Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya, Türkiyə və İranla bağlı yaxın illərdə Qərbin müxtəlif planları işə salına bilər” - Politoloq

Yaxın gələcəkdə Cənubi Qafqazda balans Türkiyənin xeyirinə dəyişə bilərmi?..

Zaur Məmmədov: “Ukrayna hadisələrinin nəticəsi olaraq Rusiyanın Cənubi Qafqazda hansı müddətdə qalacağı müəyyən ediləcək”.

Rusiyanın və İranın ilk növbədə Qarabağla bağlı apardıqları vaxt uzadılmasına yönələn siyasət ona gətirib çıxardı ki, 44 günlük müharibə ərəfəsində Azərbaycan birmənalı olaraq və qəti şəkildə xarici siyasət davranışında Türkiyə ilə bağlı prinsipial qərarlar verdi”.

Bu sözləri politoloq Zaur Məmmədov Rusiyanın Cənubi Qafqazdan getməsi ilə bağlı iddiaları PİA.az-a şərh edərkən qeyd edib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yerli mətbuata verdiyi açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqazdan gedir. Çünki Rusiyanın qonşu ölkələrdə dominant mövqeyini qorumaq üçün yetərli gücə sahib deyil.

Cənab Zükfüqarov hesab edir ki, artıq keçmişdə qalan münasibətlərdə Azərbaycanın daxili siyasətində rus faktorunun dominant rol almasını yüksək səviyyəsi müşahidə edilirdi. İndi isə bu səviyyə obyektiv səbələrdən aşağı düşür. Xüsusən də Cənubi Qafqazda ciddi rol almaqda olan Türkiyə faktoru bu prosesi sürətləndirir.

Sabiq nazir bildirib ki, balans dəyişikliyi heç də asan keçən bir proses olmur, buna baxmayaarq Azərbaycan ardıcıl olaraq və böhran yaratmadan bu prosesi arxada qoymağa çalışır.

Sabiq nazirin bu fikirləri ilə razılaşmaq olarmı və yaxın gələcəkdə Cənubi Qafqazda balans Türkiyənin xeyirinə dəyişə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “İndiki halda Rusiya tamamilə Cənubi Qafqazdan gedir və yaxud getmək istəyindədir demək də bir qədər tezdir”.

İndiki durumda bir çox məsələnin Ukraynadakı müharibədən asılı olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Ukraynadakı müharibə birbaşa olaraq Cənubi Qafqaza da təsir edəcək:

“Bu gün doğurdan da fakt ondan ibarətdir ki, hazırdada Cənubi Qafqazda balans dəyişməyə doğru istiqamətlənib. Təbii və siyasi proseslər onu göstərir ki, Türkiyənin Cənubi Qafqazda günbəgün rolu atmaqdadır. Nəticə etibarilə də Türkiyənin rolunun artması əlbəttə ki, Rusiyanın rolunun daha da azalmasına gətirib çıxardır. Ancaq indiki halda Rusiya tamamilə Cənubi Qafqazdan gedir və yaxud getmək istəyindədir, demək də bir qədər tezdir.

Əslində mən düşünürəm ki, Ukrayna hadisələrinin nəticəsi olaraq Rusiyanın Cənubi Qafqazda hansı müddətdə qalacağı müəyyən ediləcək. İndiki durumda əlbəttə ki, bir çox məsələ Ukraynadakı müharibədən asılıdır. Ukraynadakı müharibə birbaşa olaraq Cənubi Qafqaza da təsir edəcək.

Zaur Məmmədov: “Faktiki olaraq Türkiyə hərbi, siyasi, iqtisadi və digər sahələrdə Cənubi Qafqazda bir stimullaşdırıcı faktora çevrilib. Artıq bu faktoru nəzərə almaamq mümkün deyil”.

Bizim üçün önəmli olan fakt ondan ibarətdir ki, Türkiyə bu gün artıq Cənubi Qafqazdadır. Məhz Rusiyanın və İranın ilk növbədə Qarabağla bağlı apardıqları vaxt uzadılmasına yönələn siyasət ona gətirib çıxardı ki, 44 günlük müharibə ərəfəsində Azərbaycan birmənalı olaraq qəti şəkildə xarici siyasət davranışında Türkiyə ilə bağlı prinsipial qərarlar verdi. Daha sonra Şuşa Bəyannaməsi imzalandı. Nəticə etibarilə də faktiki olaraq Türkiyə hərbi, siyasi, iqtisadi və digər sahələrdə Cənubi Qafqazda bir stimullaşdırıcı faktora çevrilib. Artıq bu faktoru nəzərə almaamq mümkün deyil.

Bu gün Qafqazın sərhədlərinə Samur çayı və Araz çayı istiqamətindən keçmək istəyənlər başa düşmüş olacaqlar ki, onlar Türkiyənin ordusu ilə qarşılaşmalı olacaq. Amma maraqlı məqam ondan ibarətdir ki, proseslər olduqca dinamikdir. Rusiya, Türkiyə və İranla bağlı da yaxın illərdə Qərbin müxtəlif planları işə salına bilər. Buna görə də kiminsə birdəfəlik getməsi, kiminsə həmişəlik gəlməsi yaxud da hadisələrin sabit olması ehtimalı o qədər də böyük deyil. Bu gələcək proseslərdən asılı olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar