Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?

Yeni Azərbaycan Partiyasının (YAP) bu gün vəzifəsindən istefa veerən icra katibinin müavini, deputat Siyavuş Novruzovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakla bağlı son açıqlaması bomba effekti verib. 

PİA.az xatırladır ki, bu məsələ barəsində ilk açıqlamasında “İştirak etmişəm düz etmişəm”, növbəti açıqlamasında “O toya getməsəydim gərək şərəfsizlik paltarını geyinərdim. Mən kişiyəm” deyən Siyavuş Novruzov üçüncü açıqlamasında Ramiz Mehdiyev tərəfindən aldadıldığını bildirib. 

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram. 

Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar", - deyə YAP-çı deputat bəyan edib. 

Hələ ki, Siyavuş Novruzovun bu iddialarına qarşı tərəfdən cavab gəlməyib. Ramiz Mehdiyev susduqca YAP-çı deputatın akademikə böhtan atmadığı qənaəti güclənir. 

Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsini daşımaqla yanaşı Təhlükəsizlik Şurasının üzvüdür. Bu təsisat Prezidentin yanında məşvərətçi orqandır. Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. 

1997-ci ildə yaradılan Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Ramiz Mehdiyev 22 il Prezident Admnistrasiyasının (PA) rəhbəri kimi Təhlükəsizlik Şurasının üzvü olub. O, 2019-cu ildə PA rəhbəri vəzifəsindən azad edilsə də, qurumun üzvlüyündə saxlanıldı. Hələ o zaman Ramiz Mehdiyevin hansı statusda Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsi müzakirə mövzusu olmuşdu. Lakin buna hər hansı rəsmi izahat verilməmişdi.

“Toy qalmaqalı” və Siyavuş Novruzovun son açıqlamasından sonra siyasi ekspertlər hesab edir ki, Ramiz Mehdiyev ilk növbədə Təhlükəsizlik Şurasının tərkibindən çıxarıla bilər. Hər halda ortada Prezidentin adından yalan danışmaq ittihamı var. Əgər bu ittiham sübuta yetirilsə, o zaman Ramiz Mehdiyevin Prezidentin yanında məşvərətçi orqanda təmsilçiliyi məqsədəuyğun hesab edilməyə bilər. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar