Çərşənbə axşamı, 26 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ramin Bayramlının istefasının səbəbi açıqlandı  

Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Bununla bağlı o, özünün Tvitter hesabında yazıb.

Paylaşımda deyilir: “Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm”.

Ramin Bayramlının istefası bu günlərdə ölkənin əsas müzakirə obyektinə çevirilib. Maraqlıdır, istefanın gerçək səbəbi nədir? Yeni təyin olunacaq sədr necə fəaliyyət göstərməlidir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında Ramin Bayramlının vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün istefa verdiyini bildirib. Onun fikrincə, yeni təyin olunacaq şəxs vəzifəsinin ciddiliyini dərk etməlidir: “Ramin Bayramlının istefa ərizəsi yazması o deməkdir ki, bu işdə öz fəaliyyətindən razı deyil. Çünki TƏBİB-in rəhbəri olmaq çox böyük məsuliyyət və ehtimaddır. Bu vəzifə ona ölkə rəhbərliyi tərəfindən verilmişdi, amma o bu vəzifəni layiqincə yerinə yetirə bilmədiyi və etimadı doğrulda bilmədiyi üçün istefa verdi. İstefanı mən normal qarşılayıram və bu siyasi mədəniyyətdir. Vəzifəyə gələn yeni şəxs də üzərinə götürdüyü işin məsuliyyətini və ciddiliyini dərk etməlidir. Bu, ölkənin səhiyyə siyasətinin həyata keçirilməsində rolu böyük olan vəzifədir. Bu gün səhiyyə siyasətini ölkəmizdə Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi həyata keçirir. Təbii ki, bu vəzifəyə gələn şəxs peşəkar olmalı, eyni zamanda ciddiyyəti dərk etməlidir. Bugünkü pandemiya vəziyyətində vəzifəyə yeni gələn şəxs bunların hamısını gözə almalıdır. Xalqın sağlamlığının keşiyində durmağı özünə şərəf bilməlidir”.

Qeyd edək ki, Ramin Bayramlının istefa ərizəsi artıq təsdiqlənib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı - Yenilənib

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

"Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım..." - Məhkəmə

“Bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gedib-gələcəyik” - Erməni deputat

İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” adı təklifinə reaksiya

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Manatın devalvasiyaya uğraması riski hansı səviyyədədir?

“Əli Əkbər Vilayətidən soruşdum: niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik...”

Şeyxin deputat qardaşı sürücüsünü cəzalandırdı: “Facebook”a görə - Foto

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay