Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya aqressiv siyasəti ilə Qazaxıstanı da itirir... - "Müharibə başlayıb, münasibətlər daha da pisləşəcək”

Postsovet məkanının iki ən yaxın müttəfiq dövləti - RusiyaQazaxıstan arasında münasibətlər çətin günlərini yaşayır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin səsləndirdiyi bəyanatlar Rusiya siyasi dairələrində və mediasında qeyri-müttəfiq mövqe kimi səciyyələndirilib. Bəyanatlar Rusiya cəmiyyətində narazılıq dalğası yaradıb, ittihamlar yenidən artmağa başlayıb. Rəsmi Nur-Sultan ikitərəfli münasibətlərə xələl gətirməklə yanaşı, “yaxşılığa yamanlıq” etməkdə günahlandırılıb.

Bu məsələ barədə “Kaspi” qəzeti məqalə hazırlayıb. Həmin məqaləni təqdim edirik.

Tokayevin rusları qıcıqlandıran addımları

Enerji böhranının həlli təşəbbüsü ilə çıxış edən Qazaxıstan prezidenti Avropaya ixrac olunan Rusiya neftinin Qazaxıstan nefti ilə əvəzlənməsi ideyasını irəli sürüb. Neft və qazın Rusiyadan yan keçməklə, Transxəzər marşrutu ilə dünya bazarına çıxarılması barədə tapşırıq verən Tokayev həmçinin bildirib ki, Qazaxıstan Şərqlə Qərb arasında bufer ola bilər. Əslində, Qazaxıstan artıq BTC vasitəsilə öz neftinin müəyyən qismini Azərbaycan üzərindən dünya bazarına çıxardır. Baxmayaraq ki, bu funksiya bir əsrdən artıqdır ki, Rusiya tərəfindən həyata keçirilir.

Qazaxıstan hazırkı şəraitdə, şübhəsiz ki, Aİ-dəki mövcud qeyri-sabitlik və enerji qeyri-müəyyənliyindən faydalanmağa çalışır. Bu da Rusiyanı narazı salır. Kremli narazı salan həm də odur ki, Qazaxıstan prezidenti Rusiya bazarını tərk etmiş və ya çıxmaq niyyətində olan xarici şirkətlər üçün ölkədə əlverişli şərait yaradılması barədə göstəriş verib. 1,4 min iri xarici şirkətdən hər ikincisi öz fəaliyyətini dayandırıb və ya Rusiya bazarını tamamilə tərk edib.

Tokayev də bununla bağlı baş verənləri “investisiya kapitalı uğrunda qlobal mübarizə” adlandırıb və respublika üçün “yaxşı imkanlar” görüb: “Aydındır ki, kimsə bunu Rusiyaya qarşı qeyri-dost mövqe kimi görmək istəyər, amma niyə? Bu, öz ölkəsi və onun iqtisadiyyatı üçün təbii, ağlabatan qayğının təzahürüdür”.

Qazaxıstanlı politoloq, siyasi məsləhətçi Dimaş Aljanov da öz növbəsində qeyd edir ki, xarici şirkətlərlə bağlı vəziyyət müfəssəl araşdırma tələb edir.

Rusiya yaxın gələcəkdə təcrid olunmuş ölkə olacaq və Qazaxıstanın bu fürsətdən istifadə etməsi olduqca normaldır. Başqa məsələ ondan ibarətdir ki, respublika bundan kifayət qədər yararlana biləcəkmi? Axı söhbət, əsasən, yerdəyişmənin özündən deyil, fəaliyyətini Aİİ çərçivəsində, Qazaxıstan vasitəsilə həyata keçirməyə hazır olan şirkətlər üçün əlverişli şəraitin yaradılmasından gedir”, - ekspert bildirib.

Xəzər dənizində yeni limanlar quraşdırılacaq

Qazaxıstan maraqlı bir addım da atmağı planlaşdırır. İxrac potensialını artırmaq üçün 10 gəmidən ibarət bərə donanması yaradır, həmçinin Xəzər dənizində yeni liman qurmağı planlaşdırır. Mövcud iqtisadi şəraitdə ölkə təcili olaraq tranzit imkanlarını artırmalı, həmçinin ticarət infrastrukturunu yaxşılaşdırmalıdır. Qeyd edilir ki, Nur-Sultanın cəmi dörd quru yük gəmisi var və Azərbaycan regionda yükdaşıma sahəsində liderdir. Qazaxıstan heç vaxt dəniz ölkəsi olmayıb və buna görə də dəniz nəqliyyatı imkanlarından tam istifadə etməyib. Beləliklə, Aktauda yeni yük terminalı da tikiləcək. Tikintidə beynəlxalq şirkətlər, xüsusilə konteyner operatorları “Maersk”, MSC və “COSCO Shipping” iştirak edəcək.
Ətraflı

Rusiyanın atdığı yanlış addımlar

Ekspertlərin qənaətincə, Rusiya atdığı yanlış addımlarla Qazaxıstanı itirir. Bölgədə şaxələndirilmiş enerji marşrutları vacib iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Yəni enerji resurslarınız ola bilər, lakin alternativ marşrutlara sahib olmaq çox önəmlidir. Qərb mediası iddia edir ki, Rusiya hazırda Qazaxıstanla münasibətlərində ciddi səhvlərə yol verir.

Moskva yalnız onun kimi düşünənləri və hərəkət edənləri müttəfiqi hesab edir, öz maraqlarını nəzərə alır. Lakin ölkələr arasında əlaqələrdə bütün tərəflərin maraqları diqqətə alınmalıdır.

İndi Rusiyanın Qazaxıstan neftinin üçdə ikisindən çoxunun daşındığı Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir aylıq dayandırması rəsmi Nur-Sultanın milli təhlükəsizlik maraqlarına zərbədir.

Ona görə də Tokayevin sözügedən addımı çox yerindədir və Qazaxıstan haqlıdır. Hər bir müstəqil dövlət özünün gələcəyi haqqında düşünməlidir. Rusiya istəmir deyə Qazaxıstan ticarətini dayandıra bilməz. Yəni dünyada belə qayda yoxdur.

“Putin Qazaxıstan neftinin Avropaya ixracına mane olur. Görünür, Rusiya ilə Qazaxıstan arasında müharibə başlayıb - hələ ki, iqtisadi müharibə”. Jurnalist Denis Kazanskinin qənaətincə, Qasım-Jomart Tokayevin Vladimir Putinin üzünə açıq şəkildə “lxr” və “dxr”i “kvazi-dövlətlər” adlandırması ilə Rusiya-Qazaxıstan münasibətləri pisləşməyə başladı.

“Hətta o zaman bu cəsarətli bəyanatın nəticələrinin olacağı göz qabağında idi”, - o, iddia edib.

Kreml müttəfiqlərinə qarşı da aqressiv siyasət yürüdür

Qazaxıstanlı politoloq Dosim Satpayev də bu qənaətdədir ki, Ukraynada müharibə başlayandan Rusiya təkcə Qərbə deyil, həm də müttəfiqlərinə qarşı aqressiv siyasət yürüdür. Onun fikrincə, Kreml qonşuları ilə münasibətlərdə daim sərhədləri aşır, onların iqtisadi maraqlarına məhəl qoymur və bununla da reaksiyalara səbəb olur: “Məsələn, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya bizdən soruşmadan birtərəfli qaydada buğda ixracını məhdudlaşdırmaq qərarına gəldi. Rusiya ilə Qazaxıstan arasındakı münasibətləri “dost münasibət” adlandırmazdım. Onlar daha da pisləşəcək”.

Beləliklə, Qazaxıstan indi çətin vəziyyətdədir - dövlət eyni vaxtda Rusiya ilə müttəfiqliyini qoruyub saxlamağa, Qərblə münasibətləri korlamamağa çalışır. Lakin görünən odur ki, Nur-Sultan Moskvaya sanksiyalardan yan keçməyə kömək etmək niyyətində də deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar