Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhun bir bədəndən başqasına keçməsi mümkündürmü?

Dini mətnlərdə buna "tənasüx" deyirlər. Dünyəvi ədəbiyyatda "reinkarnasiya" adı ilə tanınır. Bu əqidə əsasən, qeyri-səmavi, bütpərəst şərq dinlərinə (hinduizm, caynizm, sintoizm, daosizm) xasdır. İslamda tənasüx batil sayılır. Çünki ruh hər şəxsin fərdi xüsusiyyətidir, insanın mahiyyətidir. Ruhun bir bədəndən başqa bədənə keçməsi mümkün deyil. Çünki bu halda həm Allahın ədalətsiz olduğunu, həm də axirət aləminin, qiyamətin, cənnət və cəhənnəmin yoxluğunu qəbul etməliyik. Əgər ruh bir bədəndən başqa bədənə keçərsə, axirətdə ona hansı bədəndəki həyatına görə əvəz veriləcək? Əgər ruhun yaşadığı həyatlardan birinə görə ona cəza verilsə, o biri "həyat mərhələlərinə" qarşı zülm edilmiş olar. Bu isə ilahi ədalətlə bir araya sığmaz.

Qurani-kərimin aşağıdakı ayələri tənasüxün batil olduğunu sübut edir: "Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə zay etdiyim ömrümün müqabilində yaxşı bir iş görüm. Xeyr, bu, onun dediyi boş bir sözdür. Dirilib duracaqları günə (qiyamət gününə) qədər onların önündə maneə vardır" (Möminun, 99-100). (Milli.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar