Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhim Rəhimovun 100 illik yubileyi ilə bağlı tədbir keçirildi

Görkəmli həkim, rentgenoloq –klinsist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Rəhim Rəhimovun anadan olmasının 100 ili tamam olur.

“Yeni Sabah” xəbər verir ki, bu münasibətlə ölkənin tibb və elm ocaqlarında, o cümlədən müxtəlif ictimai təşkilatlarda yubiley tədbirlərinin keçirilməsi planlaşdırılır.

Belə tədbirlərdən birincisi 28 yanvar saat 15:00-da “Arion Otel Baku”nun konfrans zalında, görkəmli akademikin də yaradıcısı olduğu “Tusi” Ordubad Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil edilib. “Bir Bütöv İnsan portreti” adlanan “dəyirmi masa” formatlı tədbirdə görkəmli elm adamları, həkimlər, akademikin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

“Tusi” Xeyriyyə Cəmiyyətinin sədri Yəhya Babanlı Rəhim Rəhimovun həyatı və elmi fəaliyyəti haqqında çıxış edib. Natiq, mərhum akademikin Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasındakı rolundan, professorun dəst-xətti və imzasından danışıb. Daha sonra tədbir iştirakçılarına görkəmli Akademikin həyat yolundan bəhs edən “Bir Bütöv İnsan Portreti” adlı qısa film təqdim edilib.

Daha sonra tədbir iştirakçıları Rəhim Rəhimovun adının doğulduğu Ordubad rayonunda əbədiləşdirilməsi üçün təkliflər irəli sürüblər. Aşağıdakı 3 təklif dəyirmi masa iştirakçıları tərəfindən bəyənilərək, müvafiq işlərin aparılması və Tusi Xeyriyyə Cəmiyyəti tərəfindən lazımi orqanlara müraciətlər edilməsi qərara alınıb:

1. Ordubad şəhərində Akademik Rəhim Rəhimovun ev muzeyinin yaradılması.

2. Ordubad şəhərində Akademik Rəhim Rəhimov adına küçənin verilməsi

3. Ordubad Şəhər Xəstəxanasına Akademik Rəhim Rəhimovun adının verilməsi.

Tədbirin sonunda Rəhim Rəhimovun övladları, tanınmış həkimlər Nurməmməd və Çingiz Rəhimovlar da çıxış edərək öz xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirak edən hər bir kəsə təşəkkürlərini çatdırıblar.

Sonda bir daha qeyd edilib ki, Rəhim Rəhimovun öz təmiz vicdanı, gözəl əməlləri, zəhməti və xeyirxahlığı ilə yaratdığı müfəssəl və mükəmməl “Bir Bütöv İnsan Portreti” əbədi yaşayacaq.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar