Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayev: “Elə bilirdim, gənclərin vətənpərvərlik hissləri ölüb...”

“Vətənpərvər gənclərimiz yürüşə çıxanlar qədər deyil, onların sayı həddən artıq çoxdur”

İyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə Bakıda geniş şəkildə yürüş keçirildi. Bu yürüşə tanınmışlar da qoşuldu. Mətbuatda, sosial mediada insanların həmrəylik nümayiş etdirməsi çox yüksək dəyərləndirildi. Lakin çox təəssüflər olsun ki, yürüşün sonu bir qism insanların təxribatı ilə yekunlaşdı.

Yürüşə qoşulanlar arasında tanınmış sənətçilər də olub. Onlardan biri də müğənni Xatirə İslamdır. Müğənni “İnstagram” profilində gecədən video paylaşaraq qeyd edib: “Şəhildərin xatirəsinə olan bu birlik yürüşü çox qürurverici oldu. Evdə qala bilməzdim. Hələ lazım olsa, müharibəyə yararlıyam, ən azından yemək bişirməyə”.

Lakin bir qədər sonra müğənni bir qisim yürüş iştirakçısının Milli Məclisə daxil olmasına, qeyri-qanuni hərəkətlərinə münasibət bildirib. Müğənni qeyd edib ki, bu cür davranışlar bekarçılıqdan, pulsuzluqdan irəli gəlir: “Özünü doğramaq, Milli Məclisi sındırıb-dağıtmaq, bunlar, sizcə, sıxılmaqdan, bekarçılıqdan, çətinlikdən, işsizlikdən, pulsuzluqdan deyilmi?!”

Müğənni Səidə Sultan da yürüşə qatılanlar arasında olub. Müğənni şəhidlərin ruhuna edilən yürüşü başqa tərəfə yönləndirmək istəyənləri sərt şəkildə tənqid edib: “Bəziləri iki gün öncə şəhidlərin ruhuna edilən yürüşün adını dəyişib, başqa ad verməyə çalışdı. O yürüşdə biz də oradaydıq. Dövlət də bu yürüşə hörmətlə yanaşmışdı. Bəziləri yürüşü başqa tərəfə yönləndirmək istədi. Amma əsla belə deyil. Hamı, sadəcə, haqqını deyirdi”.

Yürüşə getməyən, lakin sosial şəbəkələrdə öz mövqelərini bildirən sənətçilər də oldu. Məsələn, xalq artisti Brilliant Dadaşova yürüşdən video paylaşaraq, qeyd edib: “Nicatımız birlikdədir, bizə birlik gərəkdir, Azərbaycan torpağına səfərbərlik gərəkdir. Xalqın arasında vətəndaş qarşıdurması yaratmaq istəyənlərin arzusu hər zaman ürəyində qalacaq. Biz bu gün yenə də birlik nümayiş etdirdik”.

Əməkdar artist Mətanət İskəndərli də sosial şəbəkədə video paylaşaraq, yürüşə çıxan insanların bu addımını yüksək qiymətlədirdiyini deyib: “Bizim millətimiz yatmış şirdir, bax o şir bu gün nərə çəkir. Belə millətlə nəinki Qarabağı, bütün dünyanı almaq olar. Mən də anayam, şəhid analarının dərdini yaxşı bilirəm. Allah onlara səbr versin. İnanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu cür ayağa qalxan millətin qabağında heç nə dayana bilməyəcək. Mən fəxr edirəm ki, bu cür millətin qızıyam. Biz qorxaq deyilik, sadəcə, düşmənimiz arxalı köpəkdir. Bizim arxamız Allahdır”.

Məsələ ilə bağlı xalq artisti Rasim Balayevin də rəyini öyrənməyə çalışdıq. “Yeni Müsavat”a danışan aktyor hadisələri izlədiyini dedi: “Çox şükür ki, insanlarda vətənə, Qarabağa məhəbətt hissi güclüdür və bu çox gözəldir. Amma bunun da bir yönü var. Gedib hansısa dövlət binasına girib oranı dağıtmaqla, özbaşına hərəkət etməklə heç nəyə nail olmaq mümkün deyil. Doğrudur, insanların hamısı eyni deyil, onların arasında gerizəkalılar da var. Hətta eşitmişəm ki, həmin yürüşdə bir nəfər özünü doğramaq istəyirmiş. Əgər belə bir gücə maliksənsə, get onu müharibəyə sərf elə, ya öldür, ya öl. Yəni məsələyə bu fikirlə yanaşmaq lazımdır”.

Rasim Balayev yaşanan xaosdan təəssüfləndiyini bildirdi: “Bu xaosun olması mənə çox pis təsir edir. Birincisi xəstəlik baş alıb gedir. İnsanlara həmişə deyirlər ki, məsafə saxlayın, maska taxın. Amma buna riayət edən olmadı. İkincisi də özündə güc hiss edən, döyüşməyə getmək istəyən gənc, vətənpərvər övladlarımız getsinlər yazılsınlar, əmr veriləndə döyüşə getsinlər. Mənim elə yaşımdır ki, xəstəyəm, sağlamlıq problemlərim var. Əgər belə olmasaydı, mən də onlara qoşulardım”.

Rasim Balayev gənclərdəki vətənpərvərlik hisslərini yüksək dəyərləndirdiyini dedi: “Mən çox sevindim ki, indiki şəraitdə gənclərimiz bu cür vətənpərvərlik nümayiş etdirirlər. Hətta mən elə bilirdim ki, gənclərimiz ruhən ölüb, ruhdan düşüblər, bütün günü ucuz, mənasız mahnılar, verilişlər, sosial şəbəkələrilə günlərini keçirir, başlarını qatırlar. Amma gördük ki, gənclərimizdə hələ də vətənə, torpağa bağlılıq var. Bir sözlə, çox gözəl gəncliyimiz var. Düşünürəm ki, vətənpərvər gənclərimiz yürüşə çıxanlar qədər deyil, onların sayı həddən artıq çoxdur. 30 ildə əgər insanlarda ruh düşkünlüyü olmayıbsa, torpaqlarını itirməyə barışmayıblarsa, bu böyük bir cəhətdir. Yayılan videolardan gördüm ki, insanlar artıq dözmədiklərini deyirlər. Bəli, 30 ildir ki, insanlar torpaqlarının itirilməsinə dözə bilmirlər.

Bəlkə də dövlət rəsmiləri bunu açıq-aşkar şəkildə deyə bilmir. Amma bütün bunları idarə edən, aranı qızışdıran qüvvələr, dövlətlər var. Əlbəttə ki, ermənlər “dobro” almasa, bizə bir dənə də top atmaz. Millətləri düşmən edib, bundan bəhrələnənlər var. Əgər siyasi qüvvələr qarşımızı kəsməsələr və bizə imkan verilsə, 2 günə Qarabağı geri ala bilərik. Bəzən hansısa millətlər bizi qınayır ki, “o ermənilər nədir ki, onların əlində qalmısız”. Mən də cavabında deyirəm ki, “sizin görüm erməni kimi qonşunuz olsun”. Onların alimləri yalanlar uydurub, onları bədbəxt edib, deyiblər ki,  guya nə vaxtsa Ermənistan dövləti olub. Halbuki zamanında İrəvan bizim olub. Çox az sayda erməni qapılarda nökər işləyib. Lakin sonra gəlib İrəvana yiyələnib, üzərində dövlət yaradıblar. Allaha and olsun, ermənilər Rusiyadan qorxur, yoxsa onların da torpağına göz dikər. Onların heç vaxt yeri-yurdu olmayıb. Həmişə hansısa xalqların tərkibində yaşayıblar. Məsələn, Soçiyə gedirsən, görürsən ki, hamısı Ermənistandan qaçıb gəlmiş ermənilərdir. Ümumiyyətlə, ermənilərin çoxu Ermənistanda yaşamaq istəmir. Kənardan, o cümlədən Amerikadan, Fransadan külli miqdarda pullar göndərirlər, amma gedib Ermənistanda yaşamırlar. Hazırda da Qarabağda pis vəziyyətdə yaşayan, bilet alıb, başqa yerə gedə bilməyən ermənilər qalıb. Yəni lap əvvəldən qaraçı kimi köçəri vəziyyətdə yaşayıblar. Onlar iblisvari bir xilqətdir ki, zamanında gətirib salıblar bizim qonşuluğumuza. Görün necə mundar, sırtıq milətdir ki, indi də deyirlər ki, Adəmlə Eva guya erməni olub".

Xalq artisti artıq ermənilərlə sülhlə deyil, müharibə ilə danışmağın vaxtının gəlib çatdığını deyib: “Artıq 30 ildir ki, gözləyirik. Bu 30 il onu göstərdi ki, danışıqlarla heç nə əldə etmək olmur. Prezident də artıq elan etdi ki, danışıqlar daha kəsilməlidir. Danışıqla mümkün deyil. Donuzu şumluqdan ancaq vurub çıxartmaq olur, eləcə də erməniləri.

Mənim də çağırışım odur ki, ay millət, bir qədər şüurlu hərəkət edək. Zamanında da şüursuzluq, pərakəndəlik, müəyyən adamların səhvi nəticəsində torpaqlarımızı verdik. Əgər əvvəldən toparlansaydıq, bəlkə də belə olmazdı.

Xatırlayıram ki, 1987-ci il dekbarın 31-də gündüz saatlarında dostlarımızla birgə yığışıb, Yeni ili qeyd edirdik. Onda bir “KQB” işçisi olan dostumuz dedi ki, “qarşıda dəhşətli proseslər gözlənilir”. Dedim ki, “bəs siz niyə dayanmısız?” Cavabında dedi ki, “bu iş Moskvanın işidir, prosesi hazırlayırlar”. Deməyim odur ki, biz zamanında buna hazırlanmadıq.

1989-cu ildə Şuşada seçki var idi, mən də ora getmişdim. Onda şuşalılar dedi ki, “Rasim müəllim, Allaha and olsun ki, erməniləri lapatka ilə qovarıq, onlar bizi görəndə həmişə qorxurlar”. Amma sonra satqınlıq, pərakəndəlik, məsuliyyətsizlik işi bu nəticəyə çıxartdı. Biz o qədər də əhəmiyyət vermirdik ki, ermənilər kimdirlər, onlar bizə heç nə edə bilməzlər və sairə. Amma sən demə, yavaş-yavaş işlərini görürlərmiş. Dediyim odur ki, bizim gücümüz də, topumuz, tüfəngimiz də var. İqtisadiyyatımız da onlardan yüz dəfələrlə yaxşıdır. Sadəcə, ağılla, siyasətlə hərəkət etmək lazımdır".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar