Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakının İsraillə hərbi əməkdaşlığı və İrandan gələn zəng - Yeni gərginlik?..

Məhəmməd Hüseyn Bageril Ermənistanın son sentyabr təxribatları zamanı Azərbaycanı hədələmişdi...

Politoloq: “Azərbaycanın eyni gündə bir birinə zidd və düşmən olan dövlətlərlə keçirdiyi görüş və təmaslar bir çox mətləblərdən xəbər verir”.

Azərbaycan üçün İsrail mühüm tərəfdaşdır, müttəfiq ölkədir. Bu ölkə ilə istənilən səviyyədə keçirilən görüşün mahiyyəti böyükdür”.

Bu sözləri politoloq Turan Rzayev Azərbaycanın həm İsraillə, həm də İranla olan son münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən İsrail müdafiə naziri Beni Qantsın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. İsrail nümayəndələri prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşüblər, ikitərəfli əlaqələrin inkişafı haqqında danışıblar.

Elə dünən Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bageri arasında telefon danışığı olub. Onu da qeyd edək ki, Bageri Ermənistanın son sentyabr təxribatları zamanı Azərbaycanı hədələyən generaldır. Onun arxasınca isə İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan teleqram kanalalrından Azərbaycanın dövlət rəhbərinin ünvanına təxribat xarakterli hədələr yerləşdirilmişdi.

Hər fürsətdə Ermənistanı dəstəkləmək üçün dəridən-qabıqdan çıxan Tehran rəsmiləri müstəqil və süveren Azərbaycanın İsraillə əməkdalığına qarşı çıxması isə artıq heç bir çərçivəyə sığmır. İran rəsmilərinin zehniyyətinə görə Azərbaycan öz milli maraqlarını həm Tehrana, həm də Yeravana güzəşt etməlidir ki, bu da sağlam məntiqdən kənardır.

Bəs İsrail müdafiə nazirinin Bakıya səfəri İranla münasibətlərdə yeni gərginlik yarada bilərmi? Ümumiyyətlə İran-Azərbaycan münasibətlərindəki xoşagəlməz gərginliklər ancaq rəsmi Bakının İsraillə olan üst səviyyə münasibətləri ilə bağlıdır? İranın Azərbaycana qarşı əsasısz və qanunsuz tələblərinin arxasında hansı maraqlar durur?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Gələcəkdə Cənubi Azərbaycan öz müqəddəratını təyin etmək istəyəndə, rəsmi Bakının buna dəstək verəcəyi, yaxud da ehtimal birləşmə üzrə ssenari aktualdır. Bunu da ancaq gələcək göstərəcək”.

İranın tək Azərbaycanın İsraillə münasibətlərindən yox, Şimali Azərbaycanın adından belə narahat olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, şimalda 11 milyon, cənubda isə 45 milyon azərbaycanlı var. İran hər zaman Azərbaycanın cənuba haqq etməsindən qorxub və Tehranda hesab edirlər ki, müstəqil Azərbaycan dövlətinin varlığı İran üçün ən böyük təhlükələrdən biridir:

Azərbaycanın eyni gündə bir birinə zidd və düşmən olan dövlətlərlə keçirdiyi görüş və təmaslar bir çox mətləblərdən xəbər verir. Əvvəla, onu qeyd etmək lazımdır ki, İsrail müdafiə naziri ilə keçirlər görüş iki ölkə arasındakı strateji hədfələr, eyni zamanda hərbi sahədəki əməkdaşlıq baxımından olduqca vacibdir. Azərbaycan üçün İsrail mühüm tərəfdaşdır, müttəfiq ölkədir. Bu ölkə ilə istənilən səviyyədə keçirilən görüşün mahiyyəti böyükdür.

İndiki zamanda Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin Müdafiə Nazirliyi arasında baş tutan görüş ondan xəbər verir ki, rəsmi Bakı İsraillə münasibətləri daha da inkişaf etdirməkdə, xüsusilə də hərbi sahədə yeni sazişlər, müqavilələr imzalamaqda maraqlıdır. Bundan sonra da tərəflər arasında münasibətlərin inkişaf edəcəyini demək olar.

Azərbaycanın Müdafiə nazirinin İsrailli həmkarı ilə görüşdən sonra İranın Baş Qərargah rəisi ilə telefonla danışmağı ondan xəbər verir ki, rəsmi Bakı Tehranın bu səfərdən duyduğu narahatlığı gözə alır. Lakin Azərbaycan üçün regionda onunla əməkdaşlıq edən ölkələrin fərqi yoxdur. Yəni, Azərbaycan həm İranla, həm də İsraillə münasibətlər qura bilər və bu Bakının beynəlxalq hüquq çərçivəsində təbii haqqıdır.

Azərbaycanın İsraillə qurduğu münasibətlər İranı narahat etməməlidir. Çünki Ermənistanla münaqişədə Tehran öz maraqlarından çıxış etdiyi kimi,rəsmi Bakıda İsraillə münasibətlərdə öz milli maraqlarından çıxış edir. Azərbaycan bu addımla həm İrana diplomatik mesaj verdi, həm də İranın Azərbaycana qarşı səsləndirdiyi hədələrə qarşı heç də səssiz qalmayacağını nümayiş etdirdi. Yəni Tehranda bilməlidirlər ki, bizim İrandan qorxumuz yoxdur. İran tərəfinin istənilən hədələri, istənilən təxribatlarınaa qarşı rəsmi Bakı adekvat cavab verə bilər və yəqin ki, bu siyasətə daha çox üstünlük veriləcək. Çünki İranın hədələri artdıqca, tələbləri də artır, bu isə bizim maraqlarımız baxımından qəbulediməzdir. Bizim İsraillə münasibətlərimiz İranın narazılıqlarından daha önəmlidir.

Yəqin ki, yeni İran cənub sərhədlərimizdə təlimlər keçəcək. Hətta əvvəlkindən daha İran irimiqyaslı təlimlər keçirə bilər. Təlimlər zamanı da ehtiyatsızlıqdan bizim tərəfdə mərmilər də düşə bilər, dronlar yollarını aza bilər. Bütün bunların hamısı ehtimaldır və mümkündür. İran yenə də göz qorxutmağa çalışacaq. Amma İranın Arazın o tayından bu tayına keçməsi çətindir. Əvvəla ona görə ki, İranda etiraz aksiyaları davam edir və rejimin özü təhlükə altındadır. Etiraz aksiyaları davam edən vaxtda İran Azərbaycanla hədə ilə danışmaqda maraqlı olmayacaq. Çünki bu gün Azərbaycan Cənubi Azərbaycandakı 45 milyon soydaşını ayağa qaldıracaq potensiala malikdir. Bunun üçün ideoloji əsaslarımız da var.

Turan Rzayev: “İranın imperialist maraqları çərçivəsində Azərbaycan onun üçün həmişə potensial təhdiddir və itirilmiş ərazidir”.

İran tək Azərbaycanın İsraillə münasibətlərindən yox, Şimali Azərbaycanın adından belə narahatdır. Çünki şimalda 11 milyon, cənubda isə 45 milyon azərbaycanlı var. İran hər zaman Azərbaycanın cənuba haqq etməsindən qorxub və Tehranda hesab edirlər ki, müstəqil Azərbaycan dövlətinin varlığı İran üçün ən böyük təhlükələrdən biridir. Rəsmi Bakının isə belə bir iddiası yoxdur. Amma gələcəkdə Cənubi Azərbaycan öz müqəddəratını təyin etmək istəyəndə, rəsmi Bakının buna dəstək verəcəyi, yaxud da ehtimal birləşmə üzrə ssenari aktualdır. Bunu da ancaq gələcək göstərəcək.

İranın imperialist maraqları çərçivəsində Azərbaycan onun üçün həmişə potensial təhdiddir və itirilmiş ərazidir. Buna görə də iki ölkə arasındakı münasibətlərdən asılı olaraq Tehranın bizə baxışı dəyişməyəcək. Hətta rəsmi Tehranda hakimiyyət belə dəyişsə, bu heç nəyi dəyişməyəcək.

İran imperialist maraqları naminə hər zaman Azərbaycanıı təhdid edəcək. Bizim üçün isə İran məsələsində ən önəmli məqam Cənubi Azərbaycanın öz müqəddəratını həll etməsidir. Əgər İran sərhədlərimizdən uzaqlaşsa və sərhədlərimizdə yeni türk dövləti yaransa, bu bizim üçün ən optimal variantdır. Bu eyni zamanda Avrasiya geosiyasətinin dəyişməsi anlamına gələcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar