Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Bayramlının istefa mədəniyyəti... - TƏBİB sədri villasının badına getdi?..

Ramin Bayramlının istefasınnın səbəbi Badamdarda tikdirdiyi villasının ortaya çıxmasımı oldu və korrupsiya ittihamlarına görə bundan sonra da məmur istefaları davam edə bilərmi?..

Sabiq dövlət müşaviri: “Ramin Bayramlının öz ərizəsi ilə istefaya getməsi Azərbaycanda istefa mədəniyyətinin formalaşmasının ilk variantıdır”.

“Ümumiyyətlə hesab edirəm ki, koronavirusla mübarizədə TƏBİB-in yaradılması o qədər də uğurlu layihə deyil”.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli TƏBİB-in rəhbərinin istefa verməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı o, özünün Tvitter hesabında yazıb.

Dünən isə TƏBİB-in sədri Ramin Bayramlının istefası təsdiqləndi. Demək olar ki, bu son 20 ildə ilk yüksək çinli məmurun istefası oldu. Qeyd edək ki, bəlkə də Ramin Bayramlı vəzifədən azad edilməzdən öncə istefa ərizəsi yazdığını sosial şəbəkə hesabında cəmiyyətə duyuran kadr və ya nadir kadrlardan biri kimi yadda qalacaq.

Ramin Bayramlının istefasınnın səbəbi Badamdarda tikdirdiyi villasının ortaya çıxmasımı oldu və korrupsiya ittihamlarına görə bundan sonra da məmur istefaları davam edə bilərmi? Ümumilikdə götürdükdə, Ramin Bayramlının istefasının Azərbaycan cəmiyyətinə təsirləri olacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Ramin Bayramlı öz işini günün tələblərinə uyğun qura bilmədi. Məncə problem və istefanın səbəbi də bundadaır”.

Əgər Səhiyyə Nazirliyinin parçalanması bundan sonra da davam edəcəksə, Ramin Bayramlının yerinə gələn şəxsin də tibbi sığortanı, tibbi xidməti lazımı səviyyədə apara bilməyəcəyini düşünən Qabil Hüseynli PİA.az-a bildirib ki, bu hal idarəetmənin və idarəetmə strukturlarının formalaşmasında özünü doğrultmayan bir üsuldan istifadə edilməsi kimi də dəyərləndirilə bilər:

Azərbaycanda ilk dəfədir ki, istefa mədəniyyətinin tələb etdiyi şəkildə bir məmur istefa verir. Düşünürəm ki, Ramin Bayramlı o vəzifədə özünü doğruda bilmədi. O vəzifəsini icra edərkən müəyyən korrupsiya hallarına yol verdi. Koronavirusa epidemiyası məsələsində açar rolunu oynayan bir qurumun rəhbəri Yeni Klinikada baş verən neqativ halların qarşısını vaxtında almadı. Üstəlik başqa tibb müəssisələrində də buna bənzər neqativ halların olması özünü göstərdi.

Ümumiyyətlə hesab edirəm ki, koronavirusla mübarizədə TƏBİB-in yaradılması o qədər də uğurlu layihə deyil. Əgər Səhiyyə Nazirliyinin parçalanması bundan sonra da davam edəcəksə, Ramin Bayramlının yerinə gələn şəxs də tibbi sığortanı, tibbi xidməti lazımı səviyyədə apara bilməyəcək. Bu hal idarəetmənin və idarəetmə strukturlarının formalaşmasında özünü doğrultmayan bir üsuldan istifadə edilməsi kimi də dəyərləndirilə bilər.

Ramin Bayramlı böyük qurumun rəhbəri idi və deyilənə görə TƏBİB-ə sədr gəlməmişdən əvvəl onun biznes sahəsi olub. Yəni Ramin Bayramlı öz halal qazancı hesabına da Badamdarda villa tikdirə bilərdi. Amma Ramin Bayramlı öz işini günün tələblərinə uyğun qura bilmədi. Məncə problem və istefanın səbəbi də bundadaır.

Onu da qeyd edim ki, Ramin Bayramlının öz ərizəsi ilə istefaya getməsi Azərbaycanda istefa mədəniyyətinin formalaşmasının ilk variantıdır. Amma bundan sonra məmurların bu şəkildə istefaya gedəcəyini deməkdə çətinlik çəkirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar