Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəisi hicab taxmayan jurnalistə müsahibə verməyib

CNN-in aparıcısı başını örtmədiyi üçün İran Prezidenti İbrahim Rəisi müsahibə verməkdən imtina edib.

Bu barədə CNN-in tanınmış jurnalisti Kristien Amanpur "Twitter"də bildirib.

"Ötən həftə Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbsindən sonra öldürülməsinin ardınca İranda etirazlar genişlənir və qadınlar hicablarını yandırırlar. İnsan haqları müdafiəçiləri azı 8 nəfərin öldüyünü bildirir. Dünən gecə mən prezident Rəisidən bütün bu və başqa məsələlər haqqında soruşmağı planlaşdırırdım. Bu, Prezident Rəisinin Nyu-Yorka səfəri zamanı ABŞ ərazisində ilk müsahibəsi olacaqdı. Həftəlik planlaşdırmadan və səkkiz saat çəkən tərcümə avadanlığı, işıqlar və kameraların qurulmasından sonra biz hazır idik. Amma prezident Rəisidən əsər-əlamət yox idi. Müsahibə başlamazdan 40 dəqiqə əvvəl onun köməkçisi gəldi. Onun sözlərinə görə, prezident mənə hicab taxmağı təklif edirdi, çünki müqəddəs Məhərrəm və Səfər aylarıdır. Mən nəzakətlə bundan imtina etdim və dedim ki, biz hicabla bağlı heç bir qanun və ənənənin olmadığı Nyu-Yorkdayıq", - Amanpur qeyd edib.

O bildirib ki, daha əvvəl də İran prezidentləri ilə İrandan kənarda müsahibə edərkən heç kim ona bu təklifi etməyib.

"Prezidentin köməkçisi bildirdi ki, mən hicab bağlamasam müsahibə olmayacaq. O, bunun "hörmət məsələsi" olduğunu söylədi və "İrandakı vəziyyətə" istinad etdi - ölkəni bürüyən etirazlara işarə etdi. Yenə dedim ki, bu görünməmiş və gözlənilməz vəziyyətlə razılaşa bilmərəm və beləcə biz oradan uzaqlaşdıq. Müsahibə baş tutmadı. İranda etirazlar davam etdiyi və insanların öldürüldüyü bir vaxtda prezident Rəisi ilə danışmaq vacib məqam olardı", - CNN-in aparıcısı vurğulayıb. (unikal)

pia.az


Etiket: İbrahim Rəisi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar