Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Məmmədovun müsadirə olunan 22 milyonluq mülkiyyətinin şəriki Ramiz Mehdiyev imiş

Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədova cəza istəyib. Dövlət ittihamçısı iş adamının özəl mülkiyyətlərinin də müsadirə olunmasını tələb edib.

Araşdırma zamanı isə bəlli olub ki, müsadirəsi tələb olunanlar arasında ölkənin məşhur təhsil ocaqlarından biri olan Bakı Oksford Məktəbi də var.

Qeyd edək ki, Məmmədovun həbsindən sonra onun özü və yaxınlarının bir sıra əmlaklarının, o cümlədən Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub.

Bu məktəbin həmtəsisçisi işadamının həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə məktəbin üzərinə həbs qoyularkən istintaq orqanı bu məktəbi 22 milyon 487 min manat qiymətləndirib.

Elçin Sadıqov saytımıza açıqlamasında deyib ki, iş adamı özü bu barədə danışıb: “Hakim bu barədə sənədləri elan edəndə Rasim Məmmədov deyib ki, onlar məktəbin yeganə sahibi deyil. Məktəbin 50 faizi başqasınındır”.

Əməkdaşımızın araşdırması zamanı isə Bakı Oksford Məktəbinin əsas şəriklərindən birinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaxınları olduğu bəlli olub. (Gununsesi.info)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar