Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qurban Qurbanov: "Maraqlı rəqibə qarşı oynayacağıq"

"Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır".

PİA.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, sabahkı görüş barədə daha çox düşünmək lazımdır: "Futbolçular isə daha peşəkar davranmalıdırlar. Hər oyunçu ilə ayrılıqda danışıb, rəqib barədə məlumat vermişik. Ümid edirəm ki, onlar oyuna hazırdır".

Yeni transferlərdən də danışan Qurbanov Riçard Almeydanın daha hazır olduğunu söyləyib: "O, Qasparla müqayisədə daha yaxşı vəziyyətdədir. İkincinin hazır olmaq üçün daha bir həftə vaxtı var. Məşqçilər və həkimlərlə məsləhətləşirik. Hər şey yaxşı olsa, bir neçə dəqiqə oynayacaq".

Qeyd edək ki, AEL - "Qarabağ" görüşü avqustun 5-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

“Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm” – Aktyor cütlüklə 

Səddam Hüseynin qəddar oğlu - Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin şok əməlləri

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"Göbəklitəpədə 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb" - Fotolar

Klintonla Yeltsin Kremlin tualetində araq içib sərxoş olublar...

Ən çox oxunanalar