Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Robert Koçaryan: “Naxçıvanla sərhəddə baş verənlər sülh sazişinə zəmin hazırlamaqdır”

Ermənistanın sabiq prezidenti, “Haystan” blokunun rəhbəri Robert Koçaryan son günlər Naxçıvan istiqamətində baş verən hadisələrlə bağlı danışıb. 

PİA.az xəbər verir ki, o, Naxçıvanla Arazdəyən (Yeraxs) qəsəbəsi sərhəddində baş verənlərin Azərbaycanla bağlanılacaq sülh sazişinin “perelüdiyası” adlandırıb.

Onun sözlərinə görə, hazırda Arazdəyəndə baş verənlər böyük xəritədəki kiçik fraqmentlər kimi görünür. O bildirib ki, xəritədə vəziyyət belədir ki, Ermənistan artıq özünü qorumaq imkanlarını itirib:

“Görünən odur ki, o, artıq düşmənə diş qıcıda bilmir. Çünki dişləri yoxdur”.

Koçaryan deyir ki, ermənilər yüzlərlə Azərbaycan əsgərinin Qara göl ətrafında yerləşməsini unudublar.

“Bu, Ermənistanda müharibə və ondan sonrakı dövrlərdə baş verən proseslərin məntiqi davamıdır. Biz göstərdik ki, dişimiz yoxdur, cəsarətlə cavab vermək imkanımız da yoxdur. Və Azərbaycan öz gündəminə bu cür hərəkətləri ilə davam edəcək”.

O hazırkı vəziyyəti diqqətlə işlənilmiş məğlubiyyətin texnalogiyası adalanıdırıb.

“Sennarilərdən biri odur ki, Azərbaycan davamlı olaraq təxribatlar törədərək, müharibə qorxusu yaradır. Bu isə o deməkdir ki, xalq bütün güzəştlərlə gedilmiş sənəd imzalandıqadan sonra onu satqınlıq kimi deyil, xilas olam kimi qəbul edəcək. Bu məğlubiyyət texnologiyasıdır. Biz bir dəfə bunu yaşamışıq. Əminliklə demək olar ki, Yerasxda baş verənlər sülh sazişinə zəmin hazırlamaqdır. Həmin sazişdə mütləq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Bu isə Qarabağın gələcəyi üzərindən böyük xəttin çəkilməsi deməkdir”. (jamaz.info)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Ən çox oxunanalar