Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Respublikaçıların vətəndaş müharibəsi - Tramp onun əleyhinə səs verənlərdən intiqam almağa hazırlaşır...

Palatada və Senatda Trampın əleyhinə səs verən Respublikaçıları pis günlər gözləyir. Bəzi analitiklər bu daxili qarşıdurmanı “uzun bıçaqlar gecəsi” kimi xarakterizə edirlər...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 16 fevral 2021-ci il

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Senatdakı impiçment məhkəməsi sürətlə başa çatıb. Trampın həbs edilməsi üçün 67 senatorun səsinə ehtiyac var idi. 57 senator Trampın əleyhinə səs verib. 50 Demokratdan əlavə, yalnız 7 Respublikaçı Ssnator Trampı təqsirli bilib. Məlum olduğu kimi, Trampın bəraət hökmü onsuz da gözlənilirdi.

Tramp 2020-ci ilin fevralında başqa bir iddia ilə Senatda ittiham olunmuş və bəraət almışdı. Bu impiçment məhkəməsində yalnız Respublikaçı senator Mit Romni partiya sıralarından çıxaraq Trampın əleyhinə səs vermişdi. Şənbə günü keçirilən ikinci impiçment səsverməsində bu rəqəm 7-yə yüksəlib. Bununla birlikdə, Trampa qarşı səs verən Respublikaçı senatorlara qarşı ştatlardakı Partiya təşkilatlarından sərt etirazlar yüksəlir.

Amerikada hesab edirlər ki, Trampın partiya bazası üzərindəki təsirinə görə Respublikaçı senatorlar ondan çəkinirlər və bu əsasla səs veriblər. 7 senatordan başqa digər bütün senatorlar Trampın əleyhinə səs verməyi gözə ala bilmədilər. Amerikalı bir yazar Respublikaçı senatorların əhval-ruhiyyəsini “dodaqların yox deyir, amma gözlərində hə var”, sözləri ilə izah edib.

Respublikaçı senatorlar vəzifəsindən gedən bir prezidenti məhkəməyə çıxarmağın konstitusiyaya zidd olduğunu iddia edərək bəraət üçün səs verdiklərini önə sürüblər. Əslində, Senatdakı Respublikaçıların lideri Miç Mekkonel məhkəmədən sonra verdiyi açıqlamada Trampın Amerika Konqresinə basqında mənəvi məsuliyyət daşıdığını vurğulayıb. Mekkonel başqa səbəblərdən də Trampın məhkəməyə çıxarılmasının mümkün olduğunu ifadə edib.

Əslində, Trampın vəzifədə olduğu müddətdə Senatda ittiham edilməsinə mane olan da Mekkonel idi. O zaman Mekkonel çoxluq lideri olaraq Senatı idarə edirdi. Mekkonel məhkəmə iclasını Co Baydenin prezident vəzifəsinə başlamasından bir neçə gün sonraya təxirə sala bildi. Partiya daxilində fərqli qanadları təmsil edən Tramp və Mekkonel arasındakı güc yarışına dəfələrlə toxunmuşuq. Mekkonel də noyabr seçkilərinin nəticələrinin qəbul edilməsində mühüm rol oynayıb. Bu səbəbdən, Mekkonellə Trampın arası daha çox soyumuşdu

Mekkonel daha əvvəl Trampın Konqres basqınçılarını təşviq etdiyini söyləmişdi. Mekkonelin nəqliyyat naziri olan həyat yoldaşı Eleyn Çao də istefa vermişdi. Demokratlar, çətin olsa da, Mekkonelin Trampın əleyhinə səs verəcəyinə ümid edirdilər. Mekkonel məhkəmədən əvvəl Respublikaçı senatorlara göndərdiyi mesajda Trampın bəraətinə səs verəcəyini bildirib. Bu yolla Mekkonel daha çox senatorun Tramp əleyhinə səs verməsinə mane olub.

Qeyd etməliyik ki, impiçment mühakiməsi bir cəzalandırma prosesi deyil. Senat Trampı təqsirli bilsəydi, gələcəkdə o, dövlət vəzifələrində və seçkili orqanlarda təmsil oluna bilməyəcəkdi. Halbuki mövcud vəziyyətdə Tramp 2024-cü ildə ikinci dəfə bəraət qazanan bir lider olaraq prezidentliyə namizəd ola bilər. Tramp isə məhkəmədən sonra verdiyi açıqlamasında “hərəkatının” hələ yeni başladığını vurğulayıb.

Trampın hələ məhkəmə sistemindən canını qurtarmadığını qeyd edən Mekkonel topu yenidən Demokratlara atıb. Senatda bəraət qazansa da, Trampın yaxın aylarda yeni məhkəmə proseslərinin başlamasından narahat olduğu deyilir. Konqresə olunan basqın ilə bağlı federal istintaq davam edir. ABŞ Konqresinə ev sahibliyi edən Vaşinqton baş prokurorunun da məhkəməyə müraciət edə biləcəyi bildirilir. Trampa qarşı başqa araşdırmalar da var imiş.

Demokratlar Partiyasının Sol qanadı da ABŞ-ın yeni baş prokurorunun Trampa qarşı cinayət işi açması üçün hərəkətə keçib. Baydenin ədliyyə naziri (və baş prokuror) olaraq irəli sürdüyü Merrik Qarlandın Senatda təsdiqlənmə prosesi hələ başlamayıb. Federal Apellyasiya Məhkəməsinin keçmiş baş hakimi olan Qarlandın təsdiqlənmə müddətinin mart ayının əvvəlində tamamlanması gözlənilir.

Palatada və Senatda Trampın əleyhinə səs verən Respublikaçıları pis günlər gözləyir. Trampın intiqamçı şəxsiyyətini vurğulayan analitiklərə görə, Tramp 2022-ci ildə Palatada və qismən Senat seçkilərində öz nüfuzundan ona möhkəm şəkildə bağlı olan simalar üçün istifadə edəcək. Onun əleyhinə səs verən insanların məğlub olması üçünsə əlindən gələni edəcək. Deməli, Respublikaçıları vətəndaş müharibəsi gözləyir. Bəzi analitiklər bu daxili qarşıdurmanı “uzun bıçaqlar gecəsi” kimi xarakterizə edirlər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar