Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev: "SOCAR Gürcüstanın əsas qaz təchizatçısıdır"

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın əsas qaz təchizatçısıdır.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkmənistanın müstəqilliyinin 30 illik yubileyinə həsr edilən neft-qaz sektoruna sərmayələrin cəlb edilməsi üzrə beynəlxalq forumda bildirib.

SOCAR tərəfindən Türkiyəyə indiyədək "Şahdəniz" yatağından 82 milyard kubmetrə yaxın qaz ixrac olunduğunu xatırladan natiq bunun 12 milyard kubmetrinin 2018-ci ilin 30 iyun tarixində Cənub Qaz Dəhlizininbirinci fazasının işə salınmasından bu yana tədarük olunduğunu dilə gətirib.

Bununla yanaşı Avropa bazarında da fəaliyyətini genişləndirən SOCAR-ın Yunanıstan, Bolqarıstan və İtaliyaya gündəlik 26 milyon qaz nəql etdiyi, bunun da rekord rəqəm olduğu vurğulanıb.

Xatırladaq ki, cari ilin birincin rübündə Azərbaycan Gürcüstana da 784 milyon kubmetr qaz ixrac edib.

SOCAR rəhbəri həmçinin xatırladıb ki, 3 500 km uzunluğunda, sərmayə dəyəri 33 milyard ABŞ dollarınadək olan Cənubi Qaz Dəhlizi layihəsi Xəzər regionunu Cənub-Şərqi Avropa ilə birləşdirərək bütövlükdə 7 ölkəni əhatə edir və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Bu layihə çərçivəsində Azərbaycan ilk dəfə öz təbii qazını Avropa bazarına ixrac etməyə başlayıb.

pia.az 


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar