Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ramanıda axan qardaş qanı: yoxsulluq, səfalət, işsizlik və narkotik...

...Tale uşaqlıqdan bu qardaşların üzünə gülməyib. Ataları onları atıb Rusiyaya köçəndə lap körpə olublar. Normal təhsil almağa belə imkanları çatmayıb. Yalnız ibtidai təhsillə kifayətləniblər. Analarının himayəsi altında böyüyüb boya başa çatıblar. Övladlarını saxlamaqdan ötrü min cür zəhmətə qatlaşan, gecə-gündüz təndirxanada çörək bişirməklə onları saxlayan ananın isə təəssüf ki, sona kimi balalarını qorumağa gücü yetməyib. Hər iki qardaş oğurluq etdiklərinə görə 17-18 yaşlarında həbsxanaya düşüblər. Cəzalarını çəkib qurtardıqdan sonra analarının yanına qayıdıblar. Çətin günlərin arxada qaldığını zənn edən zavallı qadının isə ağlına belə gəlməyib ki, əziyyətlə böyütdüyü oğlanlarından biri digərinin qatilinə çevriləcək...

Virtualaz.org-un xəbərinə görə, bu faciə ötən il Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Doğma qardaşı Səfa Eynullayevlə dava edən Elmin ona bıçaqla çoxsaylı zərbələr endirib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 26 yaşlı Elmin Eynullayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə istintaqı bu günlərdə başa çatıb.

Qardaş qatili Elmin Eynullayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində dördüncü sinfi bitirdikdən sonra anası və qardaşı ilə birgə Masallı rayonundan Bakıya köçdüklərini, fəhlə kimi müxtəlif yerlərdə işlədiklərini göstərib: “Koronavirusla bağlı karantin rejimi tətbiq ediləndə hər ikimiz də işsiz qaldıq. Anam bizimlə eyni evdə yaşayırdı. Çörəkbişirmə sexində işləyirdi. Atam isə rayonda tək yaşayır. Onunla heç bir əlaqəmiz yoxdur”.

Elminin ifadəsinə görə, son bir il ərzində qardaşı Səfanın narkotik maddə qəbul etdiyini bilib. Bu səbəbdən iki qardaş arasında dəfələrlə mübahisə düşüb. Elmin qardaşını bu yoldan çəkindirməyə çalışsa da, Səfa onun sözlərinə əhəmiyyət verməyib. Onlarla eyni həyətdə yaşayan dayısı Orxan da bacısı oğluna narkotikin daşını atmasını tövsiyyə edib, “mənim ailəmdə üç uşaq böyüyür, Səfa axşamacan əlində iynə ilə ortalıqda gəzir” deyərək onu evdən qovub.

“Lakin dayım hər dəfə yenə də onu bağışlayır, evə gəlməsinə icazə verirdi. Səfa narkotikin təsirindən çox zaman özündə olmurdu. Məni əsəbləşdirən sözlər deyirdi. Tez əsəbləşən adam olduğumdan mən də onunla mübahisə edirdim. Axırıncı dəfə dayım Səfanın əlində iynə tutduğuna görə onu birdəfəlik evdən qovdu. Bir daha evə gəlməməsini tələb etdi. Bu hadisədə qardaşım məni günahlandırırdı”,-Elmin deyir.

Qətl hadisəsindın bir ay əvvəl iki qardaş arasında növbəti dəfə mübahisə düşüb. Narkotik vasitənin təsiri altında olan Səfanın dediyi sözlər Elmini özündən çıxarıb. Elmin əlində tutduğu stəkanı qardaşına sarı tolazlayıb: “Səfa ciddi xəsarət almadı. Polisə də şikayət etmədi. Ümumiyyətlə, anam gecə növbəsində olan vaxtlar Səfa məni daha çox əsəbləşdirirdi, tez-tez mübahisəmiz düşürdü”.

Elminin ifadəsinə görə, hadisədən bir gün öncə Zabrat qəsəbəsində yolun kənarından tapdığı qatlama bıçağı cibinə qoyub. Gecə saat təxminən 03:00 radələrində dükana siqaret almağa gedərkən evin yaxınlığındakı boş ərazidə Səfanı görüb. Səfa “sən qardaşlıq nədir bilmirsən” deyərək əlindəki taxta parçasıyla ona hücum çəkib, ayağından vurub. Elminin cibindən bıçaq çıxardığını görən Səfa tez qaçaraq oradan uzaqlaşıb.

“Səhərə kimi əsəbimdən yata bilmədim. Telefondan filmlərə baxdım. Səhər tezdən Səfanın evin qapısını açıb içəri girdiyini gördüm. Səfa otağa keçib paltarlarını dəyişdi. Ona yaxınlaşıb gecə niyə ayağımdan taxta ilə vurduğunu soruşdum. Səfa da əsəbləşdi, aramızda mübahisə düşdü. Həyətdə səs-küy eşidilməsin deyə evdən bir qədər aralıdakı boş əraziyə gəldik. Qonşumuz Tural da yanımızda idi, bizi sakitləşdirməyə çalışırdı”,-o deyir.

Kimsəsiz, boş ərazidə bir-birinin qanına susayan qardaşları qonşu oğlan da sakitləşdirə bilməyib. Səfa “sən mənə qarşı çox səhvlər eləyirsən, mən yox. Sən mənə qarşı qardaşlıq etməmisən, məni evdən qovdurmusan”, - deyərək əlindəki ağac parçasıyla qardaşına bir neçə zərbə vurub. Əsəbləri tarıma çəkilən Elmin isə cibindəki bıçağı çıxarıb, Səfaya zərbələr endirib: “İstəyirdim ki, Səfanı öldürüm, canımı qurtarım. Bir neçə zərbə vurdum, Səfa yerə yıxıldı. Sonra Turalla birgə yola çıxıb taksi saxladıq. Xəstəxanaya aparanda həkimlər Səfanın öldüyünü dedilər”.

Zərərçəkmiş statusunda danışan ana Rəfayə Eynullayeva isə oğlanları ilə birgə 2007-ci ildən Bakıya köçdüklərini, müxtəlif təndirxanalarda işləməklə dolandığını bildirib. Deyib ki, 23 yaşlı oğlu tüfeyli həyat tərzi sürən adamlara qoşulub. Övladının narkotikə qurşandığını öyrənəndə isə artıq gec olub: “Evdən mobil telefonlarımızı aparıb satmışdı. Hər gün 3-5 manat götürüb iynəyə verirdi. Elmin dəfələrlə deyirdi ki, anamız yazıqdır, əzabla işləyir, bizə baxır, sən də aparıb iynəyə verirsən, bu yolun sonu yoxdur, narkotikin daşını at, aparaq səni müalicə etdirək. Onun bu sözləri Səfaya təsir etmişdi. Hadisədən bir gün əvvəl iki qardaş arasında mübahisə düşəndə Elmin Səfadan haralarda gecələdiyini, niyə evə gəlmədiyini sorudu. Dedim ki, bala, onunla işin olmasın, qoy hara gedir getsin. Həmin gün Səfa evdən çıxıb getdi. Mən də gecə növbəsinə işə getdim.Hadisədən səhər saat 10:00-da evə gələndə hadisədən xəbər tutdum”.

Mərhumun dayısı Orxan Eynullayev ifadəsində Səfanın əvvəl normal uşaq olduğunu, sonradan avara uşaqlara qoşulduğunu, son iki ildə isə narkotik maddələr qəbul etdiyini deyib: “Eyni həyətdə, ayrı-ayrı evlərdə yaşayırıq. Mən də, anası da, qardaşı da dəfələrlə Səfanı danlayırdıq. Lakin yenə də öz bildiyini edirdi. Hadisədən bir gün əvvəl işdən evə gələndə gördüm ki, özündə deyil, iynə vurub, həyətdə asfaltın üstündə oturub sanki xəyalında maşın sürürmüş kimi hərəkətlər edirdi. Əsəbləşib bacıma dedim ki oğlun özünə gələndə de çıxıb getsin bu həyətdən, mən burada uşaq böyüdürəm. Ertəsi gün eşitdik ki, səhər tezdən evə gəlib, qardaşı ilə mübahisə edib, yaşadığımız evdən aralıdakı təpənin üstündə Elmin Səfanı bıçaqla vurub. Elminin üzərində əvvəllər bıçaq görməmişəm, amma Səfa üstündə həmişə bıçaq gəzdirirdi”.

Məhkəmənin hökmü ilə Elmin Eynullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bəxtiyar Hacıyevdən Sahil Babayevə korrupsiya ittihamı... - Foto

İran təyyarəsi ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına eniş edib - Yenilənib

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Yeravanın “təklif paketləri”... - Moskvanın Bakıya yönləndirdiyi qeyri-konstruktiv təkliflər nəyə xidmət edir?

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

Eynşteyn: Kitabdan tapa biləcəyinizi heç vaxt yadda saxlamayın

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

Bakıda dəhşət - Uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü

Polad Aslanovun vəziyyəti pisləşib - Həyat yoldaşı

Ən çox oxunanalar