçlü donanmadı da var.

Turan Rzayev: “Faktiki oaraq, artıq Finlandiya və İsveç NATO üzvüdürlər. Çünki bu ölkələrə hücum eləmək artıq Britaniyaya da müharibə elan eləmək anlamına gəlir. Britaniya ilə müharibə şəraitində olmaq isə, NATO ilə müharibə şəraitində olmaq deməkdir”.

Məsələ ondanır ki, Rusiyanın Kalininqradla birbaşa sərhədi yoxdur və Baltik sahilində yerləşən bu anklavla Rusiya Litva vasitəsi ilə əlaqə saxlayır. Dünən isə Litva Moskvadakı səfirini geri çağırdı və böyük ehtimalla Rusiya ilə Litva arasında diplomatik əlaqələr dondurulacaq. Bu halda isə Rusiya Kalininqradla əlaqələrini itirəcək. Yəni məsələ Rusiya üçün bu qədər dolaşıq və mürəkkəbdir.

Bir daha qeyd edim ki, Finlandiya və İsveçin NATO-ya üzv olması üçün “soyuq müharibə” illərində də Qərb çox cəhd edib. Lakin hər iki ölkə bu illər boyu neytral qalmağa üstünlük veriblər. Lakin indi təhlükəsizlik problemləri o qədər ciddidir ki, bu vacib Baltik ölkələri NATO-ya üzv olmağa qərar veriblər. Onu da qeyd edim ki, Finlandiya və İsveçin NATO üzvü olmasından sonra Şimal Buzlu Okeanı akvetoriyasında da NATO-nun gücü kifayət qədər artacaq və Ruisya burda da küncə sıxışdırılmış vəziyyətə düşəcək.

Ukrayna nümunəsi də onu göstərdi ki, Rusiya üçün heç bir neytral ölkə anlayışı yoxdur. Rusiya öz geostrateji maraqlarına görə istənilən halda İsveç və Finlandiyada öz nəzarətini genişləndirmək üçün addımlar ata bilər. Xüsusən bu Finlandiya üçün keçərlidir. Çünki Finlandiya Rusiyanın birbaşa sərhədindədir və İkinci dünya müharibəsində Finlandiyanın böyük bir ərazisini, Kareliyanı işğal edib. Lakin mən gözləmirəm ki, Rusiya indiki şərtlər altında Finlandiya və İsveçə qarşı hərbi gücdən istifadə eləsin. Düzdür hazırda Rusiyanın Baltik dənizində və Kalininqradda kifayət qədər hərbi gücə sahibdir. Ancaq Finlandiya və İsveçə müdaxilə etmək üçün Rusiyanın əlində əsas yoxdur.

Adətən Rusiya rus dilli əhalinin müdafiəsi altında postsovet ölkələrə müdaxilə edir. Əvvala Finlandiya və İsveç postsovet məkana daxil deyil. Digər tərəfdən Finlandiya və İsveçdə demək olar ki, rus dilli əhali yaşamır. O üzdən də Putinin bu ölkələrə müdaxiləsi üçün əlində əsas yoxdur. Yəni Finlandiya və İsveçdə Donbas, Dnestryanı kimi ərazilərdə olduğu kimi ruslar kompakt yaşamır. Bu üzdən də Rusiyanın Ukraynada, Gürcüstanda, Moldaviyada olduğu kimi Finlandiya və İsveçin daxili işlərinə müdaxilə etməsi imkansız görünür.

Tural Rzayev: “Rusiya artıq ətrafını və rəqiblərini hər addımda nücə silahı ilə təhdid edir. Çünki Rusiyanın əlində başqa təhdid silahı və aləti qalmayıb. Yəni Rusiya artıq bu qədər zəif bir ölkəyə çevrilib”.

Əslinə qalsa Rusiya Finlandiyadan bir az çəkinir. Çünki 1940-cı ildə Stalin Finlandiyaya hücum etdi və həmin müharibə bu gün belə, hərb tarixinin ən biabırçı səhifələrindən biri kimi xatırlanır. Düzdür 1940-cı ildə SSRİ Kareliyanı işğal edib öz ərazilərinə qata bildi. Lakin o qədər böyük itki verdi ki, bu itki hələ də müharibə tarixlərinin ən ağır itkilərindən biri hesab olunur. Yəni kiçik Finlandiyaya hücum edən nəhəng SSRİ həmin vaxt sözün həqiqi mənasında “Pirr qələbəsi” yaşadı.

Hazırda Finlandiya və İsveçin hərbi xərcləri az olsa da, texnoloji cəhətdən Rusiyadan üstün ölkələrdir və müharibə şəraitində öz ordularını kifayət qədər qısa zaman kəsiyində səfərbər edəcəklər. Adi bir misal, dünən sosial şəbəkələrdə Finlaniyanın bir sığınacağı göstərildi. Futbol meydançası belə olan həmin sığınacağda bütün Xelsinki şəhərinin əhalisini yerləşdirmək mümkündür və sözü gedən sığınacaq həm də nüvə hücumuna belə dözməyə qadirdir.

Digər tərəfdən isə iki gün əvvəl Böyük Britaniya Finlandiya və İsveçin NATO-ya qəbul olunmasına qədər onlara təhlükəsizlik təminatı vermək haqda saziş imzladı. Yəni faktiki oaraq hesab etmək olar ki, artıq Finlandiya və İsveç NATO üzvüdürlər. Çünki bu ölkələrə hücum eləmək artıq Britaniyaya da müharibə elan eləmək anlamına gəlir. Britaniya ilə müharibə şəraitində olmaq isə, NATO ilə müharibə şəraitində olmaq deməkdir. Ona görə də Rusiyanın hansı səviyyədə təhdid etməsindən asılı olmayaraq hər iki ölkə yaxın zamanda NATO üzvü olacaq və Rusiya bunun qarşısını ala bilmək üçün heç bir şey edə bilməyəcək. Rusiya onsuz da Ukrayna müharibəsində kifayət qədər bataqlığa batıb və hər hansı ikinci ölkə ilə, həm də Finlandiya və İsveç səviyyəsində olan varlı və inkişaf etmiş ölkə müharibəyə girməsi faktiki olaarq mümkün deyil. Rusiya indi simasını qoruyaraq Ukrayna dalanından çıxmaq üçün çıxış yolları axtarmağa məcburdur. Çünki həm müharibə xərcləri, həm də tətbiq olunan sanksiyalar Rusiyanı kifayət qədər zəiflədir və bu zəifləmənin bu templə davam etməsi Rusiyanın özünün varlığını təhlükə altına atır. Bu reallıqlar çərçivəsində Rusiyanın Finlandiya ilə müharibəyə başlaması isə absurd olardı.

Tural Rzayev: “Rusiyanın aqressiyası qlobal xarakterlidir və bu aqressiya hər kəsi, uzaq-yaxın bütün ölkələri təhdid edir. Məhz bu üzdən bu gün Rusiyanın müttəfiqi yoxdur”.

Rusiyanın təhdidlərinə gəlincə isə, deməliyəm ki, Rusiya artıq ətrafını və rəqiblərini hər addımda nücə silahı ilə təhdid edir. Çünki Rusiyanın əlində başqa təhdid silahı və aləti qalmayıb. Yəni Rusiya artıq bu qədər zəif bir ölkəyə çevrilib. Moskvanın nüvə təhdidlərini isə mən blefdən başqa bir şey hesab eləmirəm və bu əlacsızlığın, gücsüzlüyün blefidir.

Qərbin Rusiyanı Qara dənizdə və Baltik dənizində Rusiyanı sıxışdırması isə artıq faktdır və bu iki çox starteji coğrafiyada Rusiyanın artıq pat vəziyyətinə düşdüyü də reallıqdır. Rusiya nüvə silahını havada silkələyərək bu təhlükəni özündən ayayındırmaq istəsə də, buna nail ola bilməsinə çox az ehtimal var.

Əslində isə bu gün istər Qara dənizdə, istərsə də Baltik dənizində Rusiyanın yaşafdığı reallıları bu Moskvanın özü yaradıb. Çünki heç bir ölkə Rusiya kimi öz geosiyasi problemlərini silah və müharibə yolu ilə həll etməyə çalışmır. Belə halalr olsa belə, qlobal xarakterli olmayıb. Lakin Rusiyanın aqressiyası qlobal xarakterlidir və bu aqressiya hər kəsi, uzaq-yaxın bütün ölkələri təhdid edir. Məhz bu üzdən bu gün Rusiyanın müttəfiqi yoxdur. Hətta Qərb cəbhəsinin əks tərəfində yer alan Çin belə Rusiyanın müttəfiq deyil və Rusiya bu gün faktiki olaraq təklənmiş, təcrid olunmuş vəziyyətdə geosiyasi mövqelərini qoruyub saxlamağa çalışır. Ona görə də Rusiyanın indiki təhdidləri təhdid olaraq qalacaq və bu təhdidlər Moskva üçün heç bir müsbət atmosfer formalaşdırmır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

Prezident Cavid Qurbanovu nazir müavini təyin etdi

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Mövlam Şıxəliyevin səs yazısı açıqlanıb, məhkəmədə ara qarışıb

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib

Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir? - Dosye

Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - Fotosənəd

Ən çox oxunanalar