Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quraqlıq 3400 yaşlı qədim şəhəri üzə çıxardı - Foto

Son aylarda quraqlıqdan əziyyət çəkən İraqda Mosul su anbarının dayazlaşması qədim şəhəri üzə çıxarıb.

Kemune adlandırılan arxeoloji sahənin 3400 yaşı olduğu düşünülür. Xarabalıq tunc dövrünə aid saray və bir neçə digər böyük tikililərdən ibarətdir.

Alimlər hesab edirlər ki, xarabalıqlar eramızdan əvvəl 1550-1350-ci illərdə Dəclə çayının sahilində çiçəklənən Mittani imperiyasının mərkəzi olan qədim Zəkiku şəhəri ola bilər.

Tədqiqatçılar saraydan başqa bir neçə maraqlı tikili də aşkar ediblər. Bunlara divarı və qüllələri olan böyük istehkam, sənaye kompleksi və nəhəng çoxmərtəbəli anbar binası daxildir.

Ən maraqlı tapıntı isə keramik küplər olub. Onların üzərində mixi yazıları olan 100-dən çox bişməmiş gil lövhə olub. Komanda ümid edir ki, bu qeydlərdə sakinlər və hətta şəhərin məhvinə səbəb olan zəlzələ haqqında bəzi məlumatlar ola bilər.(oxu.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar