Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rektorun mülkləri açıqlandı - 22 illin rektoru olan Havar Məmmədovun nələri var?..

Bakı Mühəndislər Universitetinin rektoru Havar Məmmədovun mülklərinin siyahısı açıqlanıb. PİA.az xəbər verir ki, bu barədə gundelik-baku.com saytı məlumat yayıb.

Saytın verdiyi məlumata görə BMU-nun rektoru Havar Məmmədovun marketlər zənciri var. Bundan başqa Xocahəsəndəki dəmir beton zavodu da Havarın müəllimin biznes şəbəkəsinə aiddir.

Novxanıda isə 20 ildən artıqdır ki, rektor vəzifəsini daşıyan Havar müəllimin dəyəri 4 milyon olan villasının olduğu qeyd edilir. Lakin Havar Məmmədovun villası təkcə Novxanıda deyil. Sayt iddia edir ki, Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidə, 6 milyon dəyəri olan 3 mərtəbəli villa da Havar müəllimə məxsusdur.

Qeyd edək ki, Havar Məmmədov 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinə rəhbərlik edib. Bu illər ərzində Azərbaycan Texniki Universiteti ölkənin ən korrupsiyalaşmış univeritetləribndən biri kimi tanınb. Elə Havar Məmmədovun da adı həmin illərdə bir çox qalmaqallarda halalnıb.

2016-cı ildə isə Havar Məmmədov Bakı Mühəndislik Universitetinə (keçmiş Qafqaz Universiteti) rektor təyin olunub. Həmin ilə qədər Qafqaz Universiteti Azərbaycanın ən elit və reytinqli universiteti hesab olunurdu və burda tələbəyə pulla qiymət yazmağı düşünmək belə mümkün deyildi. Lakin Havar Məmmədov bu universitetə rektor təyin olunduqdan bir il sonra universitetin nə reytinqindən, nə də təhsil səviyyəsindən əsər-əlamət qalmadı. Zaman-zaman univeristet tələbələri onlardan qiymət müqabilində pul istənilməsi ilə bağlı yerli mediada iddalar səsləndirilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar