Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya aerdromlarının vurulmasında Ukrayna xüsusi təyinatlıları iştirak edib - NYT

NYT Rusiya aerodromuna pilotsuz təyyarələrin hücumunda Ukrayna xüsusi təyinatlılarının iştirakından yazıb…

Dekabrın 5-də səhər saatlarında Saratov və Ryazan vilayətlərindəki hərbi aerodromlara hücum edən pilotsuz təyyarələr Ukrayna ərazisindən buraxılıb.

PİA.az xəbər verir ki, bu barədə The New York Times yüksək rütbəli ukraynalı məmura istinadən xəbər verir.

Qəzetin mənbəsinin sözlərinə görə, zərbələrdən ən azı biri bazanın yaxınlığında yerləşən və pilotsuz təyyarələrin hədəfə yönəldilməsinə kömək edən Ukrayna xüsusi təyinatlılarının köməyi ilə həyata keçirilib.

NYT qeyd edir ki, Ukrayna xüsusi təyinatlılarının Rusiya ərazisinə necə soxula bildiyi və bu və ya digər bazaya nə dərəcədə yaxınlaşdığı hələ də qaranlıq qalır.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi və Kreml hələlik nəşrin dərcinə münasibət bildirməyiblər.

Xatırladaq ki, dekabrın 5-də səhər saatlarında Ryazan vilayətindəki “Dyagilevo” və Saratov vilayətindəki “Engels” hərbi aerodromlarında partlayışlar baş verib. The Bell qeyd edib ki, Engelsdəki aerodrom “Rusiyanın nüvə “triadası”na daxil olan strateji aviasiyanın əsas bazasıdır”.

Rusiya Müdafiə Nazirliyi Kiyevin "Rusiyanın uzaq mənzilli təyyarələrini sıradan çıxarmaq" üçün sovet istehsalı olan reaktiv pilotsuz təyyarələrdən istifadə edərək aerodromlara zərbələr endirmək cəhdlərini açıqlayıb. Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə vasitələrinin köməyi ilə pilotsuz təyyarələr vurulub, lakin onların düşməsi və partlaması nəticəsində “iki təyyarənin gövdəsi azacıq zədələnib”. Aerodromda olan üç rus hərbi texniki əməkdaşı həlak olub. Daha dörd nəfər yaralanıb.

Ukrayna dron hücumuna görə məsuliyyəti rəsmi olaraq üzərinə götürməyib. Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə hadisəni şərh edərkən deyib ki, “Kreml bilməli idi ki, əgər siz tez-tez başqa ölkələrin hava məkanına nəsə atırsınızsa, gec-tez naməlum təyyarələr sizin ölkəyə qayıdacaq”.

Aerodromlara hücumdan sonra Rusiya ordusu dünən bütün Ukrayna ərazisinə raket zərbələri endirib. Baş nazir Denis Şmıxal bildirib ki, Rusiya raketləri Kiyev, Vinnitsa və Odessa vilayətlərində enerji infrastrukturu obyektlərini vurub.

Eyni zamanda Kiyev iddia edir ki, Rusiyanın atdığı 70 raketdən 60-ı Ukrayna Havadan Müdafiə Sistemləri ilə vurulub.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, “yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirilməsi” nəticəsində hədəflərə nail olunub və təyin olunmuş 17 obyektin hamısı vurulub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar