Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Məmmədov: "185 milyon böyük puldur, insana çəkisinə uyğun ittiham verərlər"

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib...

PİA.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxsin vəkilləri müdafiə çıxışı üçün hazır olmadıqlarını deyiblər. Vəkillər bir sıra vəsatətlərlə çıxış ediblər.

Vəkillər- Pərviz Məmmədov və Zibeydə Sadıqova məhkəmə istintaqının yenilənməsini, iş materiallarında olan iki flaşkarta, Rasim Məmmədovun qeyd dəftərçəsinə və gömrük sənədlərinə baxış keçirilməsini istəyiblər.
Prokuror Orxan Səmədov müdafiə tərəfinin dediklərinin məhkəmə üçün yeni bir məlumat olmadığını vurğulayaraq vəsatətlərin rədd olunmalı olduğunu bildirib.
Məhkəmə vəkillərin qaldırdığı vəsatətləri təmin etməyib.

Bundan sonra Rasim Məmmədov məhkəmədən söz istəyib. Keçmiş şirkət rəhbəri verilmiş ittihamlarla əlaqəsi olmadığını, nə vaxtsa günahsız olduğunu sübut edəcəyini deyib: "Prokuror deyir ki, guya 185 milyon pul götürmüşəm. 185 milyon böyük məbləğdir, qazanılası pul deyil axı. Bir insana onun çəkisinə uyğun ittiham verərlər də... Adamı bu vəziyyətə gətirmək olmaz. Tutulandan bir müddət sonra həm özümün, həm atamın evini satıb zavodun 22 milyon manat borcunu ödəmişəm. Mən başqa neynəməliyəm, hər şeyimi vermişəm, özüm də gedib 15 il yatmalıyam?"

Məhkəmə müdafiə çıxışına hazırlaşmaq üçün vəkillərə dekabrın 5-ə kimi vaxt verib.

Xatırladaq ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar