Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "İspaniya millisinin mundialla vidalaşması şok olmadı"

"İspaniya yığmasının mundialdan kənarda qalması şok olmadı. Futbol sürprizlərlə doludur"...

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniya millisinin Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə uduzaraq mübarizəni dayandırması barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar ispan futbolu deyəndə ağıla ancaq ötürmələr gəlir: "Hər bir fəlsəfəni həyata keçirə bilmək üçün bacarıqlı oyunçular olmalıdır. Bu gün İspaniya yığmasında 1-2 nəfəri çıxmaqla qalanları gənclərdir. Bu, Avropa və dünya çempionu olmuş komandadır. Sadəcə, həmin vaxt oyunçuları, oyun üslubları başqa idi. Bir komanda yaxşı ötürmə edə bilmirsə, heç bir vəzifəni yerinə yetirə bilməz. Hər bir oyunçu, hətta müdafiə olunan komanda belə, topla oynamağı bacarmırsa, istədiyi nəticəni əldə edə bilməyəcək".

Onun sözlərinə görə, hətta "Qarabağ" haqqında da eyni fikirləri səsləndiriblər: "Deyiblər ki, komanda bu futboldan əl çəkməlidir. Son oyunlarımıza baxsanız, görərsiniz ki, az ötürmə və sürətli həmlələrlə qollar vurmuşuq. Futbolun dili ötürmədir. Sadəcə, elə oyunçuların olmalıdır ki, istədiyini həyata keçirə biləsən. İspaniya oyununu sırf ötürmə üzərində qurmayıb. Klubların oyun üslubları bir-birindən fərqlidir. Amma bir uğursuzluğa görə bütün sistemi dəyişmək böyük uğursuzluğa səbəb ola bilər".

Təcrübəli baş məşqçisi ötürməsiz futbolun maraqlı olmadığını söyləyib: "İnsan var yalnız qoldan, insan da var ki, yaxşı ötürmələrdən həzz alır. Bütün dünya futbolu son 10-15 ildə İspaniya üslubunda oynayır. Onlardan çox şey götürüblər. Sadəcə, məşqçilər əllərindəki oyunçulara görə nələrisə əlavə edib. İnkişaf edən ölkələr məhz İspaniya futbolunun sistemini götürüblər. Mərakeşlə görüşdə 120-ci dəqiqədə vurulan top dirəkdən dönməsəydi, indi uğurlu çıxışdan danışardıq. Məncə, əksinə, bu sistemi daha da təkmilləşdirəcəklər. Çünki oyunçularının çoxu cavandır. Fikrimcə, İspaniya futbolu daha yaxşı vəziyyətdə olacaq".

pia.az


Etiket: Qurban Qurbanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar