Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev AMEA işçilərinə binadan çıxmaq qadağası qoyub?

“Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında əməkdaşların hər gün saat 10:00-dan 18:00-dək məcburi qaydada işdə oturmaları barədə göstəriş verib”.

Bunu Yeniavaz.com-a adının açıqlanmasını istəməyən AMEA əməkdaşı deyib. O bildirib ki, buna görə də akademiyanın əməkdaşları həm elmi araşdırmalardan, həm də təhsil müəssisələrində saat hesabı tədris keçərək əldə etdikləri qazancdan məhrum olublar:

“Göstərişə əsasında akademiya binasının giriş və çıxışındakı mühafizə polislərinə saat 18:00-dək heç kimi binadan bayıra buraxmamaq tapşırılıb. Bu qərarla Ramiz Mehdiyev Nazirlər Kabinetinin pandemiya dövründə iş rejimiminə dair müvafiq qərarına zidd hərəkət edir. Bundan əlavə, nəzərə alsaq ki, akademiyada otaq çatışmazlığı var, kiçik otaqlarda ən azı 6-7 nəfər əməkdaş işləyir, bu, yoluxma riskini artırır.

Əlavə olaraq qeyd edək ki, akademiya elmi-tədqiqat müəssisəsidir və kitabxanalar, arxivlər əsasən AMEA-nın binasından kənarda yerləşir. Alimlərə çalışdıqları binadan çıxmaqla bağlı qadağa qoymaq onların faydalı iş əmsalının sıfıra endirilməsi deməkdir. Kitabxanada işləməyən, arxivlərdə tədqiqat aparmayan alim elmə necə töhfə verə bilər, bu şəraitdə necə elmi nəticə əldə edə bilər? Bu, R. Mehdiyevin Azərbaycan elminə növbəti zərbəsi deyilmi? Sözügedən qərar həm də akademiya əməkdaşlarında hakimiyyətə qarşı sosial narazılıq yaradır. Təsəvvür edin ki, AMEA-da çalışan alimlərin orta aylıq əmək haqqısı 450-550 AZN civarındadır. Bu maaşla dolana bilməyən alimlər ali təhsil müəssisələrində, kolleclərdə, hətta orta məktəblərdə saat hesabı dərs demək məcburiyyətindədirlər. Ramiz Mehdiyevin qeyd etdiyimiz qadağası onları bu az qazancdan da məhrum edir”.

İddialarla bağlı AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar